Məhkəmə qərarları › İş №e-2-2(113)-4638/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4638/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4638/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X4 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə iddiaçı fərdi sahibkar İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi; cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 6651 manat 54 qəpik məbləğində borcun; cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; Cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar İddiaçı xeyrinə 87 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən İT avadanlıqları satıcı fiziki şəxs İddiaçı tərəfindən alıcı "xxxx" MMC-yə satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranmış 6651.54 manat məbləğində borcu indiyə kimi ödəməmişdir. Tərtib olunmuş elektron qaimələrdən və təhvil-təslim aktlarından görünür ki, "xxxx" MMC-nin fərdi sahibkar İddiaçı borcu 6651.54 manat təşkil edir. Hazırda "xxxx" MMC fərdi sahibkar İddiaçı olan 6651.54 manat borcunu ödəməkdən imtina edir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh MMC ilə iddiaçı fərdi sahibkar İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğısatqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar İddiaçı xeyrinə 6651 manat 54 qəpik məbləğində borcun; cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; cavabdeh "xxxx" MMC-dən iddiaçı fərdi sahibkar İddiaçı xeyrinə 87 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən Nümayəndə tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı (“satıcı”) ilə cavabdeh "xxxx" MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 010523-1 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcı müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş mallan (bundan sonra - "Mal" adlandınlacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği Satıcıya ödəməyi öhdəsinə götürür.. - 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə hər bir sifariş Müqaviləyə əlavə şəklində hər iki Tərəfdən imza və möhürlə rəsmiləşdirilən Alış sifarişi ilə edilir və hər bir sifariş üzrə Malın adı, miqdan. çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq X1 (bundan sonra Protokol) müəyyənləşdirilir. - 2.4.1-ci bəndinə əsasən alıcı Malın bu Müqavilə ilə müəyyənləşdinlmiş qiymətini bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcıya tam və vaxtında ödəyir. - 3.1-ci bəndinə əsasən Malın qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş Alıcı tərəfindən Satıcının bank hesabına köçürülmə yolu Azərbaycan Manatı ilə həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı tərəfindən cavabdehə EBDK 311571 nömrəli xx.xx.2023-cü il tarixli 217,12 manat,EBDK 311573 nömrəli xx.xx.2023-cü il tarixli 442,50 manat,EBDK 311575 nömrəli 53,10 manat,EBDK 430202 nömrəli xx.xx.2023-cü il tarixli 1062 manat,EBDL 306399 nömrəli xx.xx.2023-cü il tarixli 412 manat,EBDL 744984 nömrəli xx.xx.2023-cü il tarixli 454,30 manat,EBDM 202077 nömrəli xx.xx.2023-cü il tarixli 160,48 manat,EBDM 517763 nömrəli xx.xx.2023-cü il tarixli 166,38 manat,EBDM 517769 nömrəli xx.xx.2023-cü il tarixli 29,50 manat,EBDM 517776 nömrəli xx.xx.2023-cü il tarixli 3580 manat,EBDL 306399 nömrəli xx.xx.2023-cü il tarixli 486,16 manat,EBDE 923696 nömrəli xx.xx.2023-cü il tarixli 3680 manat,EBDF 108794 nömrəli xx.xx.2023cü il tarixli 2395 manat,EBDF 849260 manat xx.xx.2023-cü il tarixli 134,52 manat,EBDG 411796 nömrəli xx.xx.2023-cü il tarixli 37,76 manat,EBDJ 331871 nömrəli 369,28 manat,EBDJ 844339 nömrəli xx.xx.2023-cü il tarixli 3110,48 manat,EBDJ ******* nömrəli xx.xx.2023-cü il tarixli 18,88 manat,EBDK 177592 nömrəli 1998,92 manat,EBDK 311571 nömrəli xx.xx.2023-cü il tarixli 217,12 manat,EBDK 311573 nömrəli xx.xx.2023-cü il tarixli 442,50 manat,EBDK 311575 nömrəli xx.xx.2023-cü il tarixli 53,10 manat məbləğində elektron qaimələr göndərilmişdir.

11. Malların təhvil-qəbul aktlarına əsasən İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 21 avqust 2023-cü il tarixində 3580 manat,21 avqust 2023-cü il tarixində 29,50 manat,21 avqust 2023-cü il tarixində 166,38 manat,xx.xx.2023-cü il tarixində 160,48 manat,xx.xx.2023-cü il tarixində 454,30 manat,01 avqust 2023-cü il tarixində 486,16 manat,21 iyul 2023-cü il tarixində 1062 manat,18 iyul 2023-cü il tarixində 53,10 manat,18 iyul 2023-cü il tarixində 442,50 manat,18 iyul 2023-cü il tarixində 217,12 manat,02 may 2023-cü il tarixində 3680 manat,05 may 2023-cü il tarixində 2395 manat,17 may 2023-cü il tarixində 134,52 manat, 17 may 2023-cü il tarixində 37,76 manat,06 iyul 2023-cü il tarixində 369,28 manat,13 iyul 2023-cü il tarixində 3110,48 manat,13 iyul 2023-cü il tarixində 18,88 manat,17 iyul 2023-cü il tarixində 1998,92 manat,18 iyul 2023-cü il tarixində 217,12 manat,53,10 manat,442,50 manat,21 iyul 2023-cü il tarixində 1062 manat,01 avqust 2023-cü il tarixində 486,16 manat,07 avqust 2023-cü il tarixində 454,30 manat,14 avqust 2023-cü il tarixində 160,48 manat,21 avqust 2023-cü il tarixində 166,38 manat,3580 manat,29,50 manat dəyərində mallar təhvil verilmişdir.

12. "xxxx" ASC tərəfindən verilmiş (İddiaçı aid) xx.xx.2024-cü il tarixli BD1 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən 14 saylı vəkil bürosunun hesabına 320 manat köçürülmüşdür.

13. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəyi barədə məlumat verilmişdir. V. Tətbiq edilən hüquq:

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

20. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini –6651 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 6651 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

21. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 87 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

22. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 87 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

23. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 6651,54 (altı min altı yüz əlli bir manat əlli dörd qəpik) manat əsas borc, 320 (üç yüz iyirmi) manat göstərilən hüquqi yardıma görə xərc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 87 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar