Məhkəmə qərarları › İş №e-2-2(113)-4505/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4505/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4505/2021 02.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, 20/30 saylı alqı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən 42817,43 manat (qırx iki min səkkiz yüz on yeddi manat qırx üç qəpik) əsas borc, 13076,24 manat (on üç min yetmiş altı manat iyirmi dörd qəpik) cərimə borcu, 2676,09 manat (iki min altı yüz yetmiş altı manat doqquz qəpik) faiz borcu, 400 (dörd yüz) manat mediasiya xərcləri olmaqla, ümumilikdə 58969,76 manat (əlli səkkiz min doqquz yüz altmış doqquz manat yetmiş altı qəpik) pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin ona aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş 01 noyabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.

2. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, 20/30 saylı Alqısatqı müqaviləsi üzrə yaranmış 42817,43 (qırx iki min səkkiz yüz on yeddi manat qırx üç qəpik) manat əsas borcu, 13076,24 (on üç min yetmiş altı manat iyirmi dörd qəpik) manat cəriməni, 2676,09 (iki min altı yüz yetmiş altı manat doqquz qəpik) manat faiz məbləğini, 400 (dörd yüz) manat mediasiya xərclərini, toplam 58969,76 (əlli səkkiz min doqquz yüz altmış doqquz manat yetmiş altı qəpik) manat borcu qəbul edir.

3. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür: № Son ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc

1 15.11.2021 3600 55369,76 206.01.2022 3600 51769,76 3 01.02.2022 3600 48169,76 401.03.2022 3600 44569,76 501.04.2022 3600 40969,76 6 02.05.2022 3600 37369,76 7 01.06.2022 3600 33769,76 8 01.07.2022 3600 30169,76 9 01.08.2022 3600 26569,76 10 01.09.2022 3600 22969,76 11 03.10.2022 3600 19369,76 1201.11.2022 3617,43 15752,33 13 01.12.2022 15752,33 0

4. Cavabdeh Barışıq Sazişində əks edilmiş qrafıkə uyğun müddətdə və məbləğdə, 01.11.2022-ci il tarixinə qədər 43217,43 (qırx üç min iki yüz on yeddi manat qırx üç qəpik) manat məbləği ödəməyi öz öhdəsinə götürür.

5. Cavabdeh ödənişləri Barışıq Sazişi üzrə müəyyən edilmiş tarixlərdə və müddətdə tam ödədiyi təqdirdə, iddiaçı 15752,33 (on beş min yeddi yüz əlli iki manat otuz üç qəpik) manat məbləğində cərimə və faiz borcunu cavabdehə güzəştə gedir.

6. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin icrası 01 noyabr 2022ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə Barışıq Sazişinin 5-ci bəndində göstərilmiş güzəşt ləğv olunur, iddiaçının X5 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu Barışıq Sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.

7. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir.

8. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və Tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.

9. X2 oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.

10. X5 cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki Tərəf tərəfindən imzalandığı tarixdən, Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. X4 bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Məhkəmə izahatları dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:

1. İddiaçı cavabdehə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh iddiaçıya olan öhdəliyinin aşağıdakı şərtlərə uyğun icra edilməsinə dair müraciət edərək, barışıq sazişi imzalamağı təklif etmişdir.

2. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 22 iyun 2020-ci il tarixli, 20/30 saylı Alqısatqı müqaviləsi üzrə yaranmış 42817,43 (qırx iki min səkkiz yüz on yeddi manat qırx üç qəpik) manat əsas borcu, 13076,24 (on üç min yetmiş altı manat iyirmi dörd qəpik) manat cəriməni, 2676,09 (iki min altı yüz yetmiş altı manat doqquz qəpik) manat faiz məbləğini, 400 (dörd yüz) manat mediasiya xərclərini, toplam 58969,76 (əlli səkkiz min doqquz yüz altmış doqquz manat yetmiş altı qəpik) manat borcu qəbul edir.

3. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür: № Son ödəniş tarixi Ödənilməli məbləğ Qalıq borc

1 15.11.2021 3 600 55 369,76 206.01.2022 3 600 51 769,76 3 01.02.2022 3 600 48 169,76 401.03.2022 3 600 44 569,76 501.04.2022 3 600 40 969,76 6 02.05.2022 3 600 37 369,76 7 01.06.2022 3 600 33 769,76 8 01.07.2022 3 600 30 169,76 9 01.08.2022 3 600 26 569,76 10 01.09.2022 3 600 22 969,76 11 03.10.2022 3 600 19 369,76 1201.11.2022 3 617,43 15 752,33 13 01.12.2022 15 752,33 0

4. Cavabdeh Barışıq Sazişində əks edilmiş qrafıkə uyğun müddətdə və məbləğdə, 01.11.2022-ci il tarixinə qədər 43217,43 (qırx üç min iki yüz on yeddi manat qırx üç qəpik) manat məbləğini ödəməyi öz öhdəsinə götürür.

5. Cavabdeh ödənişləri Barışıq Sazişi üzrə müəyyən edilmiş tarixlərdə və müddətdə tam ödədiyi təqdirdə, iddiaçı 15752,33 (on beş min yeddi yüz əlli iki manat otuz üç qəpik) manat məbləğində cərimə və faiz borcunu cavabdehə güzəştə gedir.

6. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin icrası 01 noyabr 2022ci il tarixinə qədər tam icra olunmadığı təqdirdə, Barışıq Sazişinin 5-ci bəndində göstərilmiş güzəşt ləğv olunur, iddiaçının X5 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu Barışıq Sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.

7. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı Kommersiya Məhkəməsində Barışıq Sazişini təsdiq edir.

8. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və Tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.

9. X2 oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.

10. X5 cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki Tərəf tərəfindən imzalandığı tarixdən, Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. X4 bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar