Məhkəmə qərarları › İş №e-2-2(113)-454/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-454/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-454/2022 10.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14927 manat məbləğində borcun və mediatora ödənilmiş 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, icraçı - "xxxx" MMC və sifarişçi - Cavabdeh MMC arasında 19 mart 2019-cu il tarixli, BSMN-2019-107 №-li müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icraçı müqavilənin ayrılmaz hissəsi sayılan razılaşdırma protokollarında göstərilmiş avadanlıqlarla sifarişçinin təchiz edilməsini, işlərin görülməsinin həyata keçirilməsini, sifarişçi isə işləri, avadanılqları qəbul edərək onların qiymətini icraçıya ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 19 mart 2019-cu il tarixli, 1 saylı əlavəsi olan razılaşdırma protokolu üzrə ümümi mal və işlərin dəyəri ƏDV daxil olmaqla 29087 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin 1 saylı əlavəsi olan razılaşdırma protokolunun 2-ci bəndində qeyd olunmuşdur ki, alıcı malların ümumi dəyərinin 50 faizini avans olaraq ödəyir. Müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavəsi olan razılaşdırma protokolunda nəzərdə tutulan bütün işlər iddiaçı tərəfindən yerinə yetirilmiş, malların təhvil verilməsinə dair elektron qaimə faktura göndərilmiş və Cavabdeh MMC tərəfindən təsdiqlənərək qəbul edilmişdir. Cavabdeh MMC 19 mart 2019-cu il tarixində 1116 manat, 27 mart 2019-cu il tarixində 6200 manat, 28 dekabr 2019-cu il tarixində 1044 manat 29 dekabr 2019-cu il tarixində 5800 manat, yəni ümumi olaraq 29087 manat dəyərində yaranmış borcun 14160 manat məbləğini ödəmiş, lakin 14927 manat borc məbləği ödənilməmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qaydasında mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da buna nail ola bilməmişdir. Bundan sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 3540 manat məbləğində borcun və mediatora ödənilmiş 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edildikdən sonra Cavabdeh MMC tərəfindən 9650 manat məbləğində pul vəsaiti iddiaçının bank hesabına köçürülmüş və 1737 manat ƏDV sub-uçot hesabına ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etdiyini və iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında həqiqətən 19 mart 2019-cu il tarixli, BSMN-2019-107 №-li müqavilə bağlanılmışdır. Lakin, həmin müqavilə üzrə ödənişlər tam məbləğdə iddiaçıya ödənilmişdir. Hazırki iddia ərizəsi üzrə tələb olunan 3540 manat məbləğində borc məbləğindən isə 3000 manat ƏDV xaric olmaqla nağd şəkildə iddiaçının işçisi Salman Salmanzadə vasitəsilə "xxxx" MMC-nin direktoruna göndərilmişdir. Belə ki, "xxxx" MMC-nin direktoru ona zəng edərək, pul məbləğinin dərhal ona çatdırılmasını xahiş etmiş, bildirmişdir ki, mal gömrükdədir. Bu səbəbdən, 3000 manat nağd şəkildə iddiaçıya ödənilmişdir. İddiaçı tərəf 3000 manat məbləğində pul vəsaitini ona geri qaytardığı halda, o, borc məbləğini ödəməyə razıdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçının bank hesabında pul məbləği az olduğundan cavabdehin direktorundan 3000 manat məbləğində pul vəsaiti istəmişdir ki, malları gömrükdən çıxara bilsinlər. Həmin məbləğ də bu məqsədlə verilmişdir. "xxxx" MMC qəbul etdiyi məbləği lazımi qaydada rəsmilşdirməmişdir. İş materiallarında olan: - İcraçı - "xxxx" MMC və sifarişçi - Cavabdeh MMC arasında bağlanmış 19 mart 2019-cu il tarixli, BSMN-2019-107 №-li müqaviləyə əsasən, icraçı müqavilənin ayrılmaz hissəsi sayılan razılaşdırma protokollarında göstərilmiş avadanlıqlarla sifarişçinin təchiz edilməsini, işlərin görülməsinin həyata keçirilməsini, sifarişçi isə işləri, avadanılqları qəbul edərək onların qiymətini icraçıya ödənilməsini öhdəsinə götürmüşdür. - EAAR seriyalı, 926400 saylı 19 mart 2019-cu il tarixli elektron qaiməyə əsasən 29087 manat dəyərində mal Cavabdeh MMC-yə verilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında alqı – satqı müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 29087 manat dəyərində malın "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə verilməsi, həmin malın dəyərindən 3540 manat məbləğində pul vəsaitinin ödənilməməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməldiyindən və təqdim olunmuş sənədlərlə təsdiqini tapdığından məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Cavabdehin iddiaya etirazının əsasını 3000 manat məbləğində pulun nağd şəkildə ödənilməsi təşkil edir. Məhkəmə iclasında işttirak edən cavabdehin nümayəndələri həmin pul vəsaitinin nağd formada ödənildiyini bildirsələr də, bu xüsusatı təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişlər. Tərəflərin hər ikisi hüquqi şəxs olduğuna görə hesablaşmalar ya nağdsız formada, ya da ciddi hesabat blankları və s. üsullarla aparılmalı idi və məhkəməyə yalnız bu barədə rəsmi sənəd təqdim olundutu halda borcun ödənilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ilkin mediasiya sessiyası ilə bağlı ödənilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 3540 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 200 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar