Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-457/2025 20.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, dəbbə pulu) X1 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC-dən 5958,17 manat məbləğində əsas borc, 306,33 manat dəbbə pulu, vəkil xərci 850 manat, məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 83 manat, ümumilikdə 7197,50 pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AT- TT/115 saylı müqaviləsinin 2-ci bəndinə görə həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı ona məxsus olan məhsulları Sifarişçinın yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında Sifarişçinın anbarına çatdırır. Cavabdehə təqdim olunmuş və cavabdeh tərəfindən təsdiq edilmiş MT2406 10035339 nömrəli elektron qaimə faktura üzrə 2020 manat, MT2406 11569560 və MT2407 10128222 nömrəli elektron qaimə fakturalar üzrə 3938,17 manat, ümumilikdə ƏDV daxil 5958,17 manat məbləğ ödənilməmiş borcu vardır. Cavabdehə müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin icra edilməməsinə dair dəfələrlə şifahi qaydada, eləcə də iş proseslərinin sürətləndirilməsi, müqavilə üzrə öhdəliklərin tam və vaxtında icra edilməsi xahişi ilə rəsmi müraciət edilsə də heç bir nəticəsi olmamışdır. İddiaçı tərəfindən öz üzərinə düşən bütün öhdəliklərin vaxtında və tam olaraq icra edilməsinə baxmayaraq, müvafiq müqavilə üzrə müəyyən olunmuş haqlar cavabdeh tərəfindən ödənilməmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən Sifarişçi İcraçının işinin haqqını vaxtında ödəmədikdə, o hər ötən gün üçün məbləğin 0,1%-i həcmində, lakin ümümi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir. İş materiallarında olan elektron qaimə fakturadan görünür ki, xx.xx.2024-cü il tarixdə təqdim edilib və indiyədək borc ödənilməmişdir. Belə olan halda ümumi gecikməyə görə 306,33 manat məbləğində dəbbə pulu hesablanmışdır. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 445.1, 445.2.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixində iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçının qaldırdığı iddia tələbinin heç bir əsası yoxdur, hazırkı vəziyyətdə cavabdeh tərəfindən bütün öhdəliklər tam şəkildə icra edilmişdir. Qaimə fakturanın mövcud olması məhsulun təhvil-təslimi demək deyildir. Həmin qaimə fakturada göstərilənlərlə bağlı qeyd etmişdir ki, həmin şirkətlə mütamadi işləri olmuş və bu günə kimi onlara heç bir məbləğdə verəcəyi mövcud deyildir. Nəzərə almaq lazımdır ki, müqavilə öhdəliklərindən yayınan tərəf məhz iddiaçı olmuşdur. Həmçinin iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə göstərilən məhsullar təqdim edilməmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Sifarişçi” “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC ilə “İcraçı” İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli AL-TT/115 nömrəli müqavilədən görünür ki, İcraçı ona məxsus olan məhsulları Sifarişçinin yazılı sifarişi və hər iki tərəfin imzaları (möhürləri) ilə təsdiq edilmiş qaimə əsasında Sifarişçinin anbarına çatdırması şərtləşdirilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə malın qiyməti qaimə-fakturaya əsasən müəyyən olunur. Müqavilənin 2.2-ci bəndinə əsasən göstərilən xidmətlərin və malların dəyəri köçürmə yolu ilə 15 (on beş) bank gün ərzində həyata keçirilir. Müqavilənin 4.1-cü bəndinə əsasən Sifarişçi İcraçının işinin haqqını vaxtında ödəmədikdə, o hər ötən gün üçün məbləğin 0,1%-i həcmində, lakin ümümi məbləğin 10%-dən çox olmamaqla dəbbə pulu ödəməlidir. AL-TT/115 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1 №-li Əlavəyə əsasən Avadanlıqların qaytarma-təhvil aktına əsasən 6 ədəd dispenser xx.xx.2024 tarixində İcraçıya tərəfindən Sifarişçiyə təqdim edilmişdir. AL-TT/115 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1 №-li Əlavəyə əsasən Avadanlıqların qaytarma-təhvil aktına əsasən 30 ədəd dispenser xx.xx.2024 tarixində İcraçıya tərəfindən Sifarişçiyə təqdim edilmişdir. AL-TT/115 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1 №-li Əlavəyə əsasən Avadanlıqların qaytarma-təhvil aktına əsasən 20 ədəd dispenser xx.xx.2024 tarixində İcraçıya tərəfindən Sifarişçiyə təqdim edilmişdir. AL-TT/115 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1 №-li Əlavəyə əsasən Avadanlıqların qaytarma-təhvil aktına əsasən 2 ədəd dispenser xx.xx.2024 tarixində İcraçıya tərəfindən Sifarişçiyə təqdim edilmişdir. AL-TT/115 nömrəli müqavilə üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 1 №-li Əlavəyə əsasən Avadanlıqların qaytarma-təhvil aktına əsasən 7 ədəd dispenser xx.xx.2024 tarixində İcraçıya tərəfindən Sifarişçiyə təqdim edilmişdir. 02 iyul 2024-cü il tarixli 823 saylı Xərc qaiməsindən görünür ki, İddiaçı MMC tərəfindən “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC-yə 2213,92 manat dəyərində 1 adda mal təqdim edilmişdir. 28 iyun 2024-cü il tarixli 822 saylı Xərc qaiməsindən görünür ki, İddiaçı MMC tərəfindən “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC-yə 1724,26 manat dəyərində 2 adda mal təqdim edilmişdir. 01 iyun 2024-cü il tarixli 674 saylı Xərc qaiməsindən görünür ki, İddiaçı MMC tərəfindən “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC-yə 5367,35 manat dəyərində 3 adda mal təqdim edilmişdir. Tərəflər arasında olan elektron məktub yazışmalarından görünür ki, iddiaçı cavabdehdən borcun ödənilməsini tələb etmiş, həmçinin cavabdeh müvafiq sifarişlər vermişdir. 02 sentyabr 2024-cü il tarixli **********69 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən dövlət büdcəsinə 83 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimələr, aktlar) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Cavabdehin nümayəndəsi etirazında müqavilə öhdəliklərindən yayınan tərəfin, məhz iddiaçı olduğunu, iddiaçı tərəfindən cavabdehə göstərilən məhsulların təqdim edilmədiyini bildirsədə, öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək təhvil aldığı malların dəyərindən 5958,17 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 5958,17 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 306,33 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 297 manat müəyyən olunmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 850 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Həmçinin iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 83 manat dövlət rüsumunun 82,56 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “AZCARGO LOGİSTİCS AND MANAGMENT SERVİCES” MMC-dən 5958,17 manat əsas, 297 manat cərimə olmaqla cəmi 6255 (altı min iki yüz əlli beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 82 (səksən iki) manat 56 (əlli altı) qəpiyinin və hüquqi yardım üçün ödənilmiş xərcin 500 (beş yüz) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-457/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-457/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver