Məhkəmə qərarları › İş №e-2-2(113)-4507/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4507/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4507/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, cavabdehin nümayəndəsi/vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən ödənilməmiş 80000 manat məbləğin, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin cavabdeh X6 alınıb İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası 18 sentyabr 2023-cü il tarixə, saat 16:00-a təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 MMC ilə İddiaçı arasında 05 fevral 2019cu il tarixində “01” iyun 2019-cu ildən “31” may 2021-ci ilə qədər qüvvədə olan Tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən “01” iyun 2019cu il tarixindən “31” may 2021-ci il tarixinədək İddiaçı 147890,00 manat məbləğində ödəniş edilməli idi. Həmin maddənin 5.1.2-ci maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2019/2020 mövsümü üçün “31” may 2020-ci il tarixinədək ümumi xidmət haqqı 63420,00 manat təşkil edirdi və bu məbləğ 10 aya bölünməklə futbolçuya aylıq 6342,00 manat məbləğində aylıq xidmət haqqı ödənirməli idi. Həmçinin həmin maddənin 5.1.3-cü maddəsinə əsasən müqavilə üzrə iddiaçının 2020/2021 mövsümü üçün “31” may 2021-ci il tarixinədək ümumi xidmət haqqı 844700,00 manat təşkil edirdi və bu məbləğ 10 (on) aya bölünməklə iddiaçıya aylıq 8447,00 manat məbləğində aylıq xidmət haqqı ödənirməli idi. Cavabdeh tərəfindən futbolçu İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində cəmi 60000 manat, 2019/2020 mövsümü üçün 30000 manat, 2020/2021 mövsümü üçün 30000 manat məbləğində ödəniş edilmiş və yerdə qalan məbləğ ödənilməmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində iddiaçı Tapşırıq müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmişdir və iddiaçıya aylıq vergi və digər xərclərdən azad olaraq ilk il üçün 6000 manat ödənilməli idisə 3000 manat ödənilmişdir. İddiaçı hər dəfə öz iradını bildirsədə ödəniləcəyi bildirilmiş lakin indiyədək bu məbləğlər ödənilməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu ünvanlanmış və cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. xx.xx.2019-cu il tarixli müqavilənin 11.3-cü maddəsinə əsasən, tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. İşlə əlaqədar xx.xx.2023-cü il tarixli iddia ərizəsiylə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdik. Komitə 07 avqust 2023-cü il tarixli qərar qəbul etmiş və iddianı baxılmamış saxlamışdır. Komitə qərarını belə əsaslandırır ki, Azərbaycan respubliksı Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Komitə məsələyə münasibət bildirərək qeyd edir ki, Müqavilədə 31 may 2021-ci il tarixi öhdəliyin icra müddətidir hesab olunmalıdır. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosedur Qaydalarının 15.2.3-cü bəndinə əsasən mübahisə predmetinin bağlı olduğu işin baş verməsindən 2 ildən artıq vaxt keçmişsə Komitə iddianı baxılmamış saxlayır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən xx.xx.2023-cü il tarixində iddia tələbinə dair etiraz ərizəsi təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış Müqavilənin 11.3-cü maddəsinə əsasən, "Tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. Tərəflər adı çəkilən qurıımun qərarı ilə qane olmadığı təqdirdə X5 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının 9 noyabr 1999cu il tarixli 734-İQ nömrəli Qanunu ilə qoşuldıığu 1958-ci il 10 iyun tarixli “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” Konvensiyanın 2.3-cü maddəsinə əsasən, məhkəmənin baxdığı məsələ ilə bağlı tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması barədə müqavilə bağlanmışsa, məhkəmə işdə iştirak edən tərəflərdən hər hansı birinin tələbi ilə tərəfləri münsiflər məhkəməsinə (arbitraja) göndərməlidir. “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən “arbitraj sazişinin predmeti olan məsələyə aid qarşısında iddia qaldırılmış məhkəmə hər hansı bir tərəfin mübahisənin mahiyyəti üzrə ilkin ərizəsinin təqdim edildiyi vaxtdan gec olmayaraq, bu barədə tərəflərin xahişi olarsa, arbitraj sazişi etibarsız deyilsə, qüvvəsini itirməmişdirsə və yaxud icrası mümkün olmayan hallar yoxdursa, tərəfləri arbitraja göndərməlidir. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq və AR MPM-nin 259.0.5-ci maddəsini rəhbər tutaraq, tərəflər arasında bağlanmış müqavilədə mübahisəyə münsiflər məhkəməsində baxılması nəzərdə tutulduğu üçün iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə və 13 sentyabr 2023-cü il tarixində elektron qaydada məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə cavab məktubuna uyğun izahat verərək bildirdi ki, ilk növbədə AFFA-nın statusuna baxılmalıdır. AFFA futbolun inkişafında məsul olan hüquqi şəxsdir. AFFA-nın nizamnaməsində heç bir halda tərəflər arasında yarana biləcək maliyyə mübahisəsinin qarşısını alan bəndin əlavə edilməsi əsassızdır. Azərbaycan Respublikasında ölkədaxili arbitrajda mövcud deyildir. AFFA-nın daxili orqanları tərəfindən də həmin müraciətə baxılıb hüquqi nəticəyə gəlinməsi də absurddur. İddiaçı tərəfindən AFFA-nın hüquq orqanlarına müraciət edilmişdir. X5 Arbitraj məhkəməsi ümumiyyətlə mövcud deyildir. Tərəflər müqaviləni bağlayarkən bu şərti hüquq olaraq göstəriblər. Faktiki olaraq vətəndaşa ödənilməyən əmək haqqı vardır. Bu müqavilə faktiki olaraq xidməti müqavilədir. İdman məhkəməsi çox xərcli məhkəmədir, eyni zamanda tərəflər arasında ümumiyyətlə arbitraj sazişi yoxdur. AFFA-nın nizamnaməsi heç bir şəkildə vətəndaşın hüququnu məhdudlaşdıra bilməz. Cavabdehin etirazında tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə istinad edildiyini bildirmişdir. Belə ki, müqavilənin 11.3-cü maddəsinə əsasən “Tərəflər mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. X5 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər". Bu maddənin məzmunundan da görünür ki, tərəflər gələcəkdə yarana biləcək bir mübahisənin ilk növbədə öz aralarında həllinə üstünlük verməlidirlər. Buna uyğun olaraq da tərəflərindən ilk növbədə cavabdehə rəsmi qaydada Pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubuna rəsmi cavab verilmədiyinə görə müqavilənin 11.3-cü maddəsinin imperativ norma olaraq qeyd edilən “yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır" 2-ci cümləsinə istinad edilmişdir. Bu maddənin tələbinə uyğun olaraq da AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edilmiş və OSTK-nin 07 avqust 2023-cü il tarixli qərarı verilmişdir. Müqavilənin 11.3-cü maddəsində X5 Arbitraj Məhkəməsinə müraciət dispozitiv norma olaraq öz əksini tapmış və tərəflərin hüququ olaraq göstərilmişdir, çünki müqavilədə birbaşa olaraq “müraciət edə bilərlər" ifadəsindən istifadə edilmişdir. Əks halda müqavilədə “müraciət etməlidirlər" ifadəsindən istifadə edilməli idi. Digər bir məsələ isə ondan ibarətdir ki, ümumiyyətlə X5 Arbitraj Məhkəməsi deyə bir arbitraj qurumu da mövcud deyildir. Belə ki, idman mübahisələri üzrə arbitraj orqanı olaraq fəaliyyət göstərən məhkəmənin ingilis dilində adı The Court of Arbitration for Sport olan, azərbaycan dilində olan İdman Arbitraj Məhkəməsi olan bir arbitraj qurumu var. Yəni, həmin arbitraj məhkəməsinin adında müqavilədə qeyd edilən Lozanna Beynəlxalq sözləri yoxdur. Həmin maddəyə əsasən məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər. Bu maddədə ilk növbədə işdə iştirak edən şəxslərin yazılı razılığı tələb olunur və indiki halda iddiaçı tərəfindən belə bır yazılı razılıq yoxdur. Həmçinin bu norma da dispozitiv xarakter daşıyır və buna görə də bu maddəyə istinad edilməsi düzgün deyildir. Cavabdehin nümayəndəsi 14 sentyabr 2023-cü il tarixli etiraz ərizəsində qeyd edilənlərə uyğun olaraq izahat verdi, əlavə olaraq bildirdi ki, AFFA tələb olaraq qoymuşdur ki, mübahisənin həlli məhkəmədən kənar, arbitraj qaydasında həll edilməlidir. Ali Məhkəmə qeyd etmişdir ki, futbolun spesifikliyi mövcuddur və məhkəmədən kənar qaydada baxılır. Arbitraj şərti olan müqavilələrin çoxunda arbitraja müraciət edə bilərlər qeyd yazılır. Hazırki müqavilənin məzmununda da sadəcə mübahisənin həlli qaydası kimi bunun istiqaməti olaraq qeyd edilmişdir. Sadəcə olaraq iddiaçı ümumiyyətlə müraciət qaydasının özünü düzgün yerinə yetirməyib ki, heç olmasa mübahisə arbitraja gedə bilsin. Qanunvericilikdə digər hal nəzərdə tutulmayıbsa, AFFA-nın orqanları tərəfindən qəbul olunmuş idman xarakterli qərarlarla əlaqədar mülki məhkəmələrə müraciət olunması istisna olunur. AFFA Konfransı tərəfindən qəti və mübahisəsiz olaraq qəbul edilmiş qərarlar istisna olmaqla hər hansı bu cür qərarlar Azərbaycan qanunu ilə birbaşa qadağan olunmadığı halda baxılmaq üçün yalnız bu Nizamnaməyə uyğun olaraq yaradılmış mübahisəni qəti olaraq tənzimləyəcək X2 təqdim oluna bilər. Arbitraj Tribunalına apellyasiya şikayəti yalnız AFFAnm daxili prosedurları və hüquqi-müdafiə vasitələrindən tam istifadə olunduqdan sonra verilə bilər. X1 qərarlarından şikayətlərə Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsində (CAS) baxılır. Qərarın 24-cü bəndində İddiaçının diqqətinə çatdırılmışdır ki, o, 15 gün ərzində AFFA-nın X2 apellyasiya şikayəti vermək hüququna malikdir. Bu qayda həmçinin AFFA-nm Nizamnaməsinin 68-ci maddəsində və Oyunçuların Statusu və Transferi Komitəsinin prosedur Qaydalarının 22.1-ci bəndində də öz əksini tapmışdır. X1 Əsasnaməsinin 2.2.1-ci maddəsinə əsasən, “X3 üzrə Palatası AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarlarından verilmiş apellyasiya şikayətlərinə baxmaq üçün müstəsna səlahiyyətə malikdir”. İş üzrə iddiaçı tərəfindən təqdim edilən materiallardan məlum olur ki, İddiaçı tərəfindən müəyyən edilmiş 15 günlük müddət çərçivəsində Qərardan X2 hər hansı şikayət verilməmişdir. Lakin həm tərəflər arasındakı Müqaviləyə, həm də AFFA-nın yuxarıda istinad edilən normativ sənədlərinə əsasən, İddiaçı Oyunçuların Statusu və Transferi Komitəsinin Qərarı ilə razılaşmadığı halda bununla bağlı ilk növbədə X2 müraciət etməli, X1 qəran ilə də razılaşmadığı təqdirdə isə məsələni Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsində (CAS) mübahisələndirməli idi. Lakin İddiaçı müqavilə və qanunla mübahisələrin həlli ilə bağlı nəzərdə tutulan prosedurlan heç bir əsas olmadan pozmaqla iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etmişdir. Halbuki hazırki mübahisədə İddiaçının yerli məhkəmələrə müraciət etməsi ümumiyyətlə istisna olunur. Belə ki: AFFA-nm Nizamnaməsinin 67-ci maddəsinə əsasən, “AFFA, onun üzvləri, oyunçuları, vəzifəli şəxsləri, habelə vasitəçilər Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmadıqda, hər hansı mübahisəli məsələni adi məhkəmələrə çıxarmır. İstənilən mübahisə FİFA, UEFA və ya AFFA-nın yurusdiksiyasına təqdim olunur. Müqavilənin 11.3-cü maddəsi Müqavilədən irəli gələn mübahisələrin həlli ilə bağlı tərəflərin yekun razılaşmasını ifadə edir. Həmin maddədə və ya Müqavilənin hər hansı digər bəndində mübahisənin yerli məhkəmələrin həllinə verilməsi imkanını nəzərdə tutan heç bir müddəa mövcud deyil. Bu səbəbdən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduğu üçün iddia ərizə baxılmamış saxlanmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, Tapşırıq müqaviləsininin (mülki hüquqi müqavilə) 11.3-cü maddəsinə əsasən tərəflər bu müqavilədən irəli gələn mübahisələrin özləri tərəfindən həllinə üstünlük verirlər. Bu mümkün olmadıqda yaranmış mübahisəyə ilk növbədə AFFA-nın hüquq orqanlarında baxılır. Tərəflər adı çəkilən qurumun qərarı ilə qane olmadığı təqdirdə X5 Arbitraj Məhkəməsinə müraciət edə bilərlər. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh MMC işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olubolmamasına gəldikdə, qeyd edilməlidir ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi etiraz ərizəsinə münasibətdə bildirir ki, hazırki iddia ərizənə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün icraata xitam verilməsi, gələcəkdə tərəflərin mübahisənin arbitraj şərtinə uyğun olaraq həlli qaydasına nail olunmadığı halda, iddiaçının yerli məhkəməyə müraciət hüququndan məhrum edəcəkdir. Bu səbəbdən MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi icraata xitam verilə bilməz. Digər tərəfdən, məhkəmə bildirir ki, iddiaçının nümayəndəsi X5 Arbitraj Məhkəməsinin mövcüd olmadığını bildirsə də ki, araşdırma zamanı müəyyən olundu ki, İdman Arbitraj Məhkəməsi mövcüddür və mərkəzi İsveçrənin Lozanna şəhərində yerləşir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar