Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4512/2021 30.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi iddiaçı Nümayəndə iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Nümayəndə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 15.800 manat məbləğində borcun (xidmət haqqı) və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 27 mart 2019-cu il tarixli KTTX 27/0419 sayl xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı özünə məxsus betonqarışdıran 1 ədəd ** XV *** markalı nəqliyyat vasitəsi ilə sifarişçinin verdiyi sifariş əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 manat təşkil edir. 27 mart 2019-cu il tarixli KTTX 27/0419 sayl xidmət müqaviləyə 30.12.2019-cu il tarixdə 2 saylı Əlavə edilmişdir. Həmin 2 saylı Əlavənin 1-ci bəndinə əsasən 27 mart 2019-cu il tarixli KTTX 27/0419 saylı xidmət müqaviləsinin müddəti 31.12.2020-ci il tarixinədək uzadılmışdır. 31.08.2019-cu, 30.09.2019-cu, 31.10.2019-cu, 30.11.2019-cu və 10.12.2019-cu, il tarixli aktlara əsasən 27 mart 2019-cu il tarixli KTTX 27/0419 sayl xidmət müqaviləsinə əsasinda icraçı tərəfindən X2 sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində hər ay işlər tam təmin edilmiş və müqaviləyə əsasən xidmət haqqı hesablanmış, hesablanmiş xidmət haqqına uyğun olaraq elektron qaimə hər ay cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən işlərin və xidmətlərin göstərilməsi haqqında göndərilmiş elektron qaimə fakturalar qəbul edilmişdir. 27 mart 2019-cu il tarixli KTTX 27/0419 sayl xidmət müqaviləsi üzrə 15.800 manat xidmət haqqı hesablanmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərilsə də, bu günə kimi həmin xidmət haqqı (borc) cavabdeh tərəfində ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “sifarişçi” Cavabdeh MMC “icraçı” Nümayəndə olmaqla imzalanmış 27.03.2019-cu il tarixli KTTX 27/0419 saylı xidmət müqaviləsinə əsasən icraçı özünə məxsus olan betonqarışdıran (Markası: Howo; D.N.N: Az ** XV ***, Buraxılış ili: 2011) (bundan sonra “texnika” adlanacaq) sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Sifarişçinin tələbi ilə icraçı özünə məxsus texnikanı sifarişçinin bu müqavilədə göstərilən təyinat yerinə göndərir və həmin texnika ilə sifarişçiyə xidmət göstərir. icraçı texnikanın iş yerinə vaxtında çatdırılması və geri qaytarılmasını təmin edir və bununla əlaqədar yaranan xərcləri ödəyir. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə hər bir texnika ilə aylıq xidmət haqqı vergilər daxil 4.500 (dörd min beş yüz manat) təşkil edir. EBAP seriyalı 829074 nömrəli 10.09.2020-ci il tarixli, EBAR seriyalı 378753 nömrəli 16.10.2020-ci il tarixli, EBAS seriyalı 409975 nömrəli 11.11.2020-ci il tarixli, EBAV seriyalı 184361 nömrəli 21.12.2020-ci il tarixli elektron qaimələrə əsasən 4.500 manat Nümayəndə tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 31 avqust 2020-ci il tarixli 17 nömrəli akta əsasən 27.03.2019-cu il tarixli KTTX 27/0419 saylı xidmət müqaviləsi üzrə 4.500 manat, 30 sentyabr 2020-ci il tarixli 18 nömrəli akta əsasən 27.03.2019-cu il tarixli KTTX 27/0419 saylı xidmət müqaviləsi üzrə 4.500 manat, 31 oktyabr 2020-ci il tarixli 19 nömrəli akta əsasən 27.03.2019-cu il tarixli KTTX 27/0419 saylı xidmət müqaviləsi üzrə 4.500 manat, 30 noyabr 2020-ci il tarixli 20 nömrəli akta əsasən 27.03.2019-cu il tarixli KTTX 27/0419 saylı xidmət müqaviləsi üzrə 4.500 manat cəmi ödəniləcək məbləğ tərəflər arasında razılaşdırılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, 15.800 manat məbləğində ödənilməmiş xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 15.800 manat və 30 manat dövlət rüsumu tutularaq Nümayəndə xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 15.800 manat və 30 manat dövlət rüsumu tutularaq Nümayəndə xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4512/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4512/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver