Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-464/2020 26.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x8 oğlunun katibliyi, iddiaçının nümayəndəsi x5 iştirakı ilə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x2 (MMC) Cavabdeh qarşı pul tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1119,28 manat əsas borc, 123 manat faiz borcu, 30 manat dövlət rüsumu, cəmi 1272,28 manat pul vəsaitinin x1 tutularaq ona ödənilməsi, həmçinin iddiaçıya məxsus “Uğur USS 440” markalı soyuducunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi x7 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 06 may 2019-cu il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında 5240/**********-R/19 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlandıqdan sonra Cavabdeh işlətdiyi Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Şamdan” restoranı üçün ilk sifarişini, bir həftə sonra isə növbəti sifarişini vermişdi. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında imzalanmış malların təhvil-qəbul aktlarına əsasən cavabdeh 08.05.2019-cu il tarixdə 733,43 manat dəyərində, 10.05.2019cu il tarixdə 138,85 manat dəyərində və 14.05.2019- cu il tarixdə 247 manat dəyərində “Milla”, “Pepsi” və digər brendli mallar təhvil almışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən x3 2-ci bəndinin şərtlərinə əsasən, alıcı malı təhvil aldığı tarixdən “Milla” məhsullarına görə 3 gün ərzində, “Pepsi” məhsullarına görə 21 gün, Gilan hazır qida və içəcək məhsullarına görə 21 gün ərzində ödənişi satıcının bank hesabına ödəməlidir. Lakin, cavabdeh qeyd olunan tarixlərdə mallara görə ödəniş etməmişdir. Bu səbəbdən 2019-cu ilin iyun ayında cavabdehin ödəniş etmədiyinin səbəbin bilmək üçün onunla görüşmək istəsəkdə, cavabdehi çalışdığı Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Şamdan” restoranında tapmaq mümkün olmamışdır. Dəfələrlə cavabdehə zəng edib, əlaqə saxlamaq istənilsə də, o telefon zənglərinə cavab verməyərək, şirkətə olan ümumilikdə 1119,28 manat borcu ödəməkdən yayınaraq aramızda bağlanmış 5240/**********-R/19 saylı alqı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Bundan əlavə, 13.05.2019-cu il tarixdə cavabdehin şifarişi əsasında onun idarə etdiyi Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Şamdan” restoranına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə məxsus məhsulların sərinləşdirilib satılmasının təmin edilməsi məqsədilə əvəzsiz istifadə üçün 550 manat dəyərində Uğur USS 440 markalı soyuducu təhvil vermişdir. Lakin, bu günə kimi cavabdehlə əlaqə yaratmaq mümkün olmadığından Şirkətin əməkdaşları bizim əmlakımız olan Uğur USS 440 markalı soyuducunu “Şamdan” restoranından götürə bilmirlər. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi x7 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan: - 08 may 2019-cu il tarixli, 5240/**********-R/19 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcının sifarişi əsasında malları alıcıya satır, alıcı isə hazırki müqavilədə məyyən edilmiş qaydada və şərtlərə əsasən malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - 06 may 2019-cu il tarixli qiymət razılaşma protokolunda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə edilmiş 1 saylı əlavə kimi müqavilə predmeti olan malların dəyəri razılaşdırılmışdır. - 08 may 2019-cu il tarixli, 398214 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 238,75 manat olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. - 08 may 2019-cu il tarixli, 528562 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 494,68 manat olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. - 10 may 2019-cu il tarixli, 381758 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 138,85 manat olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. - 14 may 2019-cu il tarixli, 507488 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 121,92 manat olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. - 14 may 2019-cu il tarixli, 196775 nömrəli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 125,08 manat olan mallar satıcı tərəfindən alıcıya təhvil verilmişdir. - 14.05.2019-cu il tarixli, EAAU seriyalı, 402050 nömrəli elektron qaimədən və 19.05.2019-cu il tarixli, İB seriyalı, 162913 nömrəli vergi hesab-fakturadan satıcının alıcıya 238,75 manat borcu mövcuddur. - 14.05.2019-cu il tarixli, EAAU seriyalı, 402053 nömrəli elektron qaimədən və 19.05.2019-cu il tarixli, İB seriyalı, 162918 nömrəli vergi hesab-fakturadan satıcının alıcıya 494,68 manat borcu mövcuddur. - 16.05.2019-cu il tarixli, EAAU seriyalı, 514912 nömrəli elektron qaimədən və 21.05.2019-cu il tarixli, İB seriyalı, 300289 nömrəli vergi hesab-fakturadan satıcının alıcıya 138,85 manat borcu mövcuddur. - 17.05.2019-cu il tarixli, EAAU seriyalı, 607728 nömrəli elektron qaimədən və 22.05.2019-cu il tarixli, İB seriyalı, 334278 nömrəli vergi hesab-fakturadan satıcının alıcıya 121,92 manat borcu mövcuddur. - 17.05.2019-cu il tarixli, EAAU seriyalı, 607729 nömrəli elektron qaimədən və 22.05.2019-cu il tarixli, İB seriyalı, 334273 nömrəli vergi hesab-fakturadan satıcının alıcıya 125,08 manat borcu mövcuddur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş qiymət razılaşma protokollarında malın dəyərini satış tarixində və ya malın təslimi tarixinə verilən faktura tarixindən sonra 3 və 21 gün ərzində satıcının kassasına ödəməli olduğu nəzərdə tutulmuş, yəni, öhdəliyin icrası müddəti göstərilmişdir. Buna görə də məhkəmə hesab edir ki, 1119,28 manat əsas borc, 123 manat faiz borcu olmaqla ümumilikdə 1242,28 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, “Uğur USS 440” markalı soyuducu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddianın təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x2 Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilsin. 1119,28 manat əsas borc, 123 manat faiz borcu olmaqla ümumilikdə 1242,28 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x4 ödənilsin. “Uğur USS 440” markalı soyuducu Cavabdeh alınaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x4 verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” x4 ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-464/2020
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-464/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver