Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4592/2023 22.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3015/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən qoyulmuş “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinə” dair ərizəyə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3015/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə ölkədən getmək hüququnun dövlət büdcəsinə olan ümumilikdə 3,13 manat, Dövlət Sosial Müdafiə Fonduna olann 6674,58 manat, İşsizlikdən Sığorta Fonduna olan 171,17 manat, İcbari Tibbi Sığorta Fonduna olan 678,15 manat borc tam ödənilənədək məhdudlaşdırıldığından, 24 iyul 2023cü il tarixdə həmin borc faizləri ilə birlikdə 13944 manat 76 qəpik olmaqla ödənildiyinə görə, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, tətbiq edilmiş “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” məsələsi Məhkəmənin səlahiyyətinə aid deyil. Əlavə olaraq məhkəmə iddiaçı (maraqlı şəxs) Maraqlı şəxs izah edir ki, “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” barədə müvafiq ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3015/2022 saylı 03 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən qoyulmuş ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4592/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4592/2023
22.08.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver