Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4640/2024 21.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SM-M-109/23 saylı “alqı-satqı müqaviləsi”nə əsasən 18% ƏDV daxil 12599,65 manat əsas borcun, 1260 manat cərimə borcunun, 133 manat dövlət rüsumu, cəmi 13992,65 manat məbləğində borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər: Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********), direktoru X2 şəxsində (bundan sonra “İddiaçı), digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh (VÖEN: **********), direktoru X3 şəxsində (bundan sonra “Cavabdeh”), birlikdə “Tərəflər” adlandırılacaqlar, bu Barışıq Sazişini (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar. Nəzərə alaraq ki, a) İddiaçı ASC-nin Cavabdeh MMC-ə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2- 2(113)-4640/2024 saylı kommersiya işi hal-hazırda Bakı Kommersiya Məhkəməsinin icraatındadır. İddiaçı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək məhkəmədən 18% ƏDV daxil 12,599.65 (on iki min beş yüz doxsan doqquz manat altmış beş qəpik) manat əsas borcun, 1260 (min iki yüz altmış) manat cərimə borcunun, 133 (yüz otuz üç) manat dövlət rüsumunun, ümumilikdə 13,992.65 (on üç min doqquz yüz doxsan iki manat altmış beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. b) Bu barışıq sazişin tarixinə cavabdeh iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş borc tələbinə dair iddianın 10,677.92 (on min altı yüz yetmiş yeddi manat doxsan iki qəpik) manat və ƏDV borcu, yəni 1922.03 (min doqquz yüz iyirmi iki manat üç qəpik) manat, ümumilikdə 12,599.95 (on iki min beş yüz doxsan doqquz manat doxsan beş qəpik) (bundan sonra “Əsas Borc”) manat məbləğində əsas borcun ödənişini həyata keçirmiş olduğundan, c) Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, qeyd olunan mübahisəni hazırkı barışıq sazişini bağlamaqla yekunlaşdırmaq qərarına gəldilər.
1. Tərəflərin hüquq və öhdəlikləri: 1.1.Cavabdeh əsas borcun ödədiyindən, tərəflər razılaşırlar ki, cavabdeh iddiaçıya əlavə olaraq yalnız 133 (yüz otuz üç) manat dövlət rüsumunun və 300 (üç yüz) manat vəkil xərcinin ödənilməsini öz öhdəsinə götürür və İddiaçı bunu qəbul edir. 1.2. Cavabdehin iddiaçı qarşısında olan öhdəliyi yalnız ödənilmiş dövlət rüsumu və vəkil xərci ilə məhdudlaşır və hər hansı əlavə rüsum, dəbbə pulu, faiz, əldən çıxmış fayda və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir. 1.3. Cavabdeh 133 (yüz otuz üç) manat dövlət rüsumunun və 300 (üç yüz) manat vəkil xərcinin İddiaçıya bir ödənişlə bu barışıq sazişi hər iki tərəfdən imzalandığı tarixdən başlayaraq 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür: 1.5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.1-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra Cavabdehin İddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir. 1.6. Cavabdeh tərəfindən qəbul olunmuş borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə iddiaçıya ödənilməməsi Cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal Sazişin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun və 300 (üç yüz) manat vəkil xərcinin Cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır.
2. Digər müddəalar 2.1. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 2.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 2.3. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 2.4. X6 üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, biri Cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında artıq barışıq sazişi imzalandığını və məhkəməyə elektron sistem vasitəsi ilə təqdim edildiyini, həmin barışıq sazişini təsdiq etdiyini qeyd etmişdir. Odur ki, təyin olunmuş baxış iclasını iştirakı olmadan keçirib qeyd olunan barışıq sazişini təsdiq edilməsini və iş üzrə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında imzalanmış barışıq sazişini təsdiq edilməsini və təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan OD3 saylı xx.xx.2024-cü il tarixli ödəniş tapşığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə 10677.92 manat ödəniş edilmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kommersiya işi üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:
1. Bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********), direktoru X2 şəxsində (bundan sonra “İddiaçı), digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyi və nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh (VÖEN: **********), direktoru X3 şəxsində (bundan sonra “Cavabdeh”), birlikdə “Tərəflər” adlandırılacaqlar, bu Barışıq Sazişini (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. Tərəflərin hüquq və öhdəlikləri: 1.1.Cavabdeh əsas borcun ödədiyindən, tərəflər razılaşırlar ki, cavabdeh iddiaçıya əlavə olaraq yalnız 133 (yüz otuz üç) manat dövlət rüsumunun və 300 (üç yüz) manat vəkil xərcinin ödənilməsini öz öhdəsinə götürür və iddiaçı bunu qəbul edir. 1.2. Cavabdehin iddiaçı qarşısında olan öhdəliyi yalnız ödənilmiş dövlət rüsumu və vəkil xərci ilə məhdudlaşır və hər hansı əlavə rüsum, dəbbə pulu, faiz, əldən çıxmış fayda və istənilən digər hər hansı əlavə ödənişlərin edilməsi üzrə öhdəlik daşımır, İddiaçı isə bu cür əlavə ödənişləri cavabdehdən tələb etmir. 1.3. Cavabdeh 133 (yüz otuz üç) manat dövlət rüsumunun və 300 (üç yüz) manat vəkil xərcinin İddiaçıya bir ödənişlə bu barışıq sazişi hər iki tərəfdən imzalandığı tarixdən başlayaraq 10 iş günü ərzində ödəməyi öhdəsinə götürür: 1.5. Cavabdeh tərəfindən iddia tələbi üzrə borc öhdəliyinin Sazişin 1.1-1.3-cü bəndlərində müəyyən olunmuş qaydada tam icra edilməsindən sonra Cavabdehin İddiaçı qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirilmiş hesab edilir. 1.6. Cavabdeh tərəfindən qəbul olunmuş borc məbləğinin Sazişdə nəzərdə tutulan müddətədək tam həcmdə iddiaçıya ödənilməməsi Cavabdehin Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Bu hal Sazişin məhkəmə qaydasında məcburi icraya yönəldilməsi, ödənilmiş 133 (yüz otuz üç) manat dövlət rüsumunun və 300 (üç yüz) manat vəkil xərcinin Cavabdeh tərəfindən ödənilməsi üçün məcburi icra tədbirlərinin həyata keçirilməsinin tələb edilməsi üçün əsasdır.
2. Digər müddəalar: 2.1. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 2.2. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyi gündən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 2.3. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci, 191-ci və 261-262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 2.4. X6 üçün məcburi şərtləri özündə əks etdirməklə hər biri 2 (iki) səhifədən ibarət olan 3 (üç) əsl nüsxədən ibarət şəkildə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, biri Cavabdehdə saxlanılır, bir əsl nüsxə isə təsdiq edilməsi üçün Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə təqdim olunur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı "pul” tələbinə dair kommersiya işi üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Kənan Hüseynov