Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4644/2024 15.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesindədir) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Ləğv prosesindədir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta olunmuş və X2 tərəfindən idarə olunan X15 Rover EVOGUE minik markalı, 77AR585 dövlət qeydiyyat nömrəli avtomobilə (ban nömrəsi: SALVP2RX0KH329467, buraxılış ili 2018, rəngiağ dam qara) xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 7.740 manat məbləğində dəymiş zərərin və ödənilmiş 98 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfinən tutularaq İddiaçı ASC-nin xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş sığorta şəhadətnaməsi əsasında İddiaçı ASC-yə məxsus X15 Rover minik markalı 77AR585 dövlət qeydiyyat nömrəli avtomobil (ban nömrəsi: SALVP2RX0KH329467, buraxılış ili 2018, rəngi ağ dam qara) 71400 manat sığorta məbləğində, 4191,18 manat sığorta haqqı tutulmaqla və 300 manat azadolma məbləği (hər bir sığorta hadisəsi üçün) razılaşdırılmaqla sığorta olunmuşdur. Həmçinin, həmin sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanuni sahibi tərəfindən verilmiş yazılı etibarnaməyə sahib olan şəxslər tərəfindən avtomobilin idarə edilməsi zamanı sığorta hadisəsi baş verdiyi hallarda təminat verildiyi göstərilmişdir. Sığorta müqaviləsinə əsasən sığorta müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixinədək müəyyən edilmişdir. Alıcı İddiaçı ASC ilə satıcı X5 arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli AK-495/23 nömrəli “Avtomaşının alqı-satqı müqaviləsi”nə əsasən satıcı X4 məxsus 2018-ci il buraxılışlı, X15 Rover minik markalı, 77AR585 dövlət qeydiyyat nömrəli, ağ dam qara rəngli avtomobil alıcı İddiaçı ASC tərəfindən alınmışdır. İddiaçı ASC ilə X9 arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli 495/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi”nə əsasən lizinq alanın sifarişi ilə 2018-ci il buraxılışlı, X15 Rover minik markalı 77AR585 dövlət qeydiyyat nömrəli, ağ dam qara rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 26 oktyabr 2023-cü il tarixli LM-495-1/23 nömrəli İddiaçı ASC, X9 və X2 arasında bağlanmış “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən X9 20 sentyabr 2023-cü il tarixli 495/23 saylı “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərini, lizinq obyektini, hüquqlarını X1 vermiş və sonuncu tərəfindən qəbul edilmişdir. 26 oktyabr 2023-cü ül tarixli, LM-495-1/23 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi”nin lizinq ödənişləri cədvəlinə (Əlavə №2) əsasən lizinq alan illik 22% hesablanmaqla 35 aylıq müddətə hər ay 2132,23 manat sabit pul məbləği olmaqla, ümumilikdə 54722,68 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 26 oktyabr 2023-cü il tarixli, LM-495-1/23 nömrəli “Zaminlik müqaviləsi”nə əsasən zamin X8 lizinq verən qarşısında illik 22%, 35 ay müddətinə 54722,68 manat məbləğdə lizinq alanın 26 oktyabr 2023-cü ül tarixli, LM-495-1/23 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi” üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. X15 Rover minik markalı, 77AR585 dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsi üçün X1 xx.xx.2023-cü il tarixdə həmin avtomobilin idarə edilməsi üçün xx.xx.2024-cü il tarixədək həmin tarix qüvvədə olmaqla etibarnamə verilmişdir. Sumqayıt şəhər DYPŞ tərəfindən verilmiş arayışa əsasən X2xx.xx.2024-cü il tarixində, saat 15:40-da, Z.Hacıyev küçəsində İddiaçı ASC-yə məxsus X15 Rover minik markalı, 77AR585 dövlət qeydiyyat nömr’li avtomobillə qəza törətmişdir. Həmin hadisədən dərhal sonra X2 Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məlumat vermişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (Ləğv prosesindədir) nümayəndəsi X6 iddiaya etiraz edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasan sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. İş müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, X15 Rover Evoque markalı, ** AR *** dövlət qeydiyyat nişanlı , buraxılış ili 2018 olan avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək tam sığortalanmışdır. Qeyd edilmiş nəqliyyat vasitəsinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir.
8. Hər iki tərəf, baş vermiş yol-nəqliyyat hadisəsinin sığorta hadisəsi olduğunu qəbul edir və hazırda tərəflər arasında mübahisə ancaq sığorta ödənişinin məbləği ilə bağlıdır.
9. İddiaçı tərəf, xx.xx.2024-cü il tarixli qüsur aktına istinad etməklə, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə 7.740 manat zərər dəydiyini bildirir.
10. Cavabdeh tərəf isə X10 tərəfindən verilmiş akta istinad etməklə, yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə 1.650 manat zərər dəydiyini bildirir.
11. Buna görə də, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4644/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə xx.xx.2024-cü il tarixli qüsur aktına, dəymiş zərərin hesablanmasına dair X10 tərəfindən verilmiş akta və fotoşəkillərə müqayisəli şəkildə baxış keçirməklə xx.xx.2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X15 Rover EVOGUE minik markalı, 77AR585 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərərin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
12. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6515 nömrəli rəyinə əsasən, xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 8.320 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7.131,68 manat müəyyən edilmişdir.
13. Həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6515 nömrəli rəyinə əsasən, “X10” tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 3.190 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2.573 manat müəyyən edilmişdir.
14. Sözügedən rəydə qeyd edilmişdir ki, qüsur aktlarının hansının daha mötəbər olmasının müəyyən edilməsinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyildir.
15. Məhkəmə iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsindən sonra çəkilmiş şəkillərə baxış keçirərək, hesab edir ki, məbləğ müəyyən edilərkən “X10” tərəfindən tərtib edilmiş qüsur aktında qeyd edilmiş xüsusatlar əsas götürülməlidir.
16. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına nəzər yetirildikdə görünür ki, motorist işi olaraq 2.000 manat, su baçoku 340 manat, motorun arxa salniki 120 manat, qolovka proklatkası 160 manat kimi bəndlər qeyd edilmişdir.
17. Ancaq fotoşəkillərə baxış keçirilərkən aydın olur ki, yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin ön hissəsinə cuzi olaraq zərər dəymişdir və qeyd edilmiş işlərin görülməsinə zərurət yoxdur.
18. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında əksini tapmış digər işlər isə demək olar ki, cavabdehin təqdim etdiyi qüsur aktında qeyd edilmiş işlərlə üst-üstə düşür.
19. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6515nömrəli rəyindən görünür ki, X10 tərəfindən verilmiş akta əsasən sağ faranın dəyəri 2.500 manat, sağ duman işıqların dəyəri 340 manat, dəmirçi işi 80 manat, rəngsaz işi 180 manat, armatur işi 50 manat, plasmas təmiri 40 manat müəyyən edilmişdir.
20. Məhkəmə hesab edir ki, qeyd edilmiş qiymətlər ağlabatandır.
21. Ona görə də, ekspert rəyində də, göstərildiyi kimi, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2.573,03 zərər dəyməsi inandırıcıdır.
22. Bundan başqa Məhkəmə qeyd edir ki, sığorta şəhadətnaməsindən göründüyü kimi, azadolma məbləği 300 manat təşkil edir. Sığortalanmış nəqliyyat vasitəsinin də, 2018-ci il istehsalı olması yəni yeni olmaması halını nəzərə alaraq Məhkəmə hesab edir ki, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə pul tutulmalıdır.
23. Ona görə də, Məhkəmə hesab edir ki, 2.273 manat (2.573-300 (azadolma məbləği)) məbləğində sığorta ödənişi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
24. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 98 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
25. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul iddiaçı tərəfindən dövlət büdcəsinə ödənmişdir.
26. Lakin, Məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənməli olan dövlət rüsumunun məbləği 42,73 manat təşkil edir.
27. Məhkəmə qeyd edir ki, bank xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 qəpik pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə həmçinin qeyd edir ki, işdən də göründüyü kimi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi xərci 50 manat təşkil edir.
29. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 25 manat və İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 25 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənməlidir.
30. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
31. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2273 (iki min iki yüz yetmiş üç) manat məbləğində dəymiş zərər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat 73 (yetmiş üç) qəpik məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Xidmət haqqının əvəzi olaraq ödənilmiş 0,40 (qırx) qəpik məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspetiza xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq AZ41NABZ**********0000003944 hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Ekspetiza xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq AZ41NABZ**********0000003944 hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov