Məhkəmə qərarları › İş №e-2-2(113)-4539/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4539/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4539/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X3 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə iləmüraciət edərək, Cavabdeh MMC tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 6969 manat məbləğində borcun Cavabdehndən tutularaq iddiaçı X4 ödənilməsi, iddiaçı tərəfindən mediasiya xərci qismində və dövlət rüsumunun əvəzi olaraq ödənilən 100 manat və vəkil xərci qismində ödənilən 130 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X3 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 06 noyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “06 oktyabr 2022-ci il tarixli 061022 saylı alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaqdır) üzrə Cavabdeh MMC tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 6969 manat məbləğində borcun Cavabdeh MMC-dən tutularaq iddiaçı X4 ödənilməsi və iddiaçı tərəfindən mediasiya xərci qismində və dövlət rüsumunun əvəzi olaraq ödənilən 100 manat və vəkil xərci qismində ödənilən 130 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə e-2-2(113)-4539/2023 saylı mülki iş vardır.

2. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Tərəflər qəbul edirlər ki, X5 tərəfindən məhkəməyə müraciət edilənədək Cavabdeh MMCnin X4 Müqavilə üzrə borcu ƏDV daxil 6969 manat təşkil etmişdir. - Tərəflər razılaşırlar ki, X5 məhkəməyə müraciət etdikdən sonra Cavabdeh MMC tərəfindən Müqavilə üzrə ƏDV daxil 984 manat məbləğində ödəniş edilmişdir və Cavabdeh MMC Müqavilə üzrə qalıq borcu ƏDV daxil 5985 manat təşkil etməkdədir. - Bundan əlavə, Tərəflər razılaşırlar ki, X3 100 manat məbləğində mediasiya xərcinin və 130 manat məbləğində vəkil xərcinin əvəzi, cəmi isə 230 manat məbləğində vəsait Cavabdeh MMC tərəfindən X4 ödənilir. - Tərəflər razılığa gəldilər ki, Müqavilə üzrə ƏDV daxil 5985 manat məbləğində borc və 230 manat məbləğində xərclərinin əvəzi Cavabdeh MMC tərəfindən aşağıdakı qrafik üzrə X4 ödəniləcəkdir:

Son ödəniş tarixi Ödəniləcək məbləğ xx.xx.2023-cü il 2.651,02 manat əsas məbləğ və 456,48 ƏDV xx.xx.2023-cü il 2.651,02 manat əsas məbləğ və 456,48 ƏDV

Yekun müddəalar

1. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

4. Bu Saziş üzrə Tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda Tərəflər Sazişin şərtlərinə əməl edilməsi üçün Sazişin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: iddiaçı X3 Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 06 noyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “06 oktyabr 2022-ci il tarixli 061022 saylı alqı-satqı müqaviləsi (bundan sonra “Müqavilə” adlandırılacaqdır) üzrə Cavabdeh MMC tərəfindən öz öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış 6969 manat məbləğində borcun Cavabdeh MMC-dən tutularaq iddiaçı X4 ödənilməsi və iddiaçı tərəfindən mediasiya xərci qismində və dövlət rüsumunun əvəzi olaraq ödənilən 100 manat və vəkil xərci qismində ödənilən 130 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbi üzrə e-2-2(113)-4539/2023 saylı mülki iş vardır.

2. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: - Tərəflər qəbul edirlər ki, X5 tərəfindən məhkəməyə müraciət edilənədək Cavabdeh MMCnin X4 Müqavilə üzrə borcu ƏDV daxil 6969 manat təşkil etmişdir. - Tərəflər razılaşırlar ki, X5 məhkəməyə müraciət etdikdən sonra Cavabdeh MMC tərəfindən Müqavilə üzrə ƏDV daxil 984 manat məbləğində ödəniş edilmişdir və Cavabdeh MMC Müqavilə üzrə qalıq borcu ƏDV daxil 5985 manat təşkil etməkdədir. - Bundan əlavə, Tərəflər razılaşırlar ki, X3 100 manat məbləğində mediasiya xərcinin və 130 manat məbləğində vəkil xərcinin əvəzi, cəmi isə 230 manat məbləğində vəsait Cavabdeh MMC tərəfindən X4 ödənilir. - Tərəflər razılığa gəldilər ki, Müqavilə üzrə ƏDV daxil 5985 manat məbləğində borc və 230 manat məbləğində xərclərinin əvəzi Cavabdeh MMC tərəfindən aşağıdakı qrafik üzrə X4 ödəniləcəkdir:

Son ödəniş tarixi Ödəniləcək məbləğ xx.xx.2023-cü il 2.651,02 manat əsas məbləğ və 456,48 ƏDV xx.xx.2023-cü il 2.651,02 manat əsas məbləğ və 456,48 ƏDV

Yekun müddəalar

1. Tərəflər bəyan edirlər ki, bu Barışıq Sazişinin şərtləri onların könüllü iradələrini əks etdirir.

2. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

3. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi Tərəflərə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir.

4. Bu Saziş üzrə Tərəflər üzərlərinə götürdükləri öhdəlikləri icra etmədikləri və ya lazımi şəkildə icra etmədikləri hallarda Tərəflər Sazişin şərtlərinə əməl edilməsi üçün Sazişin icra şöbəsinə göndərilməsini məhkəmədən tələb edə bilərlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar