Məhkəmə qərarları › İş №e-2-2(113)-453/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-453/2025

06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-453/2025 06.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 20269,51 manat borcun, eyni zamanda iddia qaldırmaq üçün ödənilmiş 151 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi qida məhsulları göndərilmişdir. Həmin göndərilmiş qida məhsullarına görə 65828,86 manat ödəniş edilməli idi. Lakin Cavabdeh MMC tərəfindən 45559,35 manat ödəniş edilmişdir. Nəticədə 20269,51 manat borc yaranmışdır. Cavabdeh tərəf öhdəliyini yerinə yetirməmiş, borcunu hələ də ödəməmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan: - İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arası üçün hesablaşma haqqında aktdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ümumi dəyəri 65828,86 manat olan mal göndərilmişdir. Həmin məbləğin 45559,35 manatı Cavabdeh MMC tərəfindən ödənilmiş, qalan 20269,51 manat isə ödənilməmiş olaraq qalmışdır. - İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arası üçün hesablaşma haqqında aktdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə 244 elektron qaimə göndərilmişdir. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, ********************1 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2203,39 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, İB**********-30 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1271,19 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, İB**********-313 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1000 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, İB**********-298 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1192,37 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, RA-********** nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2457,63 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, RA-********** nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1886,44 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********028 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2288,14 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 1624105AZN230203 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2000 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********720 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2165,92 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********039 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1271,19 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 1747022AZN230329 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2120,56 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MBA1792724 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1271,19 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, İB**********-468 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1271,19 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********616 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1000 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********530 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 774,27 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MBA1880364 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1520 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, İB**********-535 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 360,65 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, İB**********-534 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 2000 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********574 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1500 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 1946931AZN230608 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 122 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, İB**********-464 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 1156 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********950 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 222 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********522 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 254,24 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********412 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 288,14 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 230719/6973090 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 237,28 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********502 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 169,49 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********376 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 508,47 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, İB**********-156 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 262,71 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********813 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 254,24 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********334 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 237,29 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MBA2091149 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 288,14 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, MBA2091796 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 254,24 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********820 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 237,29 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********806 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 152,54 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********479 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 177,97 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********417 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 211,86 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********195 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 169,49 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, İB**********-101 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 152,54 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 230816/7025300 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 211,86 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 34700028/İB**********- 448 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin bank hesabına 84,74 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, **********41/**********231 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 127,12 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, RA-********** nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 169,49 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, RA-********** nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 169,49 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, LE-********** nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına 127,12 manat köçürülmüşdür. - "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, 35300026/İB**********- 347 nömrəli ödəniş tapşırığından məlum olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMCnin bank hesabına 150 manat köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Cavabdeh və İddiaçı arasında şifahi şəkildə bağlanan alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam formada iddiaçıya ödəməmiş, ona görə də iddiaçının cavabdehin qəbul etdiyi əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə cavabdehin öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, Cavabdehndən 20269,51 manat (iyirmi min iki yüz altmış doqquz manat əlli bir qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, müəyyən olunur ki, cavabdehə 244 elektron qaimə göndərilmiş, satılmış malların toplam məbləği 65828,86 manat, ödənilmiş toplam məbləğ 45559,35 manat olmuş, qalıq məbləğ 20269,51 manat (65828,86-45559,35=20269,51) təşkil etmişdir. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150,81 manat (yüz əlli manat səksən bir qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 20269,51 manat (iyirmi min iki yüz altmış doqquz manat əlli bir qəpik) əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150,81 manat (yüz əlli manat səksən bir qəpik) olmaqla, cəmi 20420,32 manat (iyirmi min dörd yüz iyirmi manat otuz iki qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar