Məhkəmə qərarları › İş №e-2-2(113)-458/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-458/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-458/2023 23.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı 21 376 5205 saylı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 25.538,71 manat, hesablanmış cəriməyə görə 1.870,70 manat və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, cəmi 24.609,41 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (tələbin həcminin azaldılması) barədə ərizə ilə müraciət edərək, cavabdehdən əsas borca görə 22.538,71 manat, hesablanmış cəriməyə görə 1.870,70 manat və ödənilmiş mediasiya rüsumuna görə 200 manat olmaqla, cəmi 24.609,71 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə barışıq sazişi təqdim etməklə, cavabdehlə birlikdə məhkəməyə yazılı ərizələr təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişlər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 13 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər (iddiaçı və cavabdeh) aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh - Cavabdeh 2023-cii ilin iyul ayından başlayaraq ardıcıl olaraq 19 ay müddətində aylıq 500-600 manat ödəməklə, ümumilikdə 9838,71 manat borcunu İddiaçı MMC-yə qaytarmağı öz öhdəsinə götürür;

2. Cavabdeh - Cavabdeh 2023-cü ilin iyul ayından başlayaraq ardıcıl olaraq 19 ay müddətində aylıq 500-600 manat ödəməklə, ümumilikdə 9838,71 manat borcunu iddiaçıya qaytarmadığı təqdirdə, məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq Sazişi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcək.

3. Bu barışıq sazişi İddiaçı MMC-nin və Cavabdeh MMC-nin öz sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmişdir, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti və sazişin məzmununu aydın şəkildə dərk edirlər.

4. Hazırkı saziş hər tərəfə bir nüsxə veıilməkə və bir nüsxənin iş materiallıarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin Cavabdeh (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı 21 376 5205 saylı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 13 iyun 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.

1. Cavabdeh - Cavabdeh 2023-cii ilin iyul ayından başlayaraq ardıcıl olaraq 19 ay müddətində aylıq 500-600 manat ödəməklə, ümumilikdə 9838,71 manat borcunu İddiaçı MMC-yə qaytarmağı öz öhdəsinə götürür;

2. Cavabdeh - Cavabdeh 2023-cü ilin iyul ayından başlayaraq ardıcıl olaraq 19 ay müddətində aylıq 500-600 manat ödəməklə, ümumilikdə 9838,71 manat borcunu iddiaçıya qaytarmadığı təqdirdə, məhkəmə qərardadı əsasında təsdiq olunmuş bu “Barışıq Sazişi” qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldiləcək.

3. Bu barışıq sazişi İddiaçı MMC-nin və Cavabdeh MMC-nin öz sözlərinə və iradə ifadələrinə əsasən tərtib edilmişdir, onlar tərəfindən oxunmuş və imzalanmışdır. Onlar bu sazişin imzalanması ilə bağlı hüquqi məsuliyyəti və sazişin məzmununu aydın şəkildə dərk edirlər.

4. Hazırkı saziş hər tərəfə bir nüsxə veıilməkə və bir nüsxənin iş materiallıarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Barışıq sazişini oxudular, mətni onlarn iradəsinə uyğun tərtib edilmişdir, düzdür, ona görə də imzaları ilə təsdiq edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar