Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4595/2025 29.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi, icranın gecikdirilməsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9700,5 manat (doqquz min yeddi yüz manat əlli qəpik) pul vəsaiti, eləcə də pul vəsaitinin uzun müddət ərzində ödənilməsini gecikdirməklə vurduğu maddi ziyana görə 970 (doqquz yüz yetmiş) manat, vəkil xidməti üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat, dövlət rüsumu üçün ödənilən 123 (yüz iyirmi üç) manat olmaqla, ümumilikdə 11118,50 manat (on bir min yüz on səkkiz manat əlli qəpik) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 31 oktyabr 2022-ci il tarixdə agentə sərnişin aviadaşımaların hüquqlarının verilməsi barədə 058 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinin tələbinə əsasən subagent (Cavabdeh MMC) agentin (İddiaçı MMC) təqdim etdiyi biletlərin satışını təmin edir. Qeyd olunan müqavilənin 2-ci maddəsində isə tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Belə ki, müqavilənin 2.1.2-ci maddəsinə əsasən subagent aşağıdakıları öhdəsinə götürür: bronlaşdırılacaq və ya satılmış biletlər və müştərilər haqqında agentə yazılı məlumat vermək; mövcud qanunvericiliyə zidd hərəkətlər etməmək, eləcə də agentin bütün göstərişlərini yerinə yetirmək; Satılmış bilet, turpaket və digər məhsulların dəyərini vaxtlı-vaxtında, yəni hesabat dövründən (hesabat dövrü 7) sonra 3 gün ərzində komisyon haqqını saxlamaqla ödəmək. Müqavilənin bağlanmasından və eyni zamanda cavabdehə təqdim olunmuş biletlərin satışının təmin edilməsindən 2 ildən artıq vaxtın keçməsinə və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh MMC nə müqavilədə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmiş, nə də göstərilən biletlərin satışı nəticəsində əldə olunmuş 9700,50 manat (doqquz min yeddi yüz manat əlli qəpik) məbləğində borcu ödəmişdir. Eləcə də, cavabdehdən MM-nin 445-ci maddəsinə əsasən ödəməli olduğu 9700,50 manat məbləği qanunsuz olaraq saxladığına, onu ödəməkdən boyun qaçırdığına görə illik beş faiz məbləğində, yəni 970 (iki il üçün) manat pul iddiaçının xeyrinə tutulmalıdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 439.1, 442, 445.1, 445.2.1, 445.7-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, borcun olması tərəflər arasında olan yazışmalarla da təsdiq olunur.
7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, agent qismində İddiaçı MMC ilə subagent qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 058 nömrəli agentə sərnişin aviadaşımalarının satışı hüququnun verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən subagent agentin təqdim etdiyi biletlərin satışını həyata keçirir; 2.2.2-ci bəndinə əsasən subagentin satılmış bilet, turpaket və digər məhsulların dəyəini vaxtlı-vaxtında, yəni hesabat dövründən (hesabat dövrü 7 gün) sonra 3 gün ərzində komissiyon haqqını saxlamaqla ödəmək vəzifəsi vardır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
8. İddiaçı tərəfindən iş materiallarına subagentə verilmiş aviabiletlərin siyahısı əlavə edilmişdir. Həmin sənədə əsasən bilet satışı nəticəsində Cavabdeh MMC tərəfindən ödənilməli olan ümumi məbləğ 47841,5 manat, ödənilmiş məbləğ 38141 manat olmuşdur, qalıq borcun məbləği isə 9700,5 manat təşkil edir.
9. İş materiallarına İddiaçı MMC ilə Cavabdeh MMC arasındakı yazışmalar və ödəniş kartı üzrə hesabdan çıxarış əlavə edilmişdir.
10. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat ödəniş edilmişdir.
11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2500 manat ödəniş edilmişdir.
12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 3000 manat ödəniş edilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 4953 manat ödəniş edilmişdir.
14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat ödəniş edilmişdir.
15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1000 manat ödəniş edilmişdir.
16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1580 manat ödəniş edilmişdir.
17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat ödəniş edilmişdir.
18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2500 manat ödəniş edilmişdir.
19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1500 manat ödəniş edilmişdir.
20. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2800 manat ödəniş edilmişdir.
21. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 2000 manat ödəniş edilmişdir.
22. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1000 manat ödəniş edilmişdir.
23. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 3000 manat ödəniş edilmişdir.
24. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 340 manat ödəniş edilmişdir.
25. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 400 manat ödəniş edilmişdir.
26. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1000 manat ödəniş edilmişdir.
27. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 3000 manat ödəniş edilmişdir.
28. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə 1091 manat ödəniş edilmişdir.
29. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış 10670,5 manat borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Qeyd edilmişdir ki, borcun ödənilməməsi halında ödənilməmiş 10670,5 manat məbləğində borcla yanaşı, borcun məcburi icrası məqsədilə məhkəmə xərcləri də tələb ediləcəkdir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi
32. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında agentə sərnişin aviadaşımalarının satışı hüququnun verilməsi barədə müqavilə bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilənin 1-ci bəndinə əsasən subagent agentin təqdim etdiyi biletlərin satışını həyata keçirmiş, subagent isə satılmış bilet, turpaket və digər məhsulların dəyəini vaxtlı-vaxtında, yəni hesabat dövründən (hesabat dövrü 7 gün) sonra 3 gün ərzində komissiyon haqqını saxlamaqla ödəmək öhdəliyi olduğu halda həmin öhdəliyini lazımınca icra etməmiş və nəticədə qalıq borcu yaranmışdır. Həmin işdə olan sübutlarla (müqavilə, ödəniş qəbzləri, hesabdan çıxarış, tərəflər arasında aparılan yazışmalarla) öz təsdiqini tapır.
33. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 058 nömrəli müqavilə üzrə 9700,5 manat məbləğində borcun tutulması təşkil edir.
34. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, yəni satılmış bilet, turpaket və digər məhsulların dəyəini vaxtlı-vaxtında, yəni hesabat dövründən (hesabat dövrü 7 gün) sonra 3 gün ərzində komissiyon haqqını saxlamaqla ödəmək öhdəliyini lazımınca icra etmədiyini, nəticədə müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının həmin qalıq borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 9700,50 manat (doqquz min yeddi yüz manat əlli qəpik) borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş subagentə verilmiş aviabiletlərin siyahısından görünür ki, bilet satışı nəticəsində Cavabdeh MMC tərəfindən ödənilməli olan ümumi məbləğ 47841,5 manat, ödənilmiş məbləğ 38141 manat olmuş, qalıq borc isə 9700,5 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında olan whatsapp yazışmalarından da müəyyən olunur ki, Cavabdeh MMC-nin nümayəndəsi 9700 manat borcun olduğunu təsdiq edir (xx.xx.2023cü il, saat: 11:17:40).
35. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya heç bir münasibət bildirilməmiş, bilet satışından əldə edilmiş vəsaitlərin İddiaçı MMC-yə ödənilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir (cavabdehin və qanuni nümayəndəsinin elektron kabinetləri mövcuddur).
36. Bundan əlavə, iddiaçı gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 970 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
37. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia təmin olunmalı və cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 970 (doqquz yüz yetmiş) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, müqavilənin 2.2.2-ci bəndinə əsasən subagent satılmış bilet, turpaket və digər məhsulların dəyəini vaxtlı-vaxtında, yəni hesabat dövründən (hesabat dövrü 7 gün) sonra 3 gün ərzində komissiyon haqqını saxlamaqla ödəmək vəzifəsi vardır. Cavabdeh tərəfindən borc məbləği qeyd edilən müddətdə ödənilmədiyindən 1 il üçün ödənilməli olan faiz borcu 9700,5x5/100485 manat, iki il üçün olan faiz borcu 485x2=970 manat təşkil edir.
38. Eləcə də, vəkil xidməti üçün ödənilmiş 325 manat, dövlət rüsumu üçün ödənilən 123 manat cavabdehdən tutulması xahiş edilmişdir.
39. Məhkəmə hesab edir ki, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 123 (yüz iyirmi üç) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 9700,50 manat (doqquz min yeddi yüz manat əlli qəpik) pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 970 (doqquz yüz yetmiş) manat, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 123 (yüz iyirmi üç) manat olmaqla, ümumilikdə 11118,50 manat (on bir min yüz on səkkiz manat əlli qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova