Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4643/2025 23.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alğı-satqı,pul) X5 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İdddiaçı "X3 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, S128/22 saylıAlğı- Satqı Müqaviləsiəsasında 960.57 manat əsas, 96.06 manat dəbbə pulu və 30,57 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 1087.2 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S128/22 saylı“Alğı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi,Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alğı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 960.57 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni"xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir.
3. II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən X1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
5. Cavabdeh iddia tələbini etiraf etdiyi (583 manat) hissədə ödənişlər etməyə hazır olduğunu bildirərək, qalan hissədə iddia tələbinin rədd edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli S128/22 nömrəli nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “təchizatçı” “alıcı”ya “mal” satır, “alıcı” isə həmin “mal’ı qəbul edir və “müqavilə” ilə razılaşdırılmış qaydada “mal”ın dəyərini “təchizatçıya”ya ödəyir. Bu “müqavilə” çərçivəsində “mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. - 2.1-ci bəndinə əsasən “mal”ların təchizatı bu “müqavilə”nin bütün müddəti ərzində bu “müqavilə”yə “əlavə’lər və onun ayrılmaz hissəsi olan “spesifıkasiya”lar əsasında ayn-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. - 4.1-ci bəndinə əsasən bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “malların” “Təchizatçı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “malın” ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Təchizatçı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-faktuı ada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. - 5.1-ci bəndinə əsasən “alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçh’ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.
9. İddiaçı ilə cavabdeh arasında 10 may 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdehnın iddiaçıya 2186.86 manat borcu var.
10. İddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 85/25 saylı maliyyə arayışından görünür ki, xx.xx.2025 tarixinə fiziki şəxs Cavabdeh alğı-satqı müqaviləsi üzrə cavadehə 1056,63 manat (yazılan qaimələrin məbləği: 1467,37 manat,ödənilən məbləğ:506,8 manat,dəbbə pulu: 96,06 manat) qalıq borcu mövcuddur.
11. İddiaçı tərəfindən cavabdehə EBCM 301056 nömrəli xx.xx.2022-ci il tarixli 300.81 manat,EBDA 345899 nömrəli xx.xx.2023-cü il tarixli 632,63 manat, EBDH 646716 nömrəli xx.xx.2023-cü il tarixli 533.92 manat məbləğində elektron qaimələr göndərilmişdir.
12. Şahid verdiyi ifadəsində qeyd edir ki, İddiaçı MMC-də ekspeditor vəzifəsində çalışmışdır.O həmçinin bildirir ki,sifarişləri o qəbul edirdi,lakin malların daşınmasını daşınma şirkətləri həyata keçirirdi.Şahid qismində dindirilən Şahid eyni zamanda öz ifadəsində bildirib ki ,cavabdehi tanısada, onun borcunun dəqiq məbləği ilə bağlı məlumatı yoxdur.O həmçinin bildirirb ki,cavabdehə 1467,37 manatlıq mal təhvil verilməsinə baxmayaraq,malların böyük bir qismini qaytarmışdır. .Eyni zamanda ifadəsində səsləndirib ki, geri qaytarma aktı mallar qaytarılan zaman tərtib edilirdi,bu vəzifəni anbar rəhbəri həyata keçiriridi.
13. İddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq borcun 1 ay ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:
14. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X2rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
18. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
1. Mübahisənin mahiyyətinə gəldikdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh oğlu arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır.Hazırda İddiaçı MMC cavabdehə satılan mallara görə onlara borcunun yarandığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.
2. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında alğı satqı münasibətlərinin məhkəmə iclasında şahid qismində dindirilən iddiaçının həmin vaxt işçisi olaraq ekspeditor vəzifəsində çalışan Şahid tərəfindən malların alıcıya təhvil verilməsi və ödənişin alıcıdan alınaraq şirkətə ödənilməsi qaydasında həyata keçirilməsi tərəflər arasında işin mübahisələndirilməyən halıdır. İddiaçı özu də məhkəmə iclasında alğısatqı münasibətlərinin bu şəkildə həyata keçirildiyini bildirmişdir. Cavabdeh malların iddiaçıya geri qaytarılmasını bildirmiş, habelə məhkəmə iclasında ifadəsi alınan Şahid də cavabdeh tərəfindən bütün ödənişlərin həyata keçirildiyini, ümumiyyətlə cavabdehlə iddiaçı şirkət arasında bütün işgüzar münasibətlərinin onun vasitəsilə həyata keçdiyini və cavabdehin iddiaçıya az miqdarda borcunun qaldığını bildirmişdir.
3. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alğı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdehin məhkəmədə verdiyi izahati, həmçinin şahid ifadələri ilə cavabdeh tərəfindən malların təhvil verilməsi təsdiq edilir. Lakin cavabdeh təhvil təslim aktları ilə təhvil aldığı malları geri qaytardığını iddia etmiş,malları geri qaytardığını məhkəmə iclasında dindirilinən şahid təsdiq etmişdir.. Cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş 583 manat dəyərində malların dəyərini ödəmədiyini özü etiraf etdiyindən, məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir.
4. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 583 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 583 manat məbləğində hissəsində təmin edilməli, Cavabdeh 583 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
1. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 96.06 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
2. Göründüyü kimi cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
3. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 70 manat məbləğində müəyyən edilməlidir.
4. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 30,57 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
5. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, S128/22 saylı Alğı-Satqı müqaviləsinə əsasən, 583 (beş yüz səksən üç manat) manat əsas borc, 70 (yetmiş manat) manat dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova