Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4511/2021 07.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə2, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 3030 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış 24 may 2018-ci il tarixli 005 saylı müqaviləyə əsasən iddiaçı cavabdehin müəssisəsində AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01(İSO 14001:2015) və AZS CTБ 18001:2008 (OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və 2019 və 2020-ci illər üçün sertifikatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini öz üzərinə götürmüşdür. İstinad edilən müqavilənin 2.4-cü bəndinə əsasən cavabdeh AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01(İSO 14001:2015) və AZS CTБ 18001:2008 (OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş idaretmə sistemlərinin fəaliyyətinə 2019 və 2020-ci illərdə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il İddiaçı MMC-yə 3000 (üç min) manat pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin 1.1-ci bəndindəki öhdəliyini icra edərək cavabdehin İdaretmə sistemlərinin sertifikatlaşdırılmasını həyata keçirmiş və cavabdeh müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 12000 (on iki min) manatı iddiaçının hesabına ödəmişdir. müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdehndə 2019-cu il üçün AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS СТБ 18001:2008 (OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun keyfiyyətin, ətraf mühitin və əməyin mühafizəsinin idarəetmə sistemlərinin fəaliyyətinə müəssisə rəhbərinin Azərbaycan Respublikasında pandemiya ilə əlaqədar fəaliyyətinin zəif olması ilə əlaqədar verdiyi məlumat əsasında inspeksiya nəzarəti keçirilməmişdir. İddiaçı MMC müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdehndə AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS СТБ 18001:2008 (OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun Keyfiyyətin, Ətraf mühitin və Əməyin mühafizəsinin idarəetmə sistemlərinin fəaliyyətinə 2020-ci ilin 21-23 dekabr tarixində inspeksiya nəzarətini keçirmiş, Cavabdeh isə müqavilə öhdəliyini pozaraq müqavilədə nəzərdə tutulan öhdəliyini, yəni hər sertifikat üçün 1000 (bir min) manat olmaqla, üç sertifikat üçün 3000 (üç min) manat məbləği İddiaçı MMC-yə ödəməkdən imtina etmişdir. Bu barədə cavabdeh şirkətin direktoruna PM/06 saylı 21 may 2021-ci il tarixli pretenziya məktubu göndərərək pretenziya məktubu ünvan üzrə daxil olduğu vaxtdan 3 (üç) gün müddətində müqavilə öhdəliyinin icra edərək 3000 (üç min) manat pulun İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, həmçinin əks təqdirdə cavabdeh müəssisəyə qarşı iddia qaldırılacağı və bu zaman məhkəmə xərclərinin də cavabdehdən tələb ediləcəyi cavabdeh təşkilatın direktorunun diqqətinə çatdırılmışdır. Lakin cavabdeh təşkilat tələb edilən pul məbləğini ödəməkdən imtina etmişdir. Əvəzində isə 26 may 2021-ci il tarixli, 13 saylı məktubla borclu olduğunu əsassız hesab etmiş və Cavabdehnə İddiaçı MMC tərəfindən verilən “Sertifikat”ların Azərbaycan Respublikasında tikinti işlərini yerinə yetirən Sifarişçilər tərəfindən qəbul edilməməsini və numunə olaraq “SOCAR”ın Neftqaztikinti Tresti tərəfindən keçirilən tenderdə “Sertifikat”ların qəbul edilməməsini və bu səbəbdən Cavabdeh tenderdən uzaqlaşdırıldığını bildirmişdir. Araşdırma məqsədilə İddiaçı MMC 04 iyun 2021-ci il tarixli, 09/SM nömrəli məktubla “SOCAR” Neftqaztikinti Trestinin müdirinə Cavabdeh 26 may 2021-ci il tarixli 13 saylı məktubunda İddiaçı MMC haqqında yazdıqlarına münasibət bildirilməsi xahiş edilmiş, “SOCAR” Neftqaztikinti Tresti cavab olaraq 23 iyun 2021-ci il tarixli SOCAR**********30900878X00034 saylı məktubu ilə Cavabdeh Trest tərəfindən keçirilmiş müsabiqələrdən uzaqlaşdırılmasına səbəbin Cavabdeh tərəfindən verilən qiymət təklifinin səmərəli olmaması bildirilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı MMC tərəfindən verilən sertifikatlar tenderdə iştirak etdikləri şirkətlər tərəfindən qəbul edilmədi. Bu barədə İddiaçı MMC-yə məlumat verilmişdir. Bundan sonra iddiaçı tərəfindən sertifikat ləğv edildi. Aktı da müəssisənin rəhbəri deyil, əmək müfəttişi imzalamışdır. Akt tərəflərindən təsdiq edilməmişdir və saxtadır. Aktın tərtib edilməsindən xəbəri olmamışdır. Həmçinin sertifikat beynəlxalq standartlara cavab vermir. Eləcə də, həmin sertifikat ingilis dilində deyil, azərbaycanca tərtib edilmişdir. Müəssisədə heç bir inspeksiya həyata keçirilməmişdir. iddia tələbi əsassız olduğundan rədd olunmasını xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 24.05.2018-ci il tarixdə bağlanan 005 saylı müqaviləyə əsasən keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2019-2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən AZS İSO 9001:2009 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” AZS 054 EN İSO 14001 (İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartının tələblərinə uyğun tətbiq olunmuş idarəetmə sistemlərinin sertifıkatlaşdırılmasını və sertifikatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə 2019 və 2020-ci illər üçün inspeksiya nəzarətini həyata keçirməyi, sifarişçi isə görülmüş sertifikatlaşma işlərinə görə icraçıya 12000 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Sifarişçi” müqavilə imzalandıqdan sonra (işlər başlamadan öncə) avans olaraq müqavilə dəyərinin 50%-ni (6000 manat) “İcraçı” tərəfindən təqdim olunmuş hesaba əsasən 5 iş günü ərzində “İcraçı”ya köçürmə yolu ilə ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən digər məbləğ layihə tam başa çatdıqdan sonra 50 %-ni 6000 (altı min) manat miqdarında ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən 2019 və 2020-ci illər üçün AZS İSO 9001:2009 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” AZS 054 EN İSO 14001(İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartının tələblərinə uyğun tətbiq olunmuş idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il 3000 manat ödəyir. Həmin müqavilənin 2.5-ci bəndinə uyğun olaraq üç il tamam olduqdan sonra sertifikatın qüvvədə olma müddətinin uzadılması məqsədilə idarəetmə sistemlərinin təkrar yoxlanılmasını həyata keçirmək üçün yeni müqavilə bağlanacaq və onun əsasında da sertifikatlaşdırma yoxlaması aparılacaq. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən ödəniş, görülməli olan işlərin dəyəri haqqında hesab təqdim edildikdən sonra, nağdsız hesablaşma üzrə, 100% əvvəlcədən ödəmə ilə yerinə yetirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 14.06.2018-ci il tarixli Cavabdehndə AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01(İSO 14001:2015) və AZS CTБ 18001:2008 (OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş idarəetmə sistemlərinin sertifikatlaşdırılması məqsədilə aparılan auditin hesabatı barədə aktdan görünür ki, icraçı tərəfindən 24.05.2018-ci il tarixli müqavilə əsasında 13.06.2018 – 14.06.2018-ci il tarixlərdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdehndə keyfiyyətin, ətraf mühitin mühafizəsinin və əməyin mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemlərinin AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01(İSO 14001:2015) və AZS CTБ 18001:2008 (OHSAS 18001:2007) standartlarına uyğun olması və sertifikata layiq görülməsi qeyd olunmuşdur. Akt həm icraçının, həm də sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. - 23.12.2020-ci il tarixli Cavabdehndə AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 0** EN ***01 (İSO 14001:2015) və AZS CTБ 18001:2008 (OHSAS 18001:2007) standartlarının tələblərinə uyğun tətbiq edilmiş keyfiyyətin, ətraf mühitin mühafizəsinin, əməyin mühafizəsinin və təhlükəsizliyin idarəetmə sistemlərinin inspeksiya auditinin nəticələri əsasında qiymətləndirilməsi barədə aktdan görünür ki, icraçı tərəfindən 24.05.2018-ci il tarixli müqavilə əsasında 21.12.2020 – 23.12.2020-ci il tarixlərdə sifarişçi müəssisədə aparılmış audit yoxlamasının nəticəsində Cavabdehndə yaşayış evlərinin, sosial və sənaye obyektlərinin və inzibati binaların əsaslı təmiri, tikintisi və quraşdırılması işlərinə tətbiq edilən keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemlərinin AZS İSO 9001: 2009 (İSO 9001:2015); AZS 054 EN İSO 14001(İSO 14001:2015) və AZS CTE 18001:2008(OHSAS 18001:2007) Standartlarının tələblərinə uyğunluğunun təmin olunması üçün aşağıda sadalanan tədbirlərin görülməsinin məqsədəuyğun hesab edilməsi qeyd olunmuşdur: 1) Cavabdeh müvafiq struktur bölməsində keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemləri ilə əlaqədə olan mütəxəssislərə AZS İSO 9001:2009 (İSO 9001:2015); AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS CTE 18001:2008 (OHSAS 18001:2007) Standartlarının tələblərinin öyrənilməsi üzrə təlimlərin təşkil olunması və həyata keçirilməsi; 2) keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemləri üzrə menecerləri - AZS İSO 9001: 2009 (İSO 9001:2015); AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS CTE 18001:2008 (OHSAS 18001:2007) AZS 054 EN İSO 14001(İSO 14001:2015) standartlarının tələblərinə uyğun Daxili auditin aparılması sahəsində təlimlərdə iştirak etmələri və səriştəliklərini təsdiq edən sənədlərin əldə olunması və 3) müşahidə zamanı aşkar olunan uyğunsuzluqların aradan qaldırılması. Eləcə də qeyd olunmuşdur ki, Cavabdehnə verilmiş uyğunluq sertifikatlarının qüvvədə qalıb-qalmaması məsələsinin həll edilməsi üçün bir ay müddətində şirkətdə tətbiq olunmuş keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin idarəetmə sistemlərinin AZS İSO 9001: 2009 (İSO 9001:2015); AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS CTE 18001:2008(OHSAS 18001:2007) AZS 054 EN İSO 14001 (İSO 14001:2015) standartının tələblərinə uyğunluğu ilə əlaqədar görülmüş tədbirlər haqqında İddiaçı MMCyə məlumat verilməsi şirkətdən xahiş edilmişdir. Akt həm icraçının, həm də sifarişçinin səlahiyyətli nümayəndələri tərəfindən imza və möhürlə təsdiq edilmişdir. - İddiaçı MMC 21.05.2021-ci il tarixli, PM/06 saylı məktubla pretenziya qaydasında cavabdehə müraciət edərək, müqavilə üzrə yaranmış 3000 manat məbləğində borcun 3 (üç) gün müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zərurətinin yaranacağını bildirmişdir. Eləcə də pretenziyada qeyd olunmuşdur ki, müqavilənin 1.1.-ci bəndinə əsasən İddiaçı MMC 2018-ci il tarixində AZS İSO 9001:2009(İSO 9001:2015), AZS 054 EN İSO 14001(İSO 14001:2015) və AZS CTE 18001:2008(OHSAS 18001:2007) standartların tələblərinə uyğun tədbiq olunmuş idarəetmə sistemlərinin sertifikatlaşdırılmasmı aparmış Cavabdeh MMC isə müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan 12000 (on iki min) manat məbləğini ödəmişdir. İddiaçı MMC müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdehndə 2019-cu il üçün AZS İSO 9001:2009(İSO 9001:2015), AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS CTE 18001:2008 (OHSAS 18001:2007) standartların tələblərinə uyğun keyfiyyətin, ətraf mühitin mühafizəsinin və əməyin mühafizəsinin idarəetmə sistemlərinin fəaliyyətinə müəssisə rəhbərinin Azərbaycan Respublikasında pandemiya ilə əlaqədar fəaliyyətinin zəif olması ilə əlaqədar məlumatı əsasında inspeksiya nəzarəti keçirməmişdir. İddiaçı MMC müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC-də AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS CTE 18001:2008 (OHSAS 18001:2007) standartların tələblərinə uyğun keyfiyyətin, ətraf mühitin və əməyin mühafizəsinin idarəetmə sistemlərinin fəaliyyətinə 2020-ci ilin 21-23 dekabr tarixində inspeksiya nəzarətini keçirmiş və keçirlən inspeksiya nəzarətinin nəticələri 23 dekabr 2020-ci il tarixli AKT-la təsdiq olunmuşdur. Cavabdeh isə müqavilə öhtəliyini pozaraq müqavilənin 2.3-cü maddəsində nəzərdə tutulan öhtəliyini, yəni hər sertifikat üçün 1000 (bir min) manat olmaqla üç sertifikat üçün 3000 (üç min) manat məbləği İddiaçı MMC-yə ödəməkdən imtina etmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” tresti tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 23.06.2021-ci il tarixli “məktuba cavab haqqında” məktubda qeyd edilmişdir ki, SOCAR “Neftqaztikinti” trestinə ünvanlanmış 04.06.2021-ci il tarixli 09/SM-21 nömrəli məktuba cavab olaraq bildirilir ki, Cavabdeh Trest tərəfindən keçirilmiş müsabiqələrdən kənarlaşdırılmamışdır. Şirkət yalnız qiymət təklifinin səmərəli olmaması səbəbindən qalib elan edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında keyfiyyəti idaretmə sisteminin sertifikatlaşdırılması və 2019-2020-ci illər üçün sertifikatlaşdırılmış keyfiyyət idarəetmə sisteminin fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsinə dair müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərsə də, cavabdeh göstərilmiş xidmətin dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən 2019 və 2020-ci illər üçün AZS İSO 9001:2009 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” AZS 054 EN İSO 14001 (İSO 14001:2015) “Ətraf mühiti idarəetmə sistemləri” və AZS CTБ 18001-2008 (OHSAS 18001:2007) “Əməyin mühafizəsinin idarəetmə sistemləri” standartının tələblərinə uyğun tətbiq olunmuş idarəetmə sistemlərinin fəaliyyətinə inspeksiya nəzarətinin keçirilməsi üçün hər il 3000 manat ödəyir. İddiaçı MMC müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC-də AZS İSO 9001:2009 (İSO 9001:2015), AZS 054 EN İSO 14001 (İSO 14001:2015) və AZS CTE 18001:2008 (OHSAS 18001:2007) standartların tələblərinə uyğun keyfiyyətin, ətraf mühitin və əməyin mühafizəsinin idarəetmə sistemlərinin fəaliyyətinə 2020-ci ilin 21-23 dekabr tarixində inspeksiya nəzarətini keçirmiş və keçirilən inspeksiya nəzarətinin nəticələri 23 dekabr 2020-ci il tarixli AKT-la təsdiq olunmuşdur. 2020-ci ildə sifarişçi tərəfindən sertifikatlar üçün 3000 manat pul vəsaiti icraçıya ödənilməmişdir. Cavabdehin nümayəndəsinin yuxarıda qeyd olunan aktın müəssisənin rəhbəri tərəfindən deyil, əmək müfəttişi tərəfindən imzalanması dəlilinə münasibətdə qeyd olunmalıdır ki, 23.12.2020-ci il tarixli aktdan əvvəlki aktlar da eyni şəxs tərəfindən imzalanaraq, müəssisənin möhürü vurulmuşdur. Məhkəmənin qənaətinə əsasən həmin hal hazırkı iddianın təmin olunmaması üçün əsas ola bilməz. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqaviləyə əsasən göstərilmiş xidmətin dəyərini – 3000 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 3000 manat (üç min) məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3000 (üç min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 3030 (üç min otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4511/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4511/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver