Məhkəmə qərarları › İş №e-2-2(113)-4549/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4549/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4549/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X3 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh “"xxxx" QSC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6.518,50 manat məbləğində əsas borc, 1.303,60 manat məbləğində dəbbə pulu, 99 manat məbləğində dövlət rüsumunun məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsinə borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair məhkəmə işi üzrə cavabdeh tərəfindən borc tələbinin ödənildiyini nəzərə alaraq iddianı baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasını Məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC iddia ərizəsinin qaytarılması haqqında vəsatət verdiyindən Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. QƏRARA ALDİ: İddiaçı “Met-Ak" MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “pul” tələbinədair ərizəsi dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İş üzrə xx.xx.2024-cü il tarixli, ********* nömrəli qəbz üzrə ödənilmiş 99 (doxsan doqquz) manat döclət rüsumu iddiaçıya (Hesab nömrəsi : AZ98İBAZ**********62********) geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar