Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4627/2022 28.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə (yeni adı – İddiaçı MMC ilə) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 125 saylı və xx.xx.2020-ci il tarixli, 18 saylı Satınalma müqavilələrinə əsasən 614,215 AZN (altı yüz on dörd min iki yüz on beş) manat əsas borcun, 3,266 çü) min iki yüz altmış altı) manat cərimə borcunun, 400.00 dröd) yüz) manat mediasiya xərclərinin, 507.48 manat dövlət rüsumunun, cəmi 618,388.00 AZN (altı yüz on səkkiz min üç yüz səksən səkkiz) manat məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki adı ilə - "xxxx" MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. İddiaçı MMC kimi göstərilən fəaliyyətlə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə xx.xx.2020-ci il tarixində 125 saylı və xx.xx.2020-ci il tarixində 18 saylı satınalma müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 11.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən icraçının təqdim etdiyi sənədlər əsasında ən qısa müddət ərzində, lakin 15 bank gündən gec olmamaq şərti ilə aparılır. Sözügedən sənədlərə (hər iki tərəfin təsdiq etdiyi elektron qaimələrə, habelə təmir aktlarına) əsasən cavabdehə 614,215 AZN (altı yüz on dörd min iki yüz on beş) dəyərində xidmət göstərilmişdir, lakin qarşı tərəf bu xidmətin dəyərinin heç bir hissəsini bu günkü günə qədər ödəməmişdir. Beləliklə, cavabdehin əsas borcunun məbləği xx.xx.2020-ci il tarixli 125 saylı müqaviləsi üzrə 300, 000 çü) yüz min) AZN və xx.xx.2020-ci il tarixli 18 saylı üzrə isə 314,215 çü) yüz on dörd min iki yüz on beş) AZN, toplam 614,215 (altı yüz on dörd min iki yüz on beş) AZN təşkil edir. Bununla yanaşı, müqavilənin 11.8-cü bəndinə görə, təhvil verilmiş mallar üzrə ödəniş ləngiyərsə sifarşiçi hər bir ləngimə günü üçün 0,001 % həcmində cərimə ödəməlidir. Borclunun bugünkü günə xx.xx.2020-ci il tarixli 125 saylı müqavilə üzrə cərimə məbləği 1,596 AZN, xx.xx.2020-ci il tarixli 18 saylı müqavilə üzrə isə 1,670 AZN, toplam 3,266 (üç min iki yüz altmış altı) manat cərimə borcu yaranmışdır. Yekun olaraq xx.xx.2020-ci il tarixli, 125 saylı və xx.xx.2020-ci il tarixli, 18 saylı satınalma müqavilələri üzrə Müdafiə Nazirliyinin İddiaçı MMC-yə toplam 617,481 (altı yüz on yeddi min dörd yüz səksən bir) AZN borcu mövcuddur. Cavabdehin öz borcunu ödəməsi üçün xx.xx.2022-ci il tarixində 0466 nömrəli pretenziya göndərilmiş və bu pretenziya xx.xx.2022-ci ildə qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin azaldılmasına dair ərizə verərək, "xxxx" MMC ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 125 saylı və xx.xx.2020-ci il tarixli, 18 saylı satınalma müqavilələri əsasən 613.884,59 AZN əsas borcun, 3.266 AZN cərimə borcunun, 400,00 (dörd yüz) AZN mediasiya xərclərinin, 507,48 (beş yüz yeddi, 48) AZN dövlət rüsumunun, toplam 618.058,07 AZN (altı yüz on səkkiz min əlli səkkiz, 07) AZN məbləğində borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmiş, eyni zamanda məhkəməyə izahatında cavabdeh tərəfindən iddia tələbi azaldıqdan sonra hazırki borcla razı olduqlarını qeyd etmiş, iddia tələbinin cərimə məbləği hissəsində azaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Sifarişçi” Müdafiə Nazirliyinin Satınalma və Təchziat İdarəsi, “İcraçı” "xxxx" MMC olmaqla imzalanmış xx.xx.2020-ci il tarixli 125 nömrəli satınalma müqaviləsinə əsasən Müdafiə Nazirliyinin hərbi hissələrin balansında olan mühəndis texnikasına texniki baxışın keçirilməsi, onlara servis xidmətinin göstərilməsi və təmir işlərinin aparılması (bundan sonra “servis xidməti” adlandırılacaq) barədə razılığa gəlmişlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin çıxarışından məlum olur ki, İddiaçı MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur. Müxtəlif tarixlərdə tərtib edilmiş elektron qaimələrdən məlum olur ki, "xxxx" MMC ödənilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmiş e-qaimələr təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən 508,39 manat məbləğində dövlət rüsumu "xxxx" MMC tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli ******* nömrəli ödəniş tapşırığna əsasən "xxxx" MMC-nə məxsus bank hesabından Bakı 3 saylı Mediasiya Təşkilatına məxsus bank hesabına 400 manat köçürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Müdafiə Nazirliynin Satınalma və Təchziat İdarəsi və "xxxx" MMC (indiki adı İddiaçı MMC) arasında mühəndis texnikalarına baxışın keçirilməsi barədə razılıq əldə olunmuş, bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli 125 nömrəli və xx.xx.2020-ci il tarixli 18 nömrəli satınalma müqavilələri imzalanmışdır. "xxxx" MMC (indiki adı İddiaçı MMC) müqavilə üzrə üzərinə götürmüş öhdəlikləri icra etsə də Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmiş, göstərilmiş xidmətlərin dəyərini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən mübahisəli müqavilə üzrə xidmətlərin göstərilməsi, eləcə də cavabdeh tərəfindən həmin xidmətlərə görə xidmət haqqının vaxtında ödənilməməsi və nəticədə cavabdehin iddiaçıya borcunun yaranması faktları iş materiallarına əlavə edilmiş hər iki tərəfin təsdiqlədiyi elektron qaimələrlə, həmçinin cavabdehin nümayəndəsi tərəfindən əsas borcun qəbul edilməsi barədə ərizə ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edilənləri əsas götürərək hesab edir ki, xx.xx.2020-ci il tarixli 125 saylı və xx.xx.2020-ci il tarixli 18 saylı satınalma müqavilələrinə əsasən 613.884,59 manat əsas borc Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı MMC-yə ödənilməlidir. Eyni zamanda iddiaçı iddia ərizəsində 3.266 (üç min iki yüz altmış altı) AZN cərimə borcunun ödənilməsini də tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, 3.266 (üç min iki yüz altmış altı) manat cərimə məbləği iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu nəzərə alıb hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 400,00 (dörd yüz) manat mediasiya xərci, 507,48 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 613.884,59 (altı yüz on üç min səkkiz yüz səksən dörd manat əlli doqquz qəpik) manat əsas borc, 3.266 (üç min iki yüz altmış altı) manat cərimə məbləği 400,00 (dörd yüz) manat mediasiya xərci, 507,48 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4627/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4627/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver