Məhkəmə qərarları › İş №e-2-2(113)-4602/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4602/2024

25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4602/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X4 Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən aldığı mallara görə 392.767,29 manat pulun, gecikdirilmiş 318.997,65 manat borcuna görə 01 yanvar 2023-cü il tarixdən başlayaraq 01 oktyabr 2024-cü il tarixədək olan müddətə illik 5 faiz olmaqla 27.910 manatın manatın, gecikdirilmiş 73.769,64 manat borcuna 10 sentyabr 2023-cü il tarixdən başlayaraq 10 oktyabr 2024-cü il tarixədək olan müddətə illik 5 faiz olmaqla 3.991 manat pulun tutulması, 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonun (22 ədəd X 476 manat) cavabdehdən alınaraq iddiaçıya verilməsi, həmin balonlar olmadıqda isə onların dəyəri olan 10.472 manat pulun, məhkəməyə ödənilmiş 715 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 2950 manat məbləğində pul vəsaitinin raniÇ“- Servis” İ FK̇-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli, 066/18-**********525 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan texniki qazlar almışdır. Cavabdehin xx.xx.2023-cü il tarixə qeyd edilən alqı-satqı müqaviləsi üzrə aldığı mallara görə 392.767,29 (üç yüz doxsan iki min yeddi yüz altmış yeddi manat iyirmi doqquz qəpik) manat öhdəliyi yaranmışdır. Eyni zamanda cavabdehdə malların tədarük edildiyi iddiaçıya məxsus balonlardan 22 ədədi (22 ədəd x 476 manat = 10472 manat dəyərində) qalmışdır. Cavabdeh mübahisənin məhkəməyə qədər nizamasalma (pretenziya) qaydasında öhdəliyini icra etməmiş və mübahisə həll edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı X2 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi

4. Cavabdehin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 iddia tələbinin 22 ədəd balonun verilməsi və 1 ədədinin dəyərinin 476 manat olduğunu qəbul etdiyini, tələb edilən texniki qazların dəyərinin ödənilməsi hissəsində isə məbləğin yüksək olduğunu bildirmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. - 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 222.1-ci maddəsinə əsasən Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı X4 (satıcı) ilə Cavabdeh (alıcı) arasında 07 sentyabr 2018-ci il tarixli, 066/18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

12. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı müəyyən olunmuş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür.

13. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə ödəniş satıcının təqdim etdiyi hesab-faktura və elektron qaimə-faktura əsasında aparılır. Hesab faktura qəbul olunduğu tarixdən sonra 30 (otuz) bank günü ərzində alıcı müvafiq sifariş orderində qeyd olunmuş məbləği satıcıya köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür.

14. 066/18 saylı 07 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə 1 nömrəli əlavə ilə Sifariş orderi və 2 nömrəli əlavə ilə İtirilmə və yaxud nasazlıq qiymətləri təsdiq edilmişdir.

15. Müqavilə və ona əlavələr hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

16. Bundan başqa tərəflər arasında **********525/№066/18 saylı 07 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı, xx.xx.2020-ci il tarixli 3 saylı, xx.xx.2020-ci il tarixli 3 saylı, xx.xx.2022-ci il tarixli 5 saylı, xx.xx.2022-ci il tarixli 5 saylı Əlavə razılaşmalar imzalanmışdır.

17. xx.xx.2022-ci il tarixli 5 saylı Əlavə razılaşma ilə müqavilənin 1 saylı əlavəsi dəyişdirilərək təsdiq edilmişdir.

18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

19. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı X2 üzərinə düşür.

20. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh xx.xx.20222-ci il tarixinə 318.997,65 manat, 2023-cü il ərzində isə 73.769,64 manat, ümumilikdə xx.xx.2023-cü il tarixinə 392.767,29 manat borcunun olduğunu qəbul etmişdir.

21. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf cavabdehin müqavilə üzrə ödənilməmiş 392.767,29 manat əsas borcunun qaldığını bildirmişdir.

22. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmənin sualına cavab olaraq borcun olduğunu qəbul etmiş, lakin məbləğin yüksək olduğunu bildirmişdir.

23. Bu xüsusda Məhkəmə qeyd edir ki, cavabdeh tərəf qeyd edilən üzləşmə aktını imza etməklə, iddiaçı tərəfindən ona müvafiq olaraq malların verildiyini və verilmiş olan mallara görə ümumilikdə 392.767,29 manat borcunun qaldığını təsdiq etmişdir. Bundan başqa da, cavabdeh tərəf qeyd edilmiş borcun ödənilməsi ilə bağlı, Məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir.

24. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 392.767,29 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkəmə həmçinin hesab edir ki, iddia 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonun (22 ədəd X 476 manat) cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməldir.

26. Belə ki, cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli hazırlıq iclasında 22 ədəd balonun verildiyini və hər birinin dəyərinin 476 manat olması halını qəbul etmişdir.

27. xx.xx.2022-ci il tarixli 5 saylı Əlavə razılaşma ilə balonların qiyməti tərəflər arasında təsdiq edilmişdir.

28. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balon Prokon” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı X1ytarılmalı, həmin balonlar olmadıqda isə onların dəyəri olan 10.472 (22x476) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı X3 ödənilməlidir.

29. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

30. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddianın dəyişdirilməsi barədə ərizə isə məhkəməyə təxmini 3 ay sonra sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.

31. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borcun 318.997,65 manat hissəsinə illik 5 faiz hesablanmaqla 3.987,47 (318.997,65x5/100=15.949,88 (1 il üçün), 15.949,88/12=1.329,156 (1 ay), 1.329,156x3=3.987,47 (3 ay üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Əsas borcun 73.769,64 manat hissəsinə illik 5 faiz hesablanmaqla 922,12 (73.769,64x5/100=3.688,48 (1 il üçün), 3.688,48/12=307,372 (1 ay üçün), 307,372x3=922,12 (3 ay üçün)) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq ağlabatan məbləğ olaraq 1000 (min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilməlidir.

34. Bundan başqa, məhkəmə dövlət rüsumunun əvəzi olaraq 715 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

35. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 715 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

36. Lakin, məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 687,68 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

37. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

38. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 392.767 (üç yüz doxsan iki min yeddi yüz altmış yeddi) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilsin. Borcun 318.997,65 manat hissəsinə illik 5% hesablanmaqla 3.987 (üç min doqquz yüz səksən yeddi) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilsin. Borcun 73.769,64 manat hissəsinə illik 5% hesablanmaqla 922 (doqquz yüz iyirmi iki) manat, 12 (on iki) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilsin. 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonlar Cavabdehndən alınaraq İddiaçı X3 verilsin. Qətnamə icra olunan vaxt 22 ədəd 50 litrlik 300 BAR təzyiqli balonlar olmadıqda isə onların dəyəri olan 10.472 (on min dörd yüz yetmiş iki) manat məbləğində pul Cavabdehndən alınaraq İddiaçı X3 ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 687 (altı yüz səksən yeddi) manat, 68 (altmış səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı X3 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar