Məhkəmə qərarları › İş №e-2-2(113)-4592/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4592/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4592/2022 17.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X2 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X2 Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X3 Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə yaranmış 3440,50 manat əsas borc və müqavilə üzrə pul öhdəliyinin icrasını gecikdiridiyinə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər əsas borcun 5%-i həddində 301 manat olmaqla ümumilikdə 3741,50 manat borc məbləğinin və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat haqqın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə tərəfindən elektron kabinet vasitəsi ilə məhkəməyə barışıq sazişi təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixli məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 16 noyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər borclunun (Cavabdeh MMC) 07 aprel 2020-ci il tarixli XXXX nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri barədə aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. 07 aprel 2020-ci il tarixli XXXX nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 3440 (üç min dörd yüz qırx) manat 50 (əlli) qəpik məbləğində əsas borcu və 60 (altmış) manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqı xx.xx.2023-cü il tarixindən başlayaraq aylıq 200 (iki yüz) manat məbləğində ödəməyi öhdəsinə götürür.

2. Borclu qeyd edilən aylıq ödənişini hər ayın 10-na qədər icra etməlidir. Öhdəliklərin vaxtından əvvəl icrası borclu tərəfindən həyata keçirilə bilər.

3. Kreditor öhdəliyin icra olunması tələbini ödəniş günündən öncə irəli sürə bilməz.

4. Borclu öhdəliyini vaxtında icra etmədikdə və bu müddətdən 3 bank günü keçdikdə kreditor barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsində isə təsbit olunmuşdur ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X3 ilə Cavabdeh arasında bağlanmış, aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:

1. Borclu (Cavabdeh MMC) 07 aprel 2020-ci il tarixli XXXX nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 3440 (üç min dörd yüz qırx) manat 50 (əlli) qəpik məbləğində əsas borcu və 60 (altmış) manat ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqı xx.xx.2023-cü il tarixindən başlayaraq aylıq 200 (iki yüz) manat məbləğində ödəməyi öhdəsinə götürür.

2. Borclu qeyd edilən aylıq ödənişini hər ayın 10-na qədər icra etməlidir. Öhdəliklərin vaxtından əvvəl icrası borclu tərəfindən həyata keçirilə bilər.

3. Kreditor öhdəliyin icra olunması tələbini ödəniş günündən öncə irəli sürə bilməz.

4. Borclu öhdəliyini vaxtında icra etmədikdə və bu müddətdən 3 bank günü keçdikdə kreditor barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X2 Cavabdehnə qarşı ““alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbi barədə iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar