Məhkəmə qərarları › İş №e-2-2(113)-4553/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4553/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4553/2023 27.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, əmlakın qaytarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2021-ci il tarixli, KTA-KTT21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü it tarixədək yaranmış 885 manat gecikdirilmiş əsas borc, 232,47 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 1117,47 (min yüz on yeddi manat qırx yeddi qəpik) manat borc məbləğinin və 60 manat məbləğində ödənilmiş mediasiya xərcinin Cavabdeh oğlundan tutularaq İddiaçı ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış 14 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə xitam verilməsi və 1 ədəd “LİSİCKİ Z-178” markalı ot biçənin saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 14 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd “LİSİCKİ Z-178” markalı ot biçən cavabdehə 13 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıq lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 2550 manat təşkil etmişdir. Həmin məbləğin 900 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən cavabdeh tərəfindən 630 manat məbləğində ilkin ödəniş və 50 manat müqavilənin rəsmiləşdirmə komissiyası, 70,12 manat sığorta haqqı, 25 manat lizinq obyektinin qeydiyyat xərcləri iddiaçıya ödənilmişdir. Eyni zamanda, Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıqlar cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmiş və nəticədə xx.xx.2023-cü il tarixinə 885 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilənin 11.3-cü bəndinə görə Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən cavabdehin xx.xx.2023-cü il tarixinə qədər 232,47 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2023-cü il tarixli, PLX-22/012 nömrəli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixə saat 15:00-da təyin edilmiş mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat həcmində mediasiya xərci ödənmişdir. Beləliklə, Cavabdeh İddiaçı ASC-nin qarşısında 14 aprel 2021-ci il tarixli KTA- KTT-21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə qədər 885 manat gecikdirilmiş əsas borc, 232,47 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 1117,47 manat öhdəliyi vardır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 445.2.1, 748-1.5, 748-1.11, 748-1.12.4, 748-2.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, “lizinq verən” qismində İddiaçı ASC ilə “izinq alan” qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini (1 ədəd “LİSİCKİ Z-178” markalı ot biçən) bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

8. Müqaviləyə edilən 1 nömrəli Əlavədə lizinq obyekti olan “LİSİCKİ Z-178” markalı ot biçən avadanlığın dəqiq təsviri göstərilmişdir.

9. Müqaviləyə edilən 2 nömrəli Əlavə - ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdə 47,17 manat, sonrakı aylarda (xx.xx.2022-ci ilədək) hər ay 85 manat, sonuncu xx.xx.2022-ci il tarixdə 36,83 manat məbləğində ödənişlər etməli idi.

10. xx.xx.2021-ci il tarixli, 21/206 nömrəli lizinq obyektinin təhvil-təslim aktında qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinə əsasən 1 ədəd “LİSİCKİ Z-178” markalı ot biçən lizinq alan – Cavabdeh təhvil verildi. Aktın sonunda lizinq alan – Cavabdeh texnikanı işə saldığını, heç bir texniki nasazlıq, xarici görünüşündə batıq, əzik rənginin solmasını aşkar etmədiyini öz imzası ilə təsdiq etmişdir.

11. xx.xx.2023-cü il tarixli, PLM-230328 nömrəli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC qarşısında xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə qədər 885 manat gecikdirilmiş əsas borc, 232,47 manat gecikdirilmiş günlərə görə cərimə borcu olmaqla, ümumilikdə 1117,47 manat öhdəliyi vardır.

12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı ASC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 60 manat məbləğində ödəniş edilmişdir.

13. İddiaçı ASC xx.xx.2022-ci il tarixli, PLX-22/012 nömrəli pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh müraciət edərək, 3 (üç) iş günü müddətində borcun ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə müqavilə şərtlərinin təmin edilməsi və müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranacağını bildirmişdir.

14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış lizinqi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafiklərinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı hazırkı tələb hüququ yaranmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.7-ci maddəsinə əsasən lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.3-ci maddəsinə əsasən lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

16. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

17. İddia tələbinin bir hissəsini xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/4213 saylı “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən yaranmış 885 manat gecikdirilmiş əsas borcun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi təşkil edir.

18. Qeyd olunmalıdır ki, müqavilə şərtlərinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş lizinq obyektini öz mülkiyyətinə əldə etmək və müəyyən haqq müqabilində lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə vermək, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etmək, lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri etmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərinə əməl etsə də, cavabdeh müəyyən edilmiş qaydada və müddətlərdə lizinq və digər ödənişləri etmək öhdəliyinə əməl etməmişdir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcla bağlı hissədə tam təmin edilməli və Cavabdeh 12 aprel 2021-ci il tarixli, KTA-KTT21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü it tarixədək yaranmış 885 (səkkiz yüz səksən beş) manat əsas borc iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

20. İddia tələbinin bir hissəsini də borcun ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən 232,47 manat məbləğində dəbbə pulunun tutulması təşkil edir.

21. xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsinin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdi, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 50 (əlli) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. İddia tələbinin digər hissələrini İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə xitam verilməsi və lizinq predmetini təşkil edən 1 ədəd “LİSİCKİ Z-178” markalı ot biçən avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh alınaraq iddiaçıya geri qaytarılması təşkil edir.

25. X1 müqaviləsinin 14.1.2 və 14.1.3-cü bəndlərinə əsasən lizinq verən tərəfindən müəyyən edilmiş müddət ərzində lizinq alan müqavilə şərtlərinin pozuntularını aradan qaldırılmırsa, lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş digər öhdəliklər həyata keçirilmirsə, lizinq verən müqavilənin icra edilməsindən birtərəfli qaydada imtina edə bilər.

26. Tələbin göstərilən hissəsinə münasibətdə məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını və işin faktiki hallarını, iddiaçının lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də tam təmin edilməli və İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsinə xitam verilməli, lizinq predmetini təşkil edən 1 ədəd “LİSİCKİ Z-178” markalı ot biçən avadanlıq saz və işlək vəziyyətdə Cavabdeh alınaraq iddiaçıya geri qaytarılmalıdır.

27. Eləcə də, iddiaçı 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 aprel 2021-ci il tarixli, KTA-KTT21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən xx.xx.2023-cü it tarixədək yaranmış 885 (səkkiz yüz səksən beş) manat əsas borc, 50 (əlli) manat cərimə, 60 (altımış) manat məbləğində ödənilmiş mediasiya xərci olmaqla, ümumilikdə 995 (doqquz yüz doxsan beş) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 aprel 2021-ci il tarixli, KTA-KTT-21/4213 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 müqaviləsi”nə xitam verilsin və lizinqə verilmiş 1 ədəd “LİSİCKİ Z-178” markalı ot biçən saz və işlək vəziyyətdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar