Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4558/2025 19.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən taxıl məhsullarının alqı-satqısı barədə AT-29 nömrəli, 14 aprel 2023 -cü il tarixli müqavilə üzrə yaranmış 47809,50 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) ilə Cavabdeh MMC arasında taxıl məhsullarının alqı-satqısı barədə AT-29 nömrəli, 14 aprel 2023 -cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh MMC İddiaçı MMC-dən taxıl məhsulları, o cümlədən kisələrdə qablaşdırılmış un, kəpək və sair alır və bağlanmış müqavilənin ayrılmaz tərkib hissəsi olan X1, e-qaimə və ya hesabfakturada göstərilən qaydada aldığı malın dəyərinin ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinin şərtlərinə əsasən, “Alıcı” “Satıcı”nın təqdim etdiyi elektron qaiməni aldıqdan dərhal sonra nağd və ya nağdsiz hesablaşmalar haqqında qaydalara uyğun olaraq ödənişi həyata keçirir. Alıcı - Cavabdeh MMC 15 aprel 2023-cü il tarixdən başlayaraq 24 aprel 2024-cü il tarixədək İddiaçı MMC-dən 103 380,50 manat dəyərində un almış, mal alındıqdan sonra hissə-hissə olaraq onun dəyərinin cəmi 55 571,00 AZN-lik hissəsi ödənilmişdir. Son Mal alışından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh MMC tərəfindən ödəmə aparılmamış, müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh MMC-nin İddiaçı MMC-yə 47 809,50 manat borcu yaranmışdır. Cavabdeh MMC ilə İddiaçı MMC arasında sonuncu dəfə xx.xx.2025-ci il tarixdə AT-29 nömrəli, 14 aprel 2023-cü il tarixli müqavilə üzrə üzləşmə aparılaraq üzləşmə aktı tərtib olunmuş və tərəflər həmin üzləşmə aktını imzaları ilə təsdiq etmişdilər. Borcun ödənilməsi ilə bağlı 20 fevral 2025-ci il tarixli, 12/2025M nömrəli xəbərdarlıq məktubu (pretenziya) poçt vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 425.2, 442, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış taxıl məhsullarının alqı-satqısı barədə AT- 29 nömrəli, 14 aprel 2023-cü il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən "Satıcı" "Alıcı"ya taxıl məhsulları (kisələrdə qablaşdırılmış un, kəpək və sair) (bundan sonra "Mal") satır, "Alıcı" isə həmin Malları qəbul edir, Müqavilə ilə razılaşdırılmış. bu müqavilənin ayrılmaz tərkib hissəsi olan X1, e.qaimə və ya hesab-fakturada göstərilən qaydada Malın dəyərini öncədən "Satıcı"ya ödəyir. 2.1-ci bəndinə əsasən "Satıcı" "Alıcı"ya onun sifarişi əsasında, X1, elektron-qaimədə və ya hesab-fakturada qeyd olunan sayda və məbləğdə malı satır. 4.1-ci bəndinə əsasən müqaviləyə uyğun olaraq "Alıcı" və "Satıcı" arasında razılığa uyğun olaraq elektron-qaimə əsasında mal təhvil verilir. 4.2-ci bəndə əsasən "Satıcı" Malın təhvil verilməsi ilə birlikdə elektron-qaimə və digər zəruri sənədləri "Alıcı"ya təqdim etməlidir. 5.1-ci bəndinə əsasən "Alıcı" "Satıcı"nın təqdim etdiyi elektronqaimə aldıqdan dərhal sonra nağd və ya nağdsız hesablaşmalar haqqında qaydalara uyğun olaraq əvvəlcədən ödənişi həyata keçirir. EBDV seriyalı, 070268 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1060 manat, EBDV seriyalı, 311307 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1596 manat, EBDV seriyalı, 648927 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1596 manat, EBDV seriyalı, 885578 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1330 manat, EBDW seriyalı, 328497 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1596 manat, EBDW seriyalı, 502994 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1596 manat, MT2401 seriyalı, 00115496 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1064 manat, MT2401 seriyalı, 00232915 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1064 manat, MT2401 seriyalı, 00291308 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1064 manat, MT2401 seriyalı, 00347166 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1330 manat, MT2401 seriyalı, 00432837 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1330 manat, MT2402 seriyalı, 00020287 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1330 manat, MT2402 seriyalı, 00082945 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1596 manat, MT2402 seriyalı, 00164733 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1862 manat, MT2402 seriyalı, 00300865 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1064 manat, MT2402 seriyalı, 00402525 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1310 manat, MT2402 seriyalı, 00465038 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1834 manat, MT2403 seriyalı, 00068950 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1048 manat, MT2403 seriyalı, 00157177 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 786 manat, MT2403 seriyalı, 00212734 nömrəli, xx.xx.2024cü il tarixli, dəyəri 1048 manat, EBDP seriyalı, 122833 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1644 manat, EBDP seriyalı, 670246 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 808.50 manat, EBDP seriyalı, 929317 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1617 manat, EBDQ seriyalı, 211910 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1617 manat, EBDQ seriyalı, 620445 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1623 manat, EBDR seriyalı, 057721 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1611 manat, EBDR seriyalı, 406059 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1342.50 manat, EBDR seriyalı, 777084 nömrəli, xx.xx.2023cü il tarixli, dəyəri 1342.50 manat, EBDS seriyalı, 198201 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1330 manat, EBDS seriyalı, 426250 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1330 manat, EBDS seriyalı, 734251 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1332.50 manat, EBDT seriyalı, 115872 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1602 manat, EBDT seriyalı, 549932 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1608 manat, EBDT seriyalı, 977433 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1608 manat, EBDU seriyalı, 305858 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1072 manat, EBDU seriyalı, 747288 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1340 manat olan elektron qaimələr təqdim olunan malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış AT-29 nömrəli, 14 aprel 2023-cü il tarixli müqavilə üzrə dövrün sonuna (xx.xx.2025-ci il tarixə) qalıq borcun 47,809.50 manat təşkil etməsi barədə imzalanmış üzləşmə aktı hər iki tərəfin imzaları və möhürləri ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki İddiaçı MMC 233,43 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öhdəliyini icra edərək, müvafiq həcmdə taxıl məhsullarını cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdeh müxtəlif tarixlərdə borcunun bir qismini ödəmiş, sonda isə iddiaçıya 47,809.50 manat borcunun olduğunu qəbul etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehə malları təhvil verməsi və borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla, hər iki tərəfdən imzalanaraq möhürlənmiş üzləşmə aktı və elektron qaimə-fakturalar ilə öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə və müqavilənin 5.1-ci bəndinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Odur ki, məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 47,809.50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 233,43 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən taxıl məhsullarının alğı-satqısı barədə AT-29 nömrəli, 14 aprel 2023 -cü il tarixli müqavilə üzrə yaranmış 47809 (qırx yeddi min səkkiz yüz doqquz) manat 50 (əlli) qəpik pul vəsaiti və ödənilmiş 233 (iki yüz otuz üç) manat 43 (qırx üç) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4558/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4558/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver