Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4546/2024 29.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən DA 29/11/21 saylı, 29 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləği olan ƏDV daxil 5500,02 AZN pulun və məhkəmə xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Satıcı İddiaçı ilə Gürcüstan qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Alıcı "xxxx" MMC arasında DA 29/11/21 saylı, 29 noyabr 2021-ci il tarixli metal məhsullarının təchizatı müqaviləsi bağlanmışdır müqavilə üzrə yerinə yetirməli olduğu öhdəlikləri tam olaraq icra etməmiş, təchiz edilmiş mal-materialın qiymətini ödəməyərək 111625,65 AZN məbləğində öhdəlik icra edilməmiş qalmışdır. Məlumat üçün bildiririk ki, Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri lazımınca icra etməmiş, edilən yazılı və şifahi tələblərə baxmayaraq müqavilə öhdəliklərini icra etməmişdir. Öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. DA 29/11/21 saylı, 29 noyabr 2021-ci il tarixli müqavilənin 6.3. bəndinə əsasən müqavilədən irəli gələn bütün mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir. Mübahisənin baxıldığı yer Bakı şəhəridir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 423.2, 425, 442, 460.1, 480-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdi ki, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən 111625,65 manat borcun çox hissəsi ödənilmiş, cəmi 5500,02 manat borc qalmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: Satıcı olaraq İddiaçı MMC ilə alıcı olaraq "xxxx" MMC arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli DA 29/11/21 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Satıcı Alıcıya müxtəlif çeşiddə metal satmağı, Alıcı isə həmin malı qəbul edib və müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Müqavilənin 4.1-ci maddəsinə əsasən Satıcı müqaviləyə uyğun olaraq Alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində Malı Alıcıya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən Satıcı Malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir. Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim edə bilər. Müqavilənin 5-ci maddəsinə əsasən Alıcı sifariş olunan Malın dəyərinin 100 % həcmində ödənişi sifariş təsdiq edildikdən sonra və Satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra 3 (üç) iş günü ərzində nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir. 29 noyabr 2021-ci il tarixli DA 29/11/21 nömrəli alqı-satqı müqaviləsinə 24 saylı 30 avqust 2023-cü il tarixli Əlavə Razılaşmadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil olmaqla 31342,10 manat məbləğində olan mallar təqdim olunmuşdur. 13 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 29 noyabr 2021-ci il tarixli DA 29/11/21 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixə ödənilməmiş borcu 111625,25 manat təşkil edir. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış qarşılıqlı hesablaşma tutuşdurma aktına əsasən "xxxx" MMC xx.xx.2023-xx.xx.2024-cü il dövrü üzrə İddiaçı MMC qarşısında 111625,25 manat borcunun olduğunu qəbul etmişdir. EBCJ seriyalı, 593970 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 39771,32 manat, EBCK seriyalı, 856559 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 35735,12 manat, EBCK seriyalı, 856560 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 36108,48 manat, EBCL seriyalı, 289194 nömrəli, xx.xx.2022-cü il tarixli elektron qaiməyə əsasən 35683,12 manat, EBCN seriyalı, 165962 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 18968 manat, EBCN seriyalı, 247969 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 35052,37 manat, EBDB seriyalı, 957009 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 22403,48 manat, EBDC seriyalı, 748193 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 40238 manat, EBDC seriyalı, 766737 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 55550,19 manat, EBDC seriyalı, 785159 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 52422,76 manat, EBDD seriyalı, 620681 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 40962,28 manat, EBDD seriyalı, 789954 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 38965,96 manat, EBDN seriyalı, 198073 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 31342,10 manat, EBDN seriyalı, 198075 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 34986,53 manat, EBDN seriyalı, 308837 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 32742,05 manat dəyərində müxtəlif mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. 006İNT********** saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin Paşa Bank ASC-də olan hesabına 21 iyun 2024-cü il tarixində 32000 manat məbləğində ödəniş olunmuşdur. 006İNT********** saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin Paşa Bank ASC-də olan hesabına 06 avqust 2024-cü il tarixində 13000 manat məbləğində ödəniş olunmuşdur. 006İNT********** saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin Paşa Bank ASC-də olan hesabına 20 avqust 2024-cü il tarixində 25000 manat məbləğində ödəniş olunmuşdur. 006İNT********** saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin Paşa Bank ASC-də olan hesabına 16 sentyabr 2024-cü il tarixində 22664,02 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin sub-hesabına 3000 manat ƏDV ödəniş edilmişdir. xx.xx.2024-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin sub-hesabına 6000 manat ƏDV ödəniş edilmişdir. xx.xx.2024-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin sub-hesabına 2961,61 manat ƏDV ödəniş edilmişdir. xx.xx.2024-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin sub-hesabına 4500 manat ƏDV ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 402 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 641.3-cü maddəsinə əsasən malların qüsurları aradan qaldırılanadək və komplekti tamamlananadək və ya mallar dəyişdirilənədək alıcı (mal alan) lazımi keyfiyyətli olmayan və komplektsiz malları ödəməkdən imtina edə bilər, malları ödəmiş olduqda isə ödədiyi məbləğlərin qaytarılmasını tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Bu fakt üzləşmə aktı ilə də öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı 111625,65 manat iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən həmin məbləğin çox hissəsinin ödənilməsi, cəmi 5500,02 manat borc qalması, bir daha cavabdehin iddia tələbindəki borcla razılaşdığını, təhvil aldığı malların dəyərini tam ödəmədiyini təsdiq edir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 5500,02 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 5500,02 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 402 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən DA 29/11/21 saylı, 29 noyabr 2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən 5500 (beş min beş yüz) manat 02 (iki) qəpik məbləğində pul vəsaiti, habelə ödənilmiş 402 (dörd yüz iki) manat dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4546/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4546/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver