Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4550/2023 28.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 28397,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 916,68 manat, İşsizlikdən sığorta fonduna olan 44,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 120,46 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxx 1993-cü il, Doğulduğu yer - Azərbaycan, Bakı, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 40 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 40 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 8441,56 manat məbləğində (o cümlədən, vergilər üzrə 7400,03 manat, faizlər üzrə 1041,53 manat), İcbari Tibbi Sığorta Fonduna 27,06 manat, Dövlət Sosial Müdafiə Fonduna 169,28 manat, İşsizlikdən sığorta fonduna 6,77 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 6,63 manat, Dövlət Sosial Müdafiə Fonduna 165,83 manat, İcbari Tibbi Sığorta Fonduna 26,5 manat, dövlət büdcəsinə 7083,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 6419,27 manat, faizlər üzrə 664,33 manat), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 252,23 manat, İcbari Tibbi Sığorta Fonduna 40,32 manat, İşsizlikdən sığorta fonduna 10,09 manat, dövlət büdcəsinə 7105,86 manat məbləğində (o cümlədən, vergilər üzrə 6357 manat, faizlər üzrə 748,86 manat), “AZ-CORP 88" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5726 manat məbləğində (o cümlədən, vergilər üzrə 5186,67 manat, faizlər üzrə 539,33 manat), İcbari Tibbi Sığorta Fonduna 26,58 manat, İşsizlikdən sığorta fonduna 6,65 manat, Dövlət Sosial Müdafiə Fonduna 166,28 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 14,15 manat, Dövlət Sosial Müdafiə Fonduna 163,06 manat olmaqla, ümumilikdə 29478,45 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********353500, xx.xx.2023-cü il tarixli **********869800, xx.xx.2023-cü il tarixli **********703300, xx.xx.2023-cü il tarixli **********704000, xx.xx.2023-cü il tarixli **********395800, xx.xx.2023-cü il tarixli **********396500, xx.xx.2023-cü il tarixli **********848200, xx.xx.2023-cü il tarixli **********584000, xx.xx.2023-cü il tarixli **********010200, xx.xx.2023-cü il tarixli **********867400, xx.xx.2023-cü il tarixli **********846800, xx.xx.2023-cü il tarixli **********194700, xx.xx.2023-cü il tarixli **********893600, xx.xx.2019-cu il tarixli **********592800, xx.xx.2021-ci il tarixli **********810100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü santexnika mallarının pərakəndə satışı olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair rabitə avadanlıqlarının təmiri olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü kişi bərbər salonu tərəfindən xidmətlərin göstərilməsi olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdan satış olan “AZ-CORP 88" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs “AZ-CORP 88" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqlarin) fəaliyyəti olan “KARAT GROUP" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarsində qeydiyyatdadır və Maraqlı şəxs “KARAT GROUP" MMC-nin rəhbəridir. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü kommersiya və sahibkar təşkilatların (cəmiyyətlərin, birliklərin, ittifaqların) fəaliyyəti olan "xxxx" MMC vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli **********0 nömrəli bildirişə əsasən vergilər üzrə 6419,27 manat, faizlər üzrə 593,71 manat məbləğində, xx.xx.2023-ci il tarixli **********3 nömrəli bildirişə əsasən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 150 manat, faizlər üzrə 15,83 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********2 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 24 manat, faizlər üzrə 2,50 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli **********2 nömrəli bildirişə əsasən vergilər üzrə 7400,03 manat, faizlər üzrə 812,14 manat məbləğində, xx.xx.2023-ci il tarixli **********6 nömrəli bildirişə əsasən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 150 manat, faizlər üzrə 19,28 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********6 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 24 manat, faizlər üzrə 3,06 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli **********8 nömrəli bildirişə əsasən vergilər üzrə 6357 manat, faizlər üzrə 698 manat məbləğində, xx.xx.2023-ci il tarixli **********2 nömrəli bildirişə əsasən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 225 manat, faizlər üzrə 27,23 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********8 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 36 manat, faizlər üzrə 4,32 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli **********9 nömrəli bildirişə əsasən vergilər üzrə 5186,67 manat, faizlər üzrə 466,72 manat məbləğində, xx.xx.2023-ci il tarixli **********6 nömrəli bildirişə əsasən muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 150 manat, faizlər üzrə 16,28 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********9 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 24 manat, faizlər üzrə 2,58 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********2 nömrəli bildirişə əsasən maliyyə sanksiyaları üzrə 40 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********0 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 104,01 manat, faizlər üzrə 59,80 manat məbləğində, xx.xx.2019-cu il tarixli **********4 nömrəli bildirişə əsasən işsizlikdən sığorta haqları üzrə 14 manat, faizlər üzrə 0,24 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə ödənilməmiş borcu vardır. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, hüquqi şəxsin xx.xx.2023-cü il tarixinə Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna ödənilməmiş borcu vardır. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 44854.17 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 51826,79 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 44508,42 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 36210,78 manat təşkil edir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə xx.xx.2023-cü il tarixli məlumat çıxarışından görünür ki, vergi ödəyicisi "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixinə dövlət büdcəsinə olan hazırki borcu 40 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxslər "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, “AZ-CORP 88" MMC-nin, “KARAT GROUP" MMC-nin və "xxxx" MMC-nin vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən ona vergi borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə və müvafiq fondlara borcun ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində hüquqi şəxslər tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxslərin dövlət büdcəsinə və müvafiq fondlara olan vergi borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyiciləri olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 28397,02 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 916,68 manat, İşsizlikdən Sığorta Fonduna olan 44,29 manat, İcbari Tibbi Sığorta Fonduna olan 120,46 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 28397,02 (iyirmi səkkiz min üç yüz doxsan yeddi manat iki qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna olan 916,68 (doqquz yüz on altı manat altımış səkkiz qəpik) manat, İşsizlikdən Sığorta Fonduna olan 44,29 (qırx dörd manat iyirmi doqquz qəpik) manat, İcbari Tibbi Sığorta Fonduna olan 120, 46 (yüz iyirmi manat qırx altı qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), “AZ-CORP 88" MMC-nin (VÖEN: **********), “KARAT GROUP" MMC-nin (VÖEN: **********), "xxxx" MMCnin (VÖEN: **********) icra orqanının rəhbəri olan - Maraqlı şəxs (xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında olan, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) barəsində ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4550/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4550/2023
28.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver