Məhkəmə qərarları › İş №e-2-2(113)-4604/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4604/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4604/2025 27.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 ilə, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə da kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X6” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 5695,58 ( beş min altı yüz doxsan beş manat, 58 qəpik ) manat məbləğində borcun, 8100 (səkkiz min bir yüz ) manat cərimənin və ödənilmiş 131,39 (bir yüz otuz bir manat 39 qəpik) manat rüsumunun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və X3 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 23395,58 (iyirmi üç min üç yüz doxsan beş manat 58 qəpik ) manat olmaqla mal almışdır. Həmin məbləği xx.xx.2023-cü il tarixli X3 əsasən Cavabdeh MMC ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 23395,58 ( İyirmi üç min üç yüz doxsan beş manat, 58 qəpik ) manatdan 17.700 ( on yeddi min yeddi yüz) manat ödəsə də, bugünə olan qalıq borcu ədv daxil 5695.58 ( beş min altı yüz doxsan beş manat, 58 qəpik ) manat, cərimə üzrə borcu 8100 (səkkiz min bir yüz ) manat təşkil edir. Bununla bağlı olaraq cavabdehin elektron vergi kabinetinə pretenziya məktubu da göndərilmişdir. İddia ərizəsi, maliyyə arayışı və ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı malın satış dəyərini vaxtında ödəməzsə ,satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə pulunu (cərimə) alıcıdan tələb etmək hüququ vardır .

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli BE 03/23 saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı bu Müqavilə üzrə göndərilən elektron qaimədə göstərilmiş mal-matcriallan (bundan sonra müqavilədə “Mııllar” kimi qeyd ediləcəkdir) «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən malların növləri, çeşidi, kəmiyyəti və qiyməti hər bir partiya üzrə aynca tərtib ediləcək bu Müqavilə üzrə göndərilən elektron qaiməyə uyğun olaraq müəyyən ediləcəkdir.

10. Müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki. Alıcının adı tərəflər arasındakı hesablaşma sənədlərində və ya yazışmalarda, habelə Satıcının əməliyyat bazasında şərti olaraq "xxxx" MMC kimi qeyd edilə bilər.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən malların qiymətləri hər çatdırma partiyasına uyğun bu Müqavilə üzrə göndərilən elektron qaiməyə uyğun olaraq müəyyən edilir. Satıcı tərəfindən bu Müqavilə üzrə elektron qaimə Alıcıya göndərildiyi tarix mallann təhvil verildiyi tarix hesab edilir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə göndərilən elektron qaimə, qaimələr Alıcı tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində təsdiq edilir, müvafiq qaiməlar təsdiq edilmədiyi təqdirdə Satıcı tərəfindən təqdim edilmiş elektron qaimə- fakturalar avtomatik təsdiq edilmiş hesab olunur.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən «Alıcı» və «Satıcı» arasında ödənişbu Müqavilə üzrə göndərilən elektron qaimənin təsdiq edildiyi tarixdən etibarən 5 (beş) iş günü ərzində nağd və ya Tərəflərin razılaşmasına əsasən bank ödənişi yolu ilə həyata keçirilməlidir. (Mənişlər Azərbaycan manatı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsi ilə ödənilməlidir.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən tərəflər öz aralarında mal və pul qalıqlarının müəyyən edilməsi üçün aylıq, rüblük və illik ‘‘öhdəliklərin qarşılıqlı üzləşdiribnəsi aktları” (protokolları) tərtib edə bilərlər.

15. Müqavilənin 2.5-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, Malların dəyərinin onların təhvil verilməsi zamanı ödənilmədiyi halda, ödənişin edildiyi vaxt malların Alıcıya təhvil verildiyi vaxta münasibətdə Azərbaycan manatının ABŞ dollarına münasibətdə məzənnəsində əhəmiyyətli, yəni müsbət və ya mənfi 5% (beş faiz) -dən çox dəyişiklik baş verərsə, ödənişlər malın təhvil verilməsi anmdakı qiymətinin indeksasiya edilməsi ilə,yəni manatm məzənnəsindəki dəyişiklik fərqinin malın təhvil verilməsi anmdakı qiymətinə əlavə edilməklə və ya azaldılmaqla həyata keçiriləcəkdir.

16. Müqavilənin 2.6-cı bəndinə əsasən malların alqı-satqısı hissə-hissə həyata keçiriləcəkdir.

17. Müqavilənin 3.1-ci bəndinə əsasən satılan malların keyfiyyəti onların uyğunluq sertifikatında qeyd olunmuş texniki göstəriciləri ilə uyğun gəlməlidir.

18. Müqavilənin 3.2-ci bəndinə əsasən malların keyfiyyəti müqavilənin şərtlərinə əsasən beynəlxalq standart və normalara uyğun olmalıdır.

19. Müqavilənin 5.1-ci bəndinə əsasən malların çatdırılması “Alıcı”nm şifahi sifarişi əsasında har bir konkret partiya üçün razılaşdırılır.

20. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra Satıcı Alıcının tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı bu Müqavilə üzrə göndərilən elektron qaimə/qaimələr əsasında Alıcıya təhvil verir.

21. Müqavilənin 5.3-cü bəndinə əsasən çatdırılmış mallara dair bütün sənədləri Satıcı Alıcıya təqdim edir.

22. Müqavilənin 5.4-cü bəndinə əsasən malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərləri pozulduqda. Alıcı, həmin pozuntuların aşkar edildiyi, yaxud, malın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən 15 gün müddətində bu barədə Satıcıya xəbər verməlidir.

23. Müqavilənin 5.5-ci bəndinə əsasən bu müqavilənin 6.4-cü bəndində nəzərdə tutulan qaydaya əməl edilmədikdə. əgər Satıcı Alıcının həmin qaydaya əməl etməməsi üzündən. Alıcının, çatışmayan malın ona verilməsi, malın dəyişdirilməsi barədə tələblərini ödəmək mümkün olmadığını, yaxud həmin tələblərin ödənməsi müqavilə şərtlərini pozulması barədə Satıcıya vaxtında xəbər veriləcəyi halda tələb olunan xərclərlə müqayisəyəgəlməz dərəcədə artıq xərc çəkilməsinə səbəb olduğunu sübut edərsə. Satıcı Alıcının həmin tələblərini ödəməkdən tamamilə imtina edə bilər.

24. Müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsino görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar X9 Dəyərini vaxtında ödəməzsə. Satıcı gecikdirilmiş məbləğin hər günü üçün 0.2% dəbbə (cərimə) pulunu Alıcıdan tələb etmək haqqı vardır.

25. Müqavilənin 6.2-ci bəndinə əsasən hazırki Müqavilədə nəzərdə tutulan müddətdə Mal Alıcıya tam həcmdə, yaxud qismən verilmədikdə. Alıcı gecikdirmənin hər günü üçün Satıcıdan gecikdirilmiş mahn dəyərinin 0.2 % dəbbə (cərimə) pulu tələb etmək haqqı vardır.

26. Müqavilənin 6.3-cü bəndinə əsasən müqaviləni pozmuş tərəfin dəbbə pulu miqdarını ödəməsi həmin tərəfi, özünün natura şəklində öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir.

27. Müqavilənin 6.4-cü bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmayan hallarda tərəflərin digər maddi məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq qaydada müəyyənləşdirilir.

28. Əlavə № 1-ə xx.xx.2023-cü il tarixli X2 əsasən iddiaçı və cavabdeh arasında 16 adda malın qiyməti ƏDV daxil 22859,98 manat razılaşdırılmışdır, Əlavə 2-yə xx.xx.2023-cü il tarixli X2 əsasən 8 adda malın qiyməti ƏDV daxil 535,60 manat razılaşdırılmışdır.

29. 02 fevral 2023-cü il tarixli 1 saylı təhvil-təslim aktına əsasən 22859,98 manat məbləğində, 02 fevral 2023-cü il tarixli 2 saylı təhvil-təslim aktına əsasən 535,60 manat məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Aktlar hər iki tərəfin imza və möhürləri təsdiq edilmişdir.

30. İddiaçı müqavilə üzrə satılmış mallara dair xx.xx.2023-cü il tarixli, EBCO141758 saylı 535,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO060853 saylı 22859,98 manat məbləğində e-qaimələr tərtib edilərək cavabdehə göndərilmişdir.

31. 23.05.2023-cü il tarixli ödəniş qəbzinə əsasən cavabdeh MMC tərəfindən iddiaçıya EBCO060853 saylı e-qaimə üzrə 15000 manat məbləğində ödəniş edilmişdir.

32. 23.05.2023-cü il tarixli köçürmələrin aparılması barədə bildirişə əsasən cavabdeh tərəfindən iddiaçının ƏDV sub-uçot hesabına 2700 manat məbləğində ödəniş edilməlidir.

33. 25.02.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ilə Cavabdeh arasında 30 Yanvar 2023-cü il tarixində alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən malların ümumi dəyəri ədv daxil 23395.58 manat təşkil etmişdir. Bu borcu Cavabdeh xx.xx.2023-cü il tarixli qiymət razılaşdırılması protokoluna əsasən ödəməli idi. Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 23395.58 manatdan 17700 manat ödəsə də, bugünə olan qalıq borcu ədv daxil 5695.58 manat, cərimə üzrə borcu 8100 manat təşkil edir.

34. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

37. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

38. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

39. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

40. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

41. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

42. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli BE 03/23 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı bu Müqavilə üzrə göndərilən elektron qaimədə göstərilmiş mal-materialları «Alıcı»ya satmağı, «Alıcı» isə həmin malları qəbul edib, almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 5695,58 manat ödənilməmiş borcu qalmışdır.

43. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, təhvil-təslim aktları, e-qaimə, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 5695,58 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 5695,58 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, cavabdehdən 5695,58 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

45. Bundan əlavə iddiaçı 8100 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

47. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

48. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (5695,58 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan tutulacaq dəbbə pulu 285 manat məbləğində müəyyən edilməlidir.

50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 131,39 manat dövlət rüsumu ödənilmişdir.

51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi olaraq 80 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən 5695,58 manat əsas borc, 285 manat dəbbə pulu olmaqla, cəmi 5980,58 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 80 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar