Məhkəmə qərarları › İş №e-2-2(113)-451/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-451/2020

20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-451/2020 20.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, “İddiaçı” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “İddiaçı” şirkəti Cavabdehnə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı” şirkəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 623,587.00 (altı yüz iyirmi üç min beş yüz səksən yeddi) ABŞ dolları, xx.xx.2017-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 469,583.00 (dörd yüz altmış doqquz min beş yüz səksən üç) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 166,840.00 (bir yüz altmış altı min səkkiz yüz qırx) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən 1,342,572.00 (bir milyon üç yüz qırx iki min beş yüz yetmiş iki) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro, xx.xx.2018ci il tarixli, 19/049-ATL-AZF-A saylı Alğı-satqı müqaviləsinə əsasən 396,000.00 (üç yüz doxsan altı min) ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı Alğı-satqı müqaviləsinə əsasən 437,700.00 (dörd yüz otuz yeddi min yeddi yüz) ABŞ dollarının, ümumilikdə 3,436,282.00 (üç milyon dörd yüz otuz altı min iki yüz səksən iki) ABŞ dolları və 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq “İddiaçı” şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, bildirmişdir ki, “İddiaçı” şirkəti Birləşmiş Krallıq tabeli hüquqi şəxsdir və fəaliyyət istiqaməti müxtəlif adda məhsulların satışını həyata keçirtməkdən ibarətdir. İddiaçının göstərilən fəaliyyəti ilə əlaqədar Cavabdeh MMC ilə “İddiaçı” şirkəti arasında bağlanmış xx.xx.2017ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə təhvil verilmiş, ümumi qiyməti 1,465,415.00 ABŞ dolları olan mallar üçün cavabdeh tərəfindən ümumilikdə 841,828.00 ABŞ dolları ödəniş həyata keçirilmiş, qalan 623,587.00 (altı yüz iyirmi üç min beş yüz səksən yeddi) ABŞ dolları ödəniş isə bugünədək ödənilməmiş, xx.xx.2017-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə təhvil verilmiş, ümumi qiyməti 1,146,960.00 ABŞ dolları olan mallar üçün cavabdeh tərəfindən ümumilikdə 677,377.00 ABŞ dolları ödəniş həyata keçirilmiş, qalan 469,583.00 (dörd yüz altmış doqquz min beş yüz səksən üç) ABŞ dolları ödəniş isə bugünədək ödənilməmiş, xx.xx.2018-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə təhvil verilmiş, ümumi qiyməti 621,479.00 ABŞ dolları olan mallar üçün cavabdeh tərəfindən ümumilikdə 454,639.00 ABŞ dolları ödəniş həyata keçirilmiş, qalan 166,840.00 (bir yüz altmış altı min səkkiz yüz qırx) ABŞ dolları ödəniş isə bugünədək ödənilməmiş, xx.xx.2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə təhvil verilmiş, ümumi qiyməti 4,816,300.00 ABŞ dolları olan mallar üçün cavabdeh tərəfindən ümumilikdə 3,473,728.00 ABŞ dolları ödəniş həyata keçirilmiş, qalan 1,342,572.00 (bir milyon üç yüz qırx iki min beş yüz yetmiş iki) ABŞ dollarıödəniş isə bugünədək ödənilməmiş, xx.xx.2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə təhvil verilmiş, ümumi qiyməti 1,488,375.00 Avro olan mallar üçün cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro ödəniş bugünədək ödənilməmiş, xx.xx.2018-ci il tarixli, 19/049-ATL-AZF-A saylı Alğısatqı müqaviləsinə əsasənCavabdeh MMC-yə təhvil verilmiş, ümumi qiyməti 396,000.00 ABŞ dolları olan mallar üçün cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, 396,000.00 (üç yüz doxsan altı min) ABŞ dolları ödəniş bugünədək ödənilməmiş, xx.xx.2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı Alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC-yə təhvil verilmiş, ümumi qiyməti 437,700.00 ABŞ dollarıolan mallar üçün cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmiş, 437,700.00 (dörd yüz otuz yeddi min yeddi yüz) ABŞ dolları ödəniş bugünədək ödənilməmiş və bununla da həmin müqavilələr üzrə Cavabdeh MMC öz üzərinə götürdüyü öhdəlikləri həyata keçirməmişdir. Beləliklə, təhvil verilmiş mallara görə Cavabdeh MMC-nin bu günkü günə iddiaçı “İddiaçı” şirkətinə 3,436,282.00 (üç milyon dörd yüz otuz altı min iki yüz səksən iki) ABŞ dolları və 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro borcu yaranmışdır. Buna əsaslanaraq, cavabdehə göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə xx xxxxxxxx 2019-cu il tarixli pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən bundan sonra da heç bir ödəniş həyata keçirilməmişdir. Əlavə olaraq, H.K. Hüseynzadə bildirdi ki, iddiaçıda olan məlumata əsasən cavabdeh digər şirkətlərə olan borcları ödəyir, lakin iddiaçıya olan borc üzrə ödəniş etməkdən imtina edir. Bun görə də, tərəflər arasında bağlanmış alğı-satqı müqavilələrinin müvafiq bəndlərinə görə, həmin müqavilələrdən irəli gələn hər hansı anlaşılmazlıqlar və ya nəzərə alınmayan müddəalar Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq tənzimləndiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, qeyd olunan müqavilələr üzrə göndərilən mallar cavabdeh tərəfindən qəbul edilmiş və həmin mallar üzrə qismən ödənişlər həyata keçirilmişdir. Lakin malların çox hissəsi hələ də cavabdehin anbarında qalıq kimi saxlanıldığına görə həmin mallardan heç bir mənfəət əldə edilməmişdir. Eyni zamanda qeyd olunan müqavilələr üzrə tam ödənişlərin həyata keçirilməsi üçün cavabdehin ödəmə qabiliyyəti olmadığından iddiaçıya olan borc məbləğinin ödənilməsi mümkün deyil. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərinnümayəndələrinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın qiymətinə qablaşdırmanın və markalanmanın, malın gömrük rəsmiləşdirilməsi ilə bağlı xərclər daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 1.488.375,00 Avro olan 1984,5 MT Potassium Sulphate mineral gübrəni tərəflər arasında müqavilə imzalandıqdan sonra şifahi danışıqlara əsasən çatdırılmasını və alıcı isə satıcıya göstərilmiş məblğəğin 100 faiz həcmində mallar çatdırılqdan sonra 180 iş günü ərzində tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. Mülki işdə olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 19/049-ATL-AZF-A saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın daşınma xərcləri daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 396.000,00 ABŞ dolları olan 1 ədəd CASE İH özüyeriyən dərmansəpən Patriot 4430 avadanlığı tərəflər arasında müqavilə imzalandığı gündən 10 həftədən gec olmayaraq çatdırılmasını və alıcı isə satıcıya müqavilənin ümumi dəyərinin 100 faiz hissəsini mal çatdırılqdan sonra 180 gün ərzində tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İşdə olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın daşınma xərcləri daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 437.700,00 ABŞ dolları olan 1 ədəd CASE İH 9240 Kombayn avadanlığı və 40 FT Kombayn başlığı tərəflər arasında müqavilə imzalandığı gündən 180 gün ərzində çatdırılmasını və alıcı isə satıcıya müqavilənin ümumi dəyərinin 100 faiz hissəsini mal çatdırılqdan sonra 180 gün ərzində tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İş materiallarında olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, malın daşınma xərcləri daxil olmaqla, satıcı alıcıya ümumi dəyəri 1.468.395,00 ABŞ dolları olan 4.927,5 MT X5 B 50 kg mineral gübrənin dəyərini tərəflər arasında müqavilə imzalandığı gündən 180 gün ərzində müqavilənin ümumi dəyərindən 100 faiz məbləği satıcının bank hesabına öncədən köçürülməsini və satıcı isə malın alıcıya və ya onun nümayəndəsinə çatdırılmasını tərəflərin razılığına əsasən həyata keçirilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. Mülki işdə olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsindən və onun 1 və 2 nömrəli əlavəsindən görünür ki, satıcı alıcıya 1 nömrəli əlavə üzrə ümumi dəyəri 263.840,00 ABŞ dolları olan 544,00 MT Nitroamafosfat (Azofoska) NPK 16:16:16 50 kg və 2 nömrəli əlavə üzrə ümumi dəyəri 885.060,00 ABŞ dolları olan 2.970,00 MT X5 B 50 kg QOST 2-2013 mineral gübrənin dəyərini tərəflər arasında müqavilə imzalandığı gündən 180 gün ərzində müqavilənin ümumi dəyərindən 100 faiz məbləği tam və ya hissə-hissə satıcının bank hesabına öncədən köçürülməsini və satıcı isə malın alıcıya və ya onun nümayəndəsinə çatdırılmasını tərəflərin razılığına əsasən həyata keçirilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İşdə olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxxx 2018ci il tarixli, ***-******* saylı alğı-satqı müqaviləsindən və onun 1 nömrəli əlavəsindən görünür ki, satıcı alıcıya ümumi dəyəri 621.479,00 ABŞ dolları olan 2.085,50 ton X2 Grade B (50 kg bağlamalarda) tərəflər arasında müqavilə imzalandığı gündən alıcı mallar çatdığı tarixdən 180 gün ərzində müqavilənin ümumi dəyərindən 100 faiz məbləği tam və ya hissə-hissə satıcının bank hesabına köçürülməsini və satıcı isə malın alıcıya və ya onun nümayəndəsinə çatdırılmasını tərəflərin razılığına əsasən həyata keçirilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. İş materiallarında olan satıcı “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı alğı-satqı müqaviləsindən və onun 1 və 3 nömrəli əlavəsindən görünür ki, satıcı alıcıya 1 nömrəli əlavə üzrə ümumi dəyəri 3.094.600,00 ABŞ dolları olan 7 ədəd Magnum 340 və 10 ədəd Magnum 250, habelə xx xxx 2018-ci il tarixli, 3 nömrəli üzrə ümumi dəyəri 1.721.700,00 ABŞ dolları olan 3 ədəd Quadtrac 600, 2 ədəd Quadtrac 500RR və 2 ədəd Puma 155 avadnlıqları tərəflər arasında müqavilə imzalandığı gündən 180 gündən gec olmayaraq çatdırılmasını və alıcı isə satıcıya müqavilənin ümumi dəyərinin 90 faiz hissəsini avans şəklində, 10 faiz hissəsini isə mal çatdırılqdan sonra alıcı tərəfindən köçürülmə yolu ödənilməsi öhdəliklərini öz üzərlərinə götürmüşlər. Mülki işdə olan “İddiaçı” şirkəti ilə alıcı Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı alğı-satqı müqaviləsinin xx xxxxxxx 2018-ci il tarixli, 5 nömrəli əlavəsindən görünür ki, həmin müqavilənin 3 nömrəli əlavəsində qeyd olunan ümumi dəyəri 1.721.700,00 ABŞ dolları olan mallar tam çatdırıldıqdan sonra Satıcının bank hesabına köçürülməsini, həmçinin ödənişin hissə-hissə həyata keçirilməsi barədə tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.1-ci maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilələr üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzibolunmazdır. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf etməsi, onun göstərir ki, həmin müqavilələr üzrə sonuncu tərəfindən öz üzərində götürüdüyü öhdəliklərin tam icra olunmamış, habelə onların icra olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə də işdə olan materiallardan və işin faktiki hallarından görünür ki, alğı-satqı müqavilələri ilə tərəflərin hər ikisinin öhdəlikləri olduğu halda, iddiaçı tərəfindən öhdəliklərin tam icra edilmiş, lakin cavabdeh tərəfindən öz üzərinə düşən öhdəliklərinin tam icra edilməmiş, habelə tam icra edilmədiyi təqdirdə, onların yerinə yetirilməməsinn hər hansı bir üzrlü səbəbləri göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli və “İddiaçı” şirkəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 623,587.00 (altı yüz iyirmi üç min beş yüz səksən yeddi) ABŞ dolları, xx.xx.2017-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 469,583.00 (dörd yüz altmış doqquz min beş yüz səksən üç) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 166,840.00 (bir yüz altmış altı min səkkiz yüz qırx) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən 1,342,572.00 (bir milyon üç yüz qırx iki min beş yüz yetmiş iki) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro, xx.xx.2018ci il tarixli, 19/049-ATL-AZF-A saylı Alğı-satqı müqaviləsinə əsasən 396,000.00 (üç yüz doxsan altı min) ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı Alğı-satqı müqaviləsinə əsasən 437,700.00 (dörd yüz otuz yeddi min yeddi yüz) ABŞ dollarının, ümumilikdə 3,436,282.00 (üç milyon dörd yüz otuz altı min iki yüz səksən iki) ABŞ dolları və 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq “İddiaçı” şirkətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “İddiaçı” şirkəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 623,587.00 (altı yüz iyirmi üç min beş yüz səksən yeddi) ABŞ dolları, xx.xx.2017-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 469,583.00 (dörd yüz altmış doqquz min beş yüz səksən üç) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, ***-******* saylı Alğı-satqı müqaviləsinə əsasən 166,840.00 (bir yüz altmış altı min səkkiz yüz qırx) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/158-ATL-AFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən 1,342,572.00 (bir milyon üç yüz qırx iki min beş yüz yetmiş iki) ABŞ dolları, xx.xx.2018-ci il tarixli, 18/008-ATL-AZFRT-A saylı Alğı-satqı müqaviləsinə əsasən 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro, xx.xx.2018ci il tarixli, 19/049-ATL-AZF-A saylı Alğı-satqı müqaviləsinə əsasən 396,000.00 (üç yüz doxsan altı min) ABŞ dolları, xx.xx.2019-cu il tarixli, 19/129-AGR-AZF-A saylı Alğı-satqı müqaviləsinə əsasən 437,700.00 (dörd yüz otuz yeddi min yeddi yüz) ABŞ dollarının, ümumilikdə 3,436,282.00 (üç milyon dörd yüz otuz altı min iki yüz səksən iki) ABŞ dolları və 1,488,375.00 (bir milyon dörd yüz səksən səkkiz min üç yüz yetmiş beş) Avro məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “İddiaçı” şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar