Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4633/2025 13.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 7000 (yeddi min) ABŞ dolları məbləğində əsas borc, cərimə 200 (iki yüz) ABŞ dolları- cəmi: 7200 (yeddi min iki yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manat ilə) və 127 manat dövlət rüsumunun Cavabdeh tutularaq “DossoDossi Tekstil Sanayi Turizm ve Organizasyon Anonim Şirkəti “nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında D/AZ - 31 nömrəli, 18 dekabr 2022-ci il tarixli müqavilə bağlanmışdır. 83480 saylı spesifikasiyada göstərilən mallar cavabdehə göndərilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən cavabdeh 31 mart 2023-cü il tarixədək 7000 ABŞ dolları qalıq borcunuı ödəməliydi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 7000 ABŞ dolları borcunu bü günədək ödəməmişdir. Cavabdehə pretenziya və iddia ərizəsi vergi elektron vasitəsilə vergi ödəyicinə göndərilmişdir və cavabdeh tərəfindən qəbul edilmişdir Cavabdehə 10 gün ərzində borcunu ödəmək xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı göstərilmişdir. Lakin cavabdeh bu günədək borcunu ödəmir. Son dəfə cavabdeh xx.xx.2024-cü il tarixdə 647 ABŞ dollar ödəmişdir. Tərəflər arasında yaranmış borcla bağlı üzləşdirmə aktı imzalanmışdır.Həmin akta əsasən cavabdeh sifariş verdiyi malları təhvil aldığını və üzləşdirmə aktında cavabdehin onun iddiaçıya 7000 ABŞ dolları borcunun olduğu bir daha öz təsdiqini tapır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a)Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
7. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
8. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
9. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
10. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
11. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
12. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
13. Tərəflər arasında bağlanmış D/AZ -31 nömrəli, 18 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflər arasında yarana biləcək bütün mübahisələr qarşılıqlı danışıqlıqlar yolu ilə həll edilir. Belə razılaşma olmazsa, müqavilə ilə bağlı meydana gələn bütün mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqavilənin 5.2-ci maddəsinə əsasən Müqavilənin məhkəmə mübahisələndirilməsinə dair öz aralarında Azərbaycan Respublikası MPMnin 28, 31, 32, 35, 40-cı maddələrinə əsasən (saziş) qarşılıqlı razılaşaraq məhkəmə aidiyyətinin mülki qaydada ümumi məhkəmələrdə Bakı şəhəri Yasamal rayon Məhkəməsi ( Kommersiya mübahisələri üzrə Bakı Kommersiya Məhkəməsi) seçilməsi müəyyənləşdirilir, razılaşdırılır və qəbul edilir. Hazırkı müqavilənin bu bəndinə əsasən müəyyənləşdirilmiş və qəbul edilmiş müqavilə aidiyyat qaydalarının sonradan dəyişdirilməsinə, mübahisələndirilməsinə yol verilməyəcəyinə dair tərəflər öz üzərinə öhdəlik götürürlər.
14. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
15. İddiaçı ilə Cavabdeh arasında bağlanmış D/AZ -31 nömrəli, 18 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən:
16. Müqavilənin 1.1-ci bəndinə əsasən “Alıcı“ bu müqaviləyə uyğun olaraq Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, "Satıcı“ isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada “malların" dəyərini “Satıcı" ya tam olaraq ödəməyi öhdəsinə götürür.
17. Müqavilənin 1.2-ci bəndinə əsasən malların siyahısı,noıııenklatura nömrəsi, malın kodu, onların miqdarı (sayı) və qiyməti spesiiıkasiyada qeyd olunur. Müqavilənin ayrılmaz tərkib hissəi olan Spesifikasiyada malların adları tıiık dilində və dəyəri isə ABŞ dolları valyutasında göstərilir.
18. Müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı" sifariş etdiyi malların dəyərini aşağıdakı qaydada ödənilməsini həyata keçirir. İlkin ödəniş - avans olaraq spesifikasiyada göstərilən malların ümumi məbləğinin 30%-dək həcmində müqavilə bağlandığı an “Alıcı" tərəfindən “Satıcı"ya” ödənilir. Yerdə qalan ödənişlər 31 mart 2023cü il tarixədək tam ödənilməlidir. Ümumilikdə malların göndərildiyi tarixdən 45 gün ərzində malların dəyərini “Alıcı" tam ödəməlidir. Göstərilən qaydada ödənişlər “Alıcı" tərəfindən gecikdirilərsə növbəti partiya malların göndərilməsi dayandırılır.
19. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə ilə əlaqədar bütün bank xərclərinə və rüsumlara görə “Alıcfmn mənsub olduğu ölkənin ərazisində “Alıcı" məsuliyyət daşıyır."Alıcı" malların dəyərini “Satıcf’mn bu müqavilədə qeyd edilmiş bank hesabına ödəyir.
20. Müqavilənin 3.1-ci bəndinə əsasən "Satıcı" göndəriləcək mallar haqqında məlumatları elektron vasitələrlə “Alıcfya bildirir. Malııı miqdarı müqaviləyə əsasən sifariş olunan mallardan az və ya çox ola bilər. “Alıcı" faktiki olaraq aldığı malın dəyərini tam ödəməlidir.
21. Müqavilənin 3.2-ci bəndinə əsasən “Satıcı" tərəfindən malların "Alıcfya göndərilməsi 01 mart 2023-cü ildən gec olmayaraq həyata keçirilir. Mallar göndərildiyi andan mallar verilmiş və “Alıcı" tərəfindən qəbul edilmiş hesab edilir. “Alıcı" ona göndərilmiş malları qəbul etdikdən sonra 24 saat ərzində elektron vasitələrin köməyindən istifadə elməklə bu barədə “Satıcf ya məlumat verməlidir.
22. Müqavilənin 3.3-cü bəndinə əsasən Spesifikasiyada göstərilməyən və qəbul edilmiş malların istehsal defektli olduğu hallarla əlaqədar şika)əlləri “Alıcı" malların qəbul edildiyi tarixdən 5 (beş) iş günü ərzində “Satıcfya rəsmi qaydada bildirməlidir. Bu zaman müvafiq foto şəkillər, malın miqdarı, vəziyyəti, bağlamanın açılmış şəkildə foto şəkli, malın qəbul edilməsi barədə “Satıcı"nııı Bakı şəhərində olan əməkdaşıhüquqşünas Nümayəndə dərhal xəbər verməklə, onun iştirakı ilə tərtib edilmiş qüsur aktı “Satıcfya göndərilməlidir. "Satıcı" tərəfindən bu məlumat qəbul olunduğu tarixdən 10 gün müddətində baxılır.
23. Müqavilənin 3.4-cü bəndinə əsasən sifariş olunmuş mallar qəbul edildikdən sonra (defektli mallar istisna olmaqla) satılıb realizə olub-olmamasmdaıı, Azərbaycan manatının ABŞ dollara nisbətdə dəyərinin azalması və ya artmasından asılı olmayaraq mallar geri qaytarılmır və sifariş olunmuş malların dəyəri mübahisəsiz qaydada bıı müqaviləyə əsasən nəzərdə tutulmuş müddətdə “Alıcı" tərəfindən tam olaraq ödənilməlidir.
24. Müqavilənin 4.1-ci bəndinə əsasən alıcı müqavilədə qeyd edilmiş ödənişləri tam həyata keçirməzsə, ötürülmüş hər gün üçün borc məbləğinin 0,2% həcmində cərimə ödəyir.
25. Müqavilənin 4.2-ci bəndinə əsasən sifariş olunmuş malların “Alıcıya çatdırılmasının gecikdirilməsi halında “Satıcı“ "Alıcı” ya gecikdirilən har gün üçün göndəriləcək partiyanın (mal dəstinin) ümumi dəyərinin 0,1% miqdarında cərimə ödəməlidir.
26. 04.03.2025-ci il tarixli D/Az-04/03 nömrəli Üzləşmə Aktına əsasən Cavabdeh İddiaçı-nə 7000 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. Akt şirkətin möhür və imzası və Cavabdeh imzası ilə təsdiq edilmişdir.
27. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
29. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
30. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
31. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.
32. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər
35. Göründüyü kimi tərəflər arasında D/AZ -31 nömrəli, 18 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Alıcı“Antaliya şəhərində sərgidə nümayiş olunan mallardan öz istəyi və zövqüylə seçərək əvvəlcədən sifariş edir, "Satıcı“ isə həmin malların hazırlanması və göndərilməsini təmin edir, bu müqavilə ilə razılaşdırılmış qaydada “malların" dəyərini “Satıcı" ya tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər icra edilsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 7000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Borcun mövcudluğu üzləşmə aktı ilə öz təsdiqini tapmışdır.
36. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, qarşılıqlı borcların üzləşmə aktı ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 7000 ABŞ dolları borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.
37. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 7000 ABŞ dolları bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7000 ABŞ dolları məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
38. Bundan əlavə iddiaçı 200 ABŞ dolları həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.
39. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
40. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
41. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
42. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (7000 ABŞ dolları) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, tutulacaq dəbbə pulu 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
43. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 127 manat dövlət rüsumu ödənilmişdir.
44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 127 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7000 ABŞ dolları əsas borc, 200 ABŞ dolları dəbbə pulu, cəmi 7200 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) və dövlət rüsumunun əvəzi olaraq 127 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova