Məhkəmə qərarları › İş №e-2-2(113)-4588/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4588/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4588/2024 04.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, göndərmə müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyət Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı "borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17887,56 dəyərində olan borcdan ödənilməmiş 13760,16 manat borcun və ödənilmiş manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC-nin aralarında 2021-ci ilin dekabr ayından ədviyyat malların alqı-satqı ilə bağlı ticarət əlaqələri olmuş, 2021-ci ilin dekabr ayından 2022-ci ilin avqust ayınadək olan müddətdə cavabdeh iddiaçıdan təhvil aldığı ədviyyat mallarının dəyərini tərəflər arasında mövcud olmuş qaimələr əsasında ödəmiş olsa da 2022-ci ilin avqust ayından 2022-ci ilin noyabr ayınadək olan müddət ərzində isə aşağıda istinad edilmiş elektron qaimə-fakturalar əsasında təhvil aldığı 17887,56 manat dəyərində olan malların dəyərindən, market bağlandığına görə cəmi 4124,4 manat dəyərində olan mallar geri qaytarılmış,13760,16 manat borclu qalmışdır. Bu günədək alıcı dəfələrlə borcun tələbi ilə bağlı edilən müraciətləri, pretenziyaları cavablandırmamışdır. Bu əsasla da əvvəl mediasiya təşkilatına, hazırda da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehin xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində iddiaçıya aşağıda istinad edilmiş elektron qaimə - fakturalar əsasında ədviyyat malları təhvil verilmişdir; xx.xx.2022-cü il tarixli, EBCC 290873 saylı elektron qaimə əsasında 1502,58 manat, xx.xx.2022-cü il tarixli, EBCC 282018 saylı elektron qaimə əsasında 5515,57 manat, xx.xx.2022-cü il tarixli,EBCC 305060 saylı elektron qaimə əsasında 2822,41 manat,xx.xx.2022-cü il tarixli, EBCC 340206 saylı elektron qaimə əsasında 1184,34 manat, xx.xx.2022-cü il tarixli, EBCC 619973 saylı elektron qaimə əsasında 3870,01 manat, xx.xx.2022-cü il tarixli, EBCG 307472 saylı elektron qaimə əsasında 768,76 manat, xx.xx.2022-cü il tarixli, EBCG 307660 saylı elektron qaimə əsasında 335,65 manat, xx.xx.2022-cü il tarixli, EBCG 308340 saylı elektron qaimə əsasında 470,19 manat, xx.xx.2022-cü il tarixli, EBCG 763954 saylı elektron qaimə əsasında 436,33 manat,xx.xx.2022-cü il tarixli, EBCG 759903 saylı elektron qaimə əsasında 144,67 manat,xx.xx.2022-cü il tarixli, EBCG 770708 saylı elektron qaimə əsasında 583,70 manat,xx.xx.2022-cü il tarixli,EBCG 758375 saylı elektron qaimə əsasında 253,35 manat, Cəmi 17887,56 dəyərində olan mallardan market bağlandığına görə cavabdeh cəmi 4124,4 manat dəyərində olan malları geri qaytarmış,cavabdehin bu günə iddiaçıya 13760,16 manat borcu qalmışdır. Mübahisəni mediasiya qaydasında həll edilməsi üçün edilən cəhdlər də bir nəticə verməmiş, cavabdeh ilkin mediasiya sessiyasinda istrak edilməmiş, bu haqda Mediasiya Təşkilatı iddiaçıya xx.xx.2023-cü il tarixli arayış təqdim etmişdir. Eyni zamanda cavabdeh əvvəlcədən sifarişli bildiriş göndərilmiş, vergi ödəyicisinin internet vergi kabinetindən “onlayn kargüzarlıq" vasitəsi ilə məlumatlandırılmış olsa da, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 425.1, 443.1, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: EBCC seriyalı, 290873 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1502,58 manat, EBCC seriyalı, 282018 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 5515,57 manat, EBCC seriyalı, 305060 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2822,41 manat, EBCC seriyalı, 340206 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1184,34 manat, EBCC seriyalı, 619973 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 3870,01 manat, EBCG seriyalı, 307472 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 768,76 manat, EBCG seriyalı, 307660 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 335,65 manat, EBCG seriyalı, 308340 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 470,19 manat, EBCG seriyalı, 763954 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 436,33 manat, EBCG seriyalı, 759903 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 144,67 manat, EBCG seriyalı, 758375 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 253,35 manat, EBCJ seriyalı, 863746 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1554,70 manat, EBCJ seriyalı, 861283 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2586,77 manat, dəyərində mallar "Dilqəm 20” MMC tərəfindən “Top Supermarket" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Malların qaytarılması barədə EBCJ seriyalı, 863746 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2586,77 manat və EBCJ seriyalı, 861283 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 1554,70 manat dəyərində mallar “Top Supermarket" MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilmişdir. 06 dekabr 2023-cü il tarixli MŞB/8/2023-02472 nömrəli mediasiya arayışından məlum olurki, ilkin mediasiya xərci 210 manat təşkil etmişdir. OD2 nömrəli xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, "Dilqəm 20” MMC tərəfindən Bakı 8 saylı Mediasiya Təşkilatına 210 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-cü maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 409.9-cu maddəsinə əsasən əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə şifahi bağlanmış alqısatqı müqaviləsinə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin verilən malların bir qismini qaytarması, iddiaçı tərəfindən malların cavabdehə verildiyini təsdiq edir, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, yəni 13760,16 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 13760,16 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ilkin mediasiya sessiyasında cavabdehin üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 210 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 13760 (on üç min yeddi yüz altmış) manat 16 (on atlı) qəpik pul vəsaiti, habelə ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərcinin əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar