Məhkəmə qərarları › İş №e-2-2(113)-4556/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4556/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4556/2022 15.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X11 qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı malların geri qaytarılması və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 73840 ABŞ dolları əsas, 11076 ABŞ dolları faiz, həmçinin qətnamə qəbul edilən günə əsas borc məbləğindən bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq, iddiaçı “RMA X4 Anonim Şirketi”-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən iddiaçı “RMA X4 Anonim Şirketi” ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh MMC arasında 04 nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə əsasən satın alınan mallara görə cavadehin iddiaçı qarşısında 73840 ABŞ dolları məbləğində borcu yaranmışdır. Yaranmış borcla bağlı istər şifahi, istərsə də yazılı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq cavabdeh borcun ödənilməsindən qərəzli olaraq yayınır. Tərəflər arasında olan alqı-satqı münasibətləri üzrə iddiaçı üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə də cavabdeh üzərinə düşən öhdəlikləri bu günədək lazımınca yerinə yetirməmişdir. Bununla da iddiaçı hüquqlarının müdafiəsi və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan malların (X8 300ML - (48x300) 1506 ədəd, X8 250m-1283 ədəd, X9 120ML - (48x120) 516 ədəd, X12 Gel 500ML - (24x500) 780 ədəd, X12 Gel 250ML - (24x250)-966 ədəd, X12 Gel 100ML - (96xl00)-4352 ədəd, X12 Gel 1000ML - (12x1000)-142 ədəd, X12 Gel 50ML - (192x50) 9142 ədəd, X10 Gel 50ML - (192x50) 8379 ədəd, X10 Gel 100ML - (96x100) -4103 ədəd, X10 Gel 250ML - (24x250) -727 ədəd, X7 Spray 120ML - (48x120) - 569 ədəd, X13 and Body Spray 120ML - (24x120) -2332 ədəd, X14 Cleanser and Body Spray 100M - (48xl00)-985 ədəd, X13 Spray 8ML - (576x8) 74034 ədəd) cavabdeh “RMA X4 Anonim Şirketi” tərəfindən çıxarılaraq, geri qəbul edilməsi və həmçinin vurulmuş maddi ziyana görə 2000 (iki min) manat məbləğində pulun cavabdeh RMA X4 Anonim Şirketindən tutularaq, iddiaçı Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh və cavabdeh “RMA X4 Anonim Şirketi” arasında xx.xx.2020-ci il tarixində 04 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 -ci bəndinə əsasən satıcı - RMA X4 Anonim Şirketi həmin müqavilənin əlavəsində və e- qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan məhsulları alıc; - Cavabdeh mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb, satılmış qisminin dəyərini ödəməyə öz öhdəsinə götünnüşdür. Müqavilənin 4.9-cu bəndinə əsasən qablaşdırma, gömrük və daşıma ilə bağlı xərclər satıcı tərəfindən, depolama, dağıtım, malların marketə yerləşdirilməsi və nəqliyyatı xərcləri isə Alıcı tərəfindən qarşılanacaqdır. Müqavilənin 5.2-ci bəndinə əsasən satıcı həmin müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə müqavilənin icrasından birtərəfli qaydada imtina etmək və Satıcıdan vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, müqavilənin 5.2.2-ci bəndinə yarımbəndinə əsasən satıcının təqsiri ilə vurulan zərərin ödənilməsini tələb etmək, 5.2.3-cü yarımbəndə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları satıcıya geri qaytarmaq Alıcının hüququdur. Müqavilənin 5.4.1-ci yarımbəndinə əsasən Alıcıdan təhvil verildikdən sonra 30 gün müddətində satılmış malların dəyərinin ödənilməsini tələb etmək satıcının hüququdur. Müqavilənin 5.6.1-ci yarımbəndinə əsasən istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək satıcının vəzifəsidir. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilənin yerinə yetirilməsi ilə bağlı baş verə biləcək hər hansı qarşısıalınmaz (force-major) hallara görə-yanğm, su daşqınları, zəlzələ, yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti, müharibə və müqavilələrin icrasına birbaşa təsir göstərəcək digər hallara görə heç bir məsuliyyət daşımır. Müqavilənin 6.2-ci bəndinə əsasən əgər tərəflərdən biri qarşısıalınmaz hallarla bağlı, müqavilə öhdəliklərini yerinə yetirə bilmirsə, həmin tərəf dərhal yazılı şəkildə digər tərəfi məlumatlandırır, hər bir halda hadisələrin başlandığı andan yeddi gendən gec olmayaraq. Əgər üç gün ərzində heç bir məlumat verilmirsə, o zaman tərəf müqavilə şərlərini pozmuş hesab edilir və bununla vurulmuş zərəri digər tərəfə təqdim etməlidir. Müqavilənin 6.4-cü bəndinə əsasən əgər bu cür hallar iki aydan çox davam edərsə, tərəflərdən hər hansı biri bütövlükdə müqaviləyə və ya onun hər hansı hissəsinə xitam verə bilər. Satıcı müqavilə əsasında ona ödənilmiş bütün məbləğləri dərhal Alıcıya qaytarır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə yalnız malların satılmış qisminin dəyərinin RMA X4 Anonim Şirketinə ödənilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə istifadə müddətinin bitməsinə bir aydan az qalmış malları geri qəbul etmək də Satıcının vəzifəsi kimi müəyyən edilmişdir. Bundan başqa yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti, müharibə və müqavilələrin icrasına birbaşa təsir göstərəcək digər hallara görə Cavabdeh heç bir məsuliyyət daşımadığı müqavilədə əks olunmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıdan asıl olmayan və qarşısı alınması mümkün olmayan hallarla bağlı malların satışında çətinliklər yaranmışdır. Belə ki, dünya ölkələrinin səhiyyə sistemi və iqtisadiyyatına dağıdıcı zərbə vurmuş COVİD-19 Koronovirusu (pandemiya) sağlamlıqla bağlı narahatlıqlar, insanların mal və əmtəələrin hərəkətlərinə məhdudiyyətlər, biznes və istehlakçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşahidə olunmuşdur. Artıq onun vurduğu zərərin nəticəsi olaraq 2008-ci ildən bəri dünyada müşahidə olunan ən kəskin böhranın baş verdiyi təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən dünyada yayılmış koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronovirus infeksiyasmın ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının “Sanitariyaepidemioloji salamatlıq haqqında Qanun”unun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilmişdir. Koronovirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasında tədbir olunan karantin rejimi digər sahələrə olduğu kimi malların satışı sahəsinə də mənfi təsir göstərmişdir. Ölkə üzrə karantin rejimi tətbiq edildikdən sonra COVİD 19 virusu ilə mübarizə aparılması üçün bir çox məhdudiyyətlər tətbiq edilmiş, iş yerlərində işçilərin sayı azaldılmış, bir çox sahədə iş və fəaliyyət dayandırılmış və s. tədbirlər həyata keçirilmişdir. Göstərilən hallara görə karantin rejimi elan olunduqdan sonra Cavabdeh tərəfindən də RMA X4 Anonim Şirketi tərəfindən göndərilmiş malların satışı demək olarkı tam dayanmışdır. Pandemiya şəraitində iş rejimi ilə əlaqədar işçilərin tam və normal vəziyyətdə işləməməsi, maliyyə böhranının yaranması Cavabdeh fəaliyyətini də iflic vəziyyətinə gətirib çıxarmışdır. Müqavilə bağlayarkən tərəflərin əsas götürdükləri şəraitin COVİD-19 Pandemiyasına görə əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmalıdır. COVİD-19 Pandemiyası və buna görə bütün dünyanı əhatə edərək sərt məhdudlaşdırma siyasəti tətbiq olunması və iqtisadi göstəricilərə təsir göstərib iqtisadi yavaşlama ilə nəticələnən hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Koronovirus pandemiyası ilə bağlı məhdudiyyətlər və real iqtisadi durum nəticəsində Cavabdeh üzləşdiyi real iqtisadi böhran RMA X4 Anonim Şirketi tərəfindən göndərilmiş malların satışı imkanlarını məhdudlaşdırmışdır. Buna görə də 2021ci ilin avqust ayından sonra dəfələrlə elektron poçt vasitəsi ilə yazılı formada mallarının satışının dayandığı, həmin malların anbardan geri götürülməsinin zəruriliyi ilə bağlı RMA X4 Anonim Şirketinə bildirilsə də, lakin RMA X4 Anonim Şirketi malları anbardan çıxartmaqdan, geri qəbul etməkdən imtina etmiş və tərəflər arasında xx.xx.2020-ci il tarixində bağlanmış 04 saylı alqı-satqı müqavilənin şərtlərini pozmuşdur. Belə ki, müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilənin yerinə yetirilməsi ilə bağlı baş verə biləcək hər hansı qarşısıalınmaz qüvvə - yoluxan xəstəlik, pandemiya, dövlət məhdudiyyəti alıcını öhdəliklərdən azad etsə də, “RMA X4 Anonim Şirketi malları geri qəbul etməkdən əsassız olaraq imtina etmiş, əvəzinə əsassız və qanunsuz olaraq malların dəyərinin ödənilməsini tələb etmişdir. Halbuki müqavilənin 1.1-ci bəndinə və 5.4.1-ci yarımbəndinə əsasən “RMA X4 Anonim Şirketi yalnız satılmış malların dəyərini tələb edə bilər. “RMA X4 Anonim Şirketi öz əsassız iddia və tələbi ilə malları Cavabdeh istifadəsinə olan Abşeron rayonu, Yeni Şamaxı şosesi 69 ünvandan yerləşən anbardan və daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan çıxartmamaqla, Cavabdeh anbarın dolu vəziyyətdə qalmasına, nəticədə anbardan digər məqsədlərlə istifadəsinə çətinlik yaratmışdır. Bu isə öz növbəsində Cavabdeh anbara dair sahiblik və istifadə hüququnun həyat keçirilməsində çətinlik yaratmaqla, ona maddi ziyan vurulmasına səbəb olmuşdur. Belə ki, malların anbarda saxlanılmasına görə Cavabdeh elektrikenerjisi, mühafizə, yerin haqqı, vergiləri ödəyir. “RMA X4 Anonim Şirketi malları anbardan çıxartmağı və geri qəbul etmədiyi üçün 2021-ci ilin avqust ayından 2022-ci ilin may ayınadək hər ay 200 manat olmaqla, cəmi 1800 manat, 2022-ci ilin may və iyun aylarında hər ay üçün 100 manat olmaqla, cəmi 200 manat Cavabdeh pul xərcləməli olmuşdur. Hal hazıradək 2000 manat pul xərclənmişdir. Odur ki, “RMA Development X1suz əməlləri və öhdəliklərini icra etməməsi ilə bağlı olduğu qeyd olunan pulların əvəzinin Cavabdehnə ödənilməsi və həmçinin anbarda olan malların cavabdeh tərəfindən anbardan çıxarılması və geri qəbul olunması zəruri hesab olunur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi vəkil Nümayəndə ilkin iddianı müdafiə edərək, ilkin iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərin arasında cavabdehin nümayəndəsinin istinad etdiyi kimi xx.xx.2020-ci il tarixli müqavilənin xidməti deyil, məhz alqı-satqı müqaviləsi olduğunu, bunun həm müqavilənin adından, həmçinin müqavilənin 1.1 və 4.7-ci bəndində qeyd olunduğu kimi məhsulların alıcıya verildiyi andan mülkiyyətinə keçməsi kimi və digər bəndlərlə qeyd olunan müddəalar ilə təsdiq edildiyini, bununla yanaşı izahatında cavabdehin istinad etdiyi Xanlar Ağayev adlı şəxsin şirkətin direktoru olmadığını və müqavilə şərtlərindən kənar hər hansı halların və ya qiymətlərin müəyyən edilməsi ilə bağlı səlahiyyətli şəxs olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 ilkin iddianı qəbul etməyərək, ilkin iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq tərəflərin arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin üzərində “alqı-satqı müqaviləsi” yazılmağına baxmayaraq, sözügedən müqavilənin təbiətinə görə xidməti müqavilə olduğunu, belə ki, tərəflərin arasında qarşılıqlı razılaşmaya əsasən müqavilənin 1.1-ci bəndində qeyd olunduğu kimi alıcı “satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürür” cümləsinin mənasının məhz xidməti müqavilədən irəli gələn satılacaq məhsulun dəyərinin ödənilməsi kimi başa düşüldüyünü, həmçinin sözügedən müqavilənin alqı-satqı müqaviləsi olmamasının müqavilənin 5.2.3-cü bəndində alıcının hüquqlarından birinin istifadə müddətinin bitməsinə 1 aydan az qalmış malları satıcıya geri qaytarması kimi müddəalar ilə təsdiq olunduğunu, bundan əlavə izahatında iddiaçı şirkətin işçisi olan Ağayev Xanlar adlı şəxs tərəfindən 05 mart 2021-ci il tarixdə elektron yazışmada təhvil alınmış malların satış qiymətinin aşağı salınması ilə bağlı təklifinin bu müqavilənin alqı-satqı deyil, məhz xidməti müqavilənin olduğunu bir daha təsdiq etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli RMA X4 Anonim Şirketi ilə Cavabdeh MMC arasında bağlanmış 04 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, RMA X4 Anonim Şirketi sifarişə uyğun olaraq bu müqavilənin əlavəsində və ya e-qaimə fakturada göstərilən qiymətə, saya və çeşidə malik olan məhsulları Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, Cavabdeh MMC isə öz növbəsində həmin malları təhvil alıb satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci maddəsinə görə RMA X4 Anonim Şirketi keyfiyyətsiz mala görə tam məsuliyyət daşıyır və Cavabdeh MMC-yə keyfiyyətsiz malın verilməsi və/və ya onun hər hansı qaydada istifadə edilməsi və ya kəmiyyətcə uyğun olmayan malın təchiz olunması ilə dəymiş ziyanın əvəzini ödəməlidir. 2.3-cü maddəsinə görə kəmiyyətdə uyğunsuzluq olarsa, satıcı alıcının tələbi ilə 7 iş günü ərzində ya bu uyğunsuzluğu aradan qaldırır, ya onu növbəti sifarişlə kompensasiya edir. Müqavilənin 4.6-cı maddəsinə əsasən təhvil-təslim aktının imzalanması satıcının müqaviləyə və əlavələrə uyğun olaraq malları təhvil verdiyini göstərir və alıcı zərər və çatışmazlıq üçün kompensasiya tələb edə bilməyəcəkdir. Müqavilənin 4.7-ci maddəsinə əsasən mal alıcıya təhvil verildiyi andan mala mülkiyyət hüququ alıcıya keçir. Müqavilənin 4.8-ci maddəsinə əsasən alıcı keyfiyyətsiz malı qəbul etməkdən imtina edə və ya malın satıcının öz hesabına dəyişdirilməsini tələb edə bilər. Müqavilənin 5.2.3-cü maddəsinə əsasən alıcının hüquqlarından biri istifadə müddətinin bitməsinə 1 aydan az qalmış malları satıcıya geri qaytarmaqdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubundan görünür ki, RMA X4 Anonim Şirketindən xx.xx.2020-ci il tarixli yük gömrük bəyannamələrindən göründüyü kimi 81787,84 ABŞ dolları məbləğində olan mallar Cavabdeh MMC-yə idxal etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7 və 567-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəməyə təqdim edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, satıcı RMA X4 Anonim Şirketi ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və xx.xx.2020-ci il tarixdə 81787,84 ABŞ dolları məbləğində olan mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. Satılan mallara görə müəyyən vəsait ödənilsə də, 73840 ABŞ dolları məbləğində borc ödənilməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alan hesab edir ki, əsas borc tələbi ilə bağlı ilkin iddia əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda MM-nin 445.7-ci maddəsi ilə bağlı 11076 ABŞ dolları faiz borcun tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb qismən təmin edilməlidir, belə ki, mallar Cavabdeh MMC-yə xx.xx.2020-ci il tarixdə təhvil verildiyindən, müqavilənin 5.4.1-ci bəndinə əsasən malın dəyərinin təhvildən sonra tələb etmək hüququnun yarandığını və yekun məhkəmə aktı qəbul edilən günədək hesablanacağını nəzərə alan, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 445.7-ci maddəsinə əsasən RMA X4 Anonim Şirketinin xeyrinə illik 5%-lə hesablanan 7535,72 ABŞ dolları faiz borcu (73840x5%:365x745) tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir, belə ki, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 tərəflərin arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin alqı-satqı deyil, təbiətinə görə xidməti müqavilənin olması ilə bağlı məhkəmə hesab edir ki, mübahisəli müqavilə bəndlərdə göstərilən müddəalara görə məhz alqı-satqı müqaviləsidir. Məhkəmə onlardan bir qismini qeyd edir: birinci element xx.xx.2020-ci il tarixli müqavilənin adı məhz alqı-satqı müqaviləsidir, ikinci element - həmin müqavilənin 1.1 və 4.7-ci bəndində məhsulların alıcıya verildiyi andan mülkiyyətinə keçməsi qeyd olunub, üçüncü element - həmin müqavilənin 5.2.5-ci bəndində alıcıya təhvil verilmiş malların qarşılıqlı razılaşma olmadan digər firma tərəfindən satışa çıxarılmasına görə satıcı 50000 manat dəbbə pulu ödəyir müddəası o deməkdir ki, alıcı Cavabdeh MMC daxili bazarda aldığı və mülkiyyətinə keçmiş məhsulun satışından gəlir əldə etmək istəyir və qeyd olunanları satıcı RMA X4 Anonim Şirketinə münasibətdə müəyyən maliyyə sanksiyasi ilə şərtləndirilib, müqavilə xidməti olacağı təqdirdə (xidməti müqavilədə alınan məhsul sadəcə olaraq geri qaytarılır), RMA X4 Anonim Şirketi öz üzərinə 50000 manat dəbbə pulu ödəmək öhdəliyi üzərinə götürməzdi, bu şərt alqı-satqı münasibətlərinin elementidir, dördüncü element - həmin müqavilənin 2.2-ci bəndində keyfiyyətsiz və ya kəmiyyətçə uyğun olmayan malın təchiz olunması ilə dəymiş ziyanın əvəzinin ödənilməsi (xidməti müqavilədə hansı ziyandan söhbət gedə bilər – mal sadəcə olaraq geri qaytarılır) kimi şərt alqı-satqı münasibətlərinin elementidir. Eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 1.1-ci bəndində qeyd olunan kimi alıcı “satılmış qisminin dəyərini ödəməyi öhdəsinə götürür” cümləsi ilə bağlı məhkəmə qeyd edir ki, ümumiyyətlə həmin cümlə natamamdır, belə ki, həmin cümlənin qarşısında “ona” və ya “onun tərəfindən” sözləri cümlənin mənasını dəyişir, həmçinin sözügedən müqavilənin 5.2.3-cü bəndində alıcının hüquqlarından birinin istifadə müddətinin bitməsinə 1 aydan az qalmış malları satıcıya geri qaytarması kimi müddəa, məhz alqı-satqı münasibətlərindən (təhvil-təslim vaxtı) irəli gəlir. Həmçinin Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iddiaçı şirkətin işçisi olan Xanlar Ağayev adlı şəxs tərəfindən 05 mart 2021-ci il tarixdə elektron yazışmada təhvil alınmış malların satış qiymətinin aşağı salınması ilə təklifi bu müqavilənin alqı-satqı deyil, məhz xidməti müqaviləsinin olduğuna istinad edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Xanlar Ağayev adlı şəxs RMA X4 Anonim Şirketinin direktoru olmadığından, sonuncunun müqavilə şərtlərindən kənar hər hansı halların və ya qiymətlərin müəyyən edilməsi ilə bağlı səlahiyyətli şəxs olması ilə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh MMC-dən 73840 ABŞ dolları əsas və illik 5%-lə hesablanan 7535,72 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq ilkin iddia üzrə iddiaçı RMA X4 Anonim Şirketinə ödənilməlidir. İlkin iddia digər hissədə rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan malların (X8 300ML - (48x300) 1506 ədəd, X8 250m-1283 ədəd, X9 120ML - (48x120) 516 ədəd, X12 Gel 500ML - (24x500) 780 ədəd, X12 Gel 250ML - (24x250)-966 ədəd, X12 Gel 100ML - (96xl00)-4352 ədəd, X12 Gel 1000ML - (12x1000)-142 ədəd, X12 Gel 50ML - (192x50) 9142 ədəd, X10 Gel 50ML - (192x50) 8379 ədəd, X10 Gel 100ML - (96x100) -4103 ədəd, X10 Gel 250ML - (24x250) -727 ədəd, X7 Spray 120ML - (48x120) -569 ədəd, X13 and Body Spray 120ML - (24x120) -2332 ədəd, X14 Cleanser and Body Spray 100M - (48xl00)-985 ədəd, X13 Spray 8ML - (576x8) 74034 ədəd) cavabdeh “RMA X4 Anonim Şirketi” tərəfindən çıxarılaraq, geri qəbul edilməsi və həmçinin vurulmuş maddi ziyana görə 2000 (iki min) manat məbləğində pulun cavabdeh RMA X4 Anonim Şirketindən tutularaq xeyrinə ödənilməsi tələbi ilə bağlı qarşılıqlı iddiası isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 73840 ABŞ dolları əsas illik 5%-lə hesablanan 7535,72 ABŞ dolları faiz borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq ilkin iddia üzrə iddiaçı RMA X4 Anonim Şirketinə ödənilsin. İlkin iddia digər hissədə rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanda yerləşən anbardan malların (X8 300ML - (48x300) 1506 ədəd, X8 250m-1283 ədəd, X9 120ML - (48x120) 516 ədəd, X12 Gel 500ML - (24x500) 780 ədəd, X12 Gel 250ML - (24x250)-966 ədəd, X12 Gel 100ML - (96xl00)-4352 ədəd, X12 Gel 1000ML - (12x1000)-142 ədəd, X12 Gel 50ML - (192x50) 9142 ədəd, X10 Gel 50ML - (192x50) 8379 ədəd, X10 Gel 100ML - (96x100) -4103 ədəd, X10 Gel 250ML - (24x250) -727 ədəd, X7 Spray 120ML - (48x120) -569 ədəd, X13 and Body Spray 120ML - (24x120) -2332 ədəd, X14 Cleanser and Body Spray 100M - (48xl00)-985 ədəd, X13 Spray 8ML - (576x8) 74034 ədəd) cavabdeh “RMA X4 Anonim Şirketi” tərəfindən çıxarılaraq, geri qəbul edilməsi və həmçinin vurulmuş maddi ziyana görə 2000 manat məbləğində pulun cavabdeh RMA X4 Anonim Şirketindən tutularaq xeyrinə ödənilməsi tələbi ilə bağlı qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar