Məhkəmə qərarları › İş №e-2-2(113)-451/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-451/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-451/2023 14.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Vəkil Heydər qızı, İddiaçı MMC-nin “Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyi” X3rşı “pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 3 fevral 2023-cü il tarixli, e-2- 2(113)-451/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM : Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2-2(113)-451/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin “Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyi” X3rşı “pul tələbi”nə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili qərardaddan şikayət verərək, işin aidiyyət üzrə göndərilməsinə dair Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-451/2023 saylı qərardadını ləğv edərək, işə Bakı Kommersiya Məhkəməsində baxılmasını davam etdirilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2-2(113)-451/2023 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 451/2023 saylı qərardadından verilmiş şikayət geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili 03 fevral 2023-cü il tarixli, e-2-2(113)-451/2023 saylı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinə göndərilməsinə dair xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində bu qərardaddan şikayət verilmiş və sözügedən qərardadın ləğv olunaraq işə Bakı Kommersiya Məhkəməsində baxılmasının davam etdirilməsi xahiş edilmişdir. Lakin Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla şikayət geri qaytarılması barədə növbəti qərardad qəbul edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, təqdim edilmiş şikayət AR Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsi ilə nəzərdə tutulmuş apellyasiya şikayəti üçün Məcəllə ilə nəzərdə tutulmuş formada verilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, verilmiş şikayət geri qaytarılmalıdır. İstinad edilmiş 361.1-ci maddə ilə nəzərdə tutulmuş qayda məhz apellyasiya instansiyası məhkəməsində icraat zamanı baxılacaq olan şikayətlərə tətbiq olunur və məhz buna görə də həmin şikayətləri qanunverici “apellyasiya şikayəti” olaraq fərqləndirir. Məhz apellyasiya instansiyasında mübahisələndirilən qətnamə və qərardadlardan şikayətlərin 361.1-ci maddədə nəzərdə tutulmuş məzmunda, eləcə də AR Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində nəzərdə tutulan formada verilməsi hissəsi ilə razılaşır, lakin, ilkin olaraq birinci instansiya məhkəməsində baxılması nəzərdə tutulan şikayətlərin verilməsi AR Mülki-Prosessual Məcəlləsinin 267-269-cu maddələri ilə tənzimlənir və burada qanunverici bu tip şikayətləri “apellyasiya şikayəti” olaraq deyil, sadəcə “şikayət” olaraq səciyyələndirir və bu şikayətlərin 2 saylı formaya uyğun olaraq verilməsi şərti göstərilmir. Əgər qanunla bu tip şikayətlərin xüsusi formada verilməsi şərtləndirilməyibsə, o zaman bu formaya riayət ediməməsi səbəbi ilə şikayətin geri qaytarılması ilə yolverilməzdir. Eyni zamanda elektron məhkəmə portalı da “yeni şikayət” səhifəsində “şikayət” və “apellyasiya şikayəti” anlayışlarını fərqləndirir. Həmin səhifədən şikayət əlavə edilən zaman sadəcə şikayətin məzmunu olan hissənin doldurulmasını məcburi olaraq göstərmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 fevral 2023-cü il tarixli e-2-2(113)-451/2023 saylı qərardadla şikayət təmin edilməmiş, işlə birlikdə apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-353/2023 saylı 17 fevral 2023 saylı qərardadı ilə şikayət qeyri-mümkün hesab edilərək, Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardaddan şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 403-1.5-ci maddəsinə əsasən şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. Məhkəmə hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Ona görə də, şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə AR Ali Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268, 269, 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin “Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyi” X3rşı “pul tələbi”nə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, e-2- 2(113)-451/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Vəkil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar