Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4547/2023 25.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan "NMC-X2" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 11,31 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 70,41 manat, İşsizlikdən sığorta fonduna 1,76 manat, İcbari Tibbi Sığorta Fonduna 2,36 manat, "X3 Companies" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0,01 manat, Dövlət Sosial Müdafiə Fonduna 11,31 manat, “Kvant" Firmasinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0,01 manat, dövlət büdcəsinə 2424,39 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onların icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "NMC-X2" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 0,01 manat) , Dövlət Sosial Müdafiə Fonduna 11,31 manat, "xxxx" MMC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 70,41 manat, İşsizlikdən sığorta fonduna 1,76 manat, İcbari Tibbi Sığorta Fonduna 2,36 manat, "X3 Companies" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 0,01 manat məbləğində (o cümlədən, vergilər üzrə 0,01 manat) , Dövlət Sosial Müdafiə Fonduna 11,31 manat,"xxxx" Firmasinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 0,01 manat, dövlət büdcəsinə 2424,39 manat məbləğində (o cümlədən, vergilər üzrə 1948,94 manat, faizlər üzrə 435,45 manat, maliyyə sanksiyası üzrə 40 manat) məbləğində olmaqla borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli ******************.10.2021-ci il tarixli **********056600, xx.xx.2021-ci il tarixli **********055900, xx.xx.2021-ci il tarixli **********058000-ci il tarixli , xx.xx.2019-cu il tarixli ******************.02.2020-ci il tarixli **********180100, xx.xx.2022-ci il tarixli **********220100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən vergi ödəyiciləri olan “NMC-X2" MMC, "xxxx" MMC, ,"xxxx" Firmasının icra orqanlarının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 98, mənzil 66 ünvanında yaşayır.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Ərizəçi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-5.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
III. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır. – 24.0.2-1-ci maddəsinə əsasən vergi oranları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
7. Azərbaycan Respublikası MPM-in: – 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı
8. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
9. Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
10. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü sabun və yuyucu tozların, təmizləyici və cilalayıcı vasitələrin istehsalı olan “X3 Companies” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
11. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü sair avtomobil vasitələrinin satışı olan "xxxx" MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
12. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair məhsulların istehsalı olan "xxxx" Firmasının icra orqanının rəhbəri Maraqlı şəxsdur.
13. Hüquqi şəxs haqqında məlumata əsasən əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi olan “NMC-X2” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
14. "xxxx" Firmasının (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 3530,44 manat borcu mövcuddur.
15. “NMC-X2” MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 0,01 manat borcu mövcuddur.
16. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə borcu yoxdur.
17. “X3 Companies” MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə borcu yoxdur.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2019-cu il tarixli, **********8 nömrəli muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə “NMC-X2” MMC-yə müraciət edərək ümumilikdə 10,43 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 8,29 manat, faizlər üzrə 2,14 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********8 nömrəli muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 1476,97 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1121,91 manat, faizlər üzrə 255,06 manat, maliyyə sanksiyası üzrə 100 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2019-cu il tarixli, **********0 nömrəli muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 10,43 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 8,29 manat, faizlər üzrə 2,14 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********6 nömrəli muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" Firmasına müraciət edərək ümumilikdə 146,59 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 136,37 manat, faizlər üzrə 10,22 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********7 nömrəli işsizlikdən sığorta haqqları borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 33,34 manat (o cümlədən, işsizlikdən sığorta haqqları üzrə 28,84 manat, faizlər üzrə 4,50 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********3 nömrəli icbari tibbi sığorta haqqları borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 44,18 manat (o cümlədən, icbari tibbi sığorta haqqları üzrə 38,46 manat, faizlər üzrə 5,72 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
24. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********5 nömrəli vergi borcun ödənilməsinə dair bildirişlə Maraqlı şəxs müraciət edərək ümumilikdə 2424,39 manat (o cümlədən, vergilər üzrə 1948,94 manat, faizlər üzrə 435,45 manat, maliyyə sanksiyası üzrə 40 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, “NMC-X2" MMC, “Nurgün Avto" MMC, “Kvant" Firmasının dövlət büdcəsinə olan ümumilikdə 2424,41 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 93,04 manat, İşsizlikdən sığorta fonduna olan 1,76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,36 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onların icra orqanlarının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
31. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: Ərizə təmin edilsin. “NMC-X2" MMC, “Nurgün Avto" MMC, “Kvant" Firmasinin dövlət büdcəsinə olan ümumilikdə 2424,41 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 93,04 manat, İşsizlikdən sığorta fonduna olan 1,76 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2,36 manat məbləğində olan borcunun ödənilməsini təmin etmək məqsədilə onların icra orqanlarının rəhbəri olan: xx.xx.1979-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Həsənova