Məhkəmə qərarları › İş №e-2-2(113)-4630/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4630/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4630/2022 05.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2019 cu il tarixdə bağlanmış alqı–satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə satılmış mühərrik yağlarının dəyərini təşkil edən və cavabdeh tərəfindən ödənilməyən 2060 manat məbləğində pul vəsaitinin, eyni zamanda mediasiya xidmətinə görə ödənilmiş 60 manat məbləğində vəsaitin və hüquqi xidmətə görə ödənilmiş 250 manat vəsaitin cəmi: 2370 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əsas fəaliyyəti mühərrik və sürtgü yağlarının satışından ibarət ibarət olan İddiaçı MMC ilə cavabdeh“ X1” MMC arasında, mühərrik və sürtgü yağlarının satışına dair 22 noyabr 2019 cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC tərəfindən 22 noyabr 2019 cu il tarixdən 23 yanvar 2020 ci il tarixədək olan dövr ərzində, ayrı-ayrı vaxtlarda ümumilikdə 4650 manat dəyərində mühərrik yağı Cavabdeh MMC-yə təhvil verilmiş və sonradan həmin məbləğdə mallara dair isə alıcı Cavabdeh MMC-yə elektron qaimə göndərilmişdir. Göndərilmiş elektron qaimələr Cavabdeh MMC tərəfindən təsdiq edilərək qəbul edilmişdir. Qeyd olunan malların dəyərindən 2590 manat hissəsi alıcı tərəfindən ödənilmiş, 2060 manat hissəsi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi, vəkil X4 iddianı qəbul etməyərək izahatında elektron qaimədə qeyd olunan həcmdə malların iddiaçı tərəfindən cavabdeh təhvil verilmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 22 noyabr 2019-cu il tarixli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 000 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə malları satır, Cavabdeh MMC isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini İddiaçı MMC-yə ödəyir. xx.xx.2020-ci il tarixli EBAF seriyalı 341625 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC ƏDV daxil 5599,93 manat dəyərində olan malları Cavabdeh MMC-yə satmış, elektron qaimə Cavabdeh MMC tərəfindən təsdiq etmişdir. 27 iyul 2022-ci il tarixli MŞB/5-02495 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün müəyyən olunmuş 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. 29 iyun 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC hüquqi xidmətə görə Bakı şəhəri 9 saylı vəkil bürosuna 500 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh “X2” MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcun bir qismini ödəmişdir. Məhkəmə iddiaçının tələbini əsaslı hesab edir, belə ki, xx.xx.2020-ci il tarixli EBAF seriyalı 341625 nömrəli elektron qaimə sistem tərəfindən deyil, məhz “X2” MMC tərəfindən təsdiq edilmiş, həmçinin həmin qaimə üzrə olan borcun çox bir hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “X2” MMC-dən 2060 manat əsas borc, 60 manat mediasiya xərci və 250 manat hüquqi yardım, cəmi 2370 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “X2” MMC-dən 2060 manat əsas borc, 60 manat mediasiya xərci və 250 manat hüquqi yardım, cəmi 2370 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar