Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4644/2025 21.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X4 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 4020,90 manat borcun, 400 manat cərimə və 64,20 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin Neftçala filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 11/22-102 saylı alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Qədimkənd kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 2802,90 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 445,50 manat məbləğində şum, 200,00 manat məbləğində mala, 170,00 manat məbləğində çiyid səpini, 149,40 manat məbləğində kultivasiya, 90,00 manat məbləğində baraza, 48,00 manat məbləğində dərman səpini, 200,00 manat məbləğində tirə vurma kipləşdirici, 500,00 manat məbləğində toxumluq çiyid, 1000,00 manat məbləğində dərman, ötən ildən ödənilməmiş 905,00 manat borc nəzərə alınmaqla, ümumilikdə, 3707,90 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2527,51 kq, 1870,36 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərclərdən 1837,54 manat məbləğində borcu qalmışdır. "xxxx" MMC-nin Neftçala filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2023-ci il tarixli 11/23-111 saylı alğı-satqı müqaviləsinə əsasən Neftçala rayonu, Qədimkənd kəndi ərazisində 5,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 5458,50 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 132,00 manat məbləğində çöp doğrama, 375,00 manat məbləğində şum, 320,00 manat məbləğində mala, 136,00 manat məbləğində çiyid səpini, 126,00 manat məbləğində kultivasiya, 45,00 manat məbləğində baraza, 128,00 manat məbləğində dərman səpini, 108,00 manat məbləğində bataza gübrə səpini, 1060,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 980,50 manat məbləğində toxumluq çiyid, 2048,00 manat məbləğində gübrə və dərman, ötən ildən ödənilməmiş 1837,54 manat borc nəzərə alınmaqla, ümumilikdə, 7296,04 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 2848,93 kq, 2275,14 manat məbləğində xam-pambıq təhvil vermiş, 1000,00 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən 4020,90 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə aktlar,iş və xidmətlərin yerinə yetirilməsinə dair üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. Eyni zamanda, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 2.2.3-ci bəndinə əsasən alıcı tərəfindən göstərilən servis xidmətlərin, nisyə verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir, əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,1% həcmində, 10% artıq olmamaq şərtilə “Satıcıya” cərimə ödəyir. Göründüyü kimi cavabdeh X6 borcun ödənilməsi ilə bağlı öhdəliyi icra etməkdən imtina etməklə,Cəmiyyətin mənafeyinə zərər vurmuş, bununla da onun barəsində müqavilənin 2.2.3 bəndlərinə əsasən ödənilməyən məbləğin 10% həcmində 400,00 manat məbləğində cərimə tətbiq edilməlidir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.1, 385.1., 386.1., 425.1., 442., 448.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" MMC (“Alıcı”), X6 (“Satıcı”) olmaqla tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli 11/23-111 saylı alğı-satqı müqaviləsinin predmetini “Alıcı” "xxxx" MMC-nin Neftçala filialı tərəfindən “Satıcı” X4 (qızına) məxsus (istifadə və ya icarədə olan) Neftçala rayonu, Qədimkənd kəndində yerləşən 5.0 ha torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, “Satıcı” tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, “Alıcıya” təhvil verilməsi və “Alıcı” tərəfindən “Satıcının” borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Müqavilənin 2.1.7-ci bəndinə əsasən Satıcı”nm yetişdirdiyi pamdığı qəbul edir, müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam pambığın hər tonuna görə müəyyən edilmiş qiymətlər əsasında və “Satıcı"nm bütün borcları, ilk növbədə 2017-2022-ci il müqavilələri üzrə qalıq borcları çıxıldıqdan sonra, dəyərini ödəyir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən Alıcı” tərəfindən göstərilən servis xidmətlərin, verilən nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2,-ci bəndində nəzərdə tutulan qaydada tam şəkildə “Alıcı”ya ödəyir, əks halda, tədarük mövsumu bitdikdən sonra hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcıya”ya cərimə ödəyir. Müqavilənin 4.1-ci bəndindən görünür ki, ’’Alıcr’ nəmlik, zibillik və növünə görə qüvvədə olan təlimat və standartlara əsasən xam pambığı “Satıcı”dan (istehsalçıdan) 1.növ- 800 AZN/ton, 2. növ - 780 AZN/ton, 3.növ - 740 AZN/ton, 4. növ - 700 AZN/ton. qiymətə qəbul edir. xx.xx.2023-cü il tarixli 11/23 nömrəli “Xam-pambığın alqı-satqısına dair müqaviləsinə Əlavə 1 X1 əsasən Çöp Doğrama 16 manat, Şum 38 manat, Şum 36 manat, Ripper İşi (45 Sm) 33 manat, X12 20 manat, X13 23 manat, Mala Çəkmə 17 manat, Kanal Çəkmə 10 manat,X7 10 manat, Kanal Doldurma 10 manat, Çiyid Səpini (90 Sm) 14 manat,X10 (90 Sm) 14 manat, Çiyid Səpini (X14) 15 manat, X10 (X14) 15 manat, Kultivasiya 16 manat, Kultivasiya (X14) 17 manat, Rotasion Kultivasiya 18 manat, Boroza 16 manat, Dərman Səpini 13 manat, Gübrə Səpini 16 manat, Çizel Çəkmə 15 manat, 1 X11 Yiğilmasi (birinci yığım) 150 manat, 1 X11 yiğilmasi (ıkinci yığım) 90 manat, tirə vurma kipləşdirici 20 manat, baraza (X14)16 manat, qaysaq dağidan 12 manat, ucvurma 14 manat, çöp doğrama 22 manat, 1-ci şum 50 manat, 2-ci şum 45 manat, ripper işi (45 sm) 37 manat, X12 23 manat, X13 26 manat, mala çəkmə 20 manat, kanal çəkmə 14 manat, X7 16 manat, kanal doldurma 14 manat, çiyid səpini (90 sm) 17 manat, X10 (90 sm) 17 manat, çiyid səpini (X14) 17 manat, X10 17 manat, kultivasiya 18 manat, kultivasiya (X14) 19 manat, rotasion, kultivasiya 20 manat, boroza 18 manat, dərman səpini 16 manat, gübrə səpini 18 manat, çizel çəkmə 18 manat, 1 ha sahədən pambığın yığılması 150 manat, 1 ha sahədən pambığın yığılması (ikinci yığım) 120 manat, tirə vurma kipləşdirici 20 manat, baraza (X14)18 manat, qaysaq dağıdan 14 manat ucvurma 16 manat, lazerli mala 150 manat, su motoru ilə su vurma 28 manat məbləğində razılaşdırılmışdır xx.xx.2025-ci il tarixli İş və Xidmətlərin Yerinə Yetirilməsi Aktına əsasən Neftçala rayonu Qədimkənd kənd sakini X6 ilə P-Aqro MMC- nin Neftçala filialı arasında bağlanmış 111 nömrəli müqavilənin icrası ilə bağlı qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və akta əsasən ötən ildən ödənilməmiş 1837,54 manat borc nəzərə alınmaqla, ümumilikdə, 7296,04 manat məbləğində dəyərində işlər, xidmətlər görülmüş, fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya 3275,14 manat olmaqla yekunda çəkilmiş xərclərdən 4020,90 manat borc qaldığı təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli İş və Xidmətlərin Yerinə Yetirilməsi Aktına əsasən Neftçala rayonu Kürqarabucaq-3 kənd sakini X6 ilə "xxxx" MMC-nin filialı arasında bağlanmış 102 nömrəli müqavilənin icrası ilə bağlı xx.xx.2024 ci il tarixinə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və akta əsasən fermərə yekun xərc 3707,90 manat, fermerdən alınmış xam pambıq və fermer tərəfindən dərman və gübrə üçün ödənilmiş subsidiya məbləği 1870,36 manat, yekun olaraq 1837,54 manat borc qaldığı təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixli PAM00030773 saylı, xx.xx.2022-ci il tarixli PAM00035862 saylı ödəniş tapşırıqlarına əsasən "xxxx" MMC tərəfindən X3 hesabına müvafiq olaraq 500 manat, 560 manat avans ödənişi köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ,xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli tərtib edilmiş aqrotexniki işlərin aktlarına əsasən Körqarabucaq ərazisində yerləşən fermerdə X6 üçün aktlarda qeyd edilən aqrotexniki işlər aparılmışdır. xx.xx.2024-cü il tarixli 103588 nömrəli, xx.xx.2024-cü il tarixli 081007 nömrəli, xx.xx.2024-cü il tarixli 103401 nömrəli, xx.xx.2024-cü il tarixli 103176 nömrəli, xx.xx.2024cü il tarixli 080823 nömrəli, xx.xx.2024-cü il tarixli 080826 nömrəli təhvil-qəbul qəbzinə əsasən müvafiq olaraq 800 manat, 960 manat,168 manat,120 manat,583 manat, 397,50 manat dəyərində işlər "xxxx" MMC tərəfindən X4 təhvil verilmişdir. "xxxx" MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 4020,91 manat borcun qısa müddət ərzində ödənilməsi cavabdehdən xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC 64,20 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 491.2ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 642-ci maddəsinə əsasən malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixli 11/23-111 saylı “Xam pambığın alqı-satqısı haqqında” müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri (aqrotexniki iş və xidmətləri razılaşdırılmış müddətdə, qiymətdə və həcmdə yerinə yetirmiş) lazımi qaydada icra etdiyi, avans ödədiyi halda, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, iddiaçının çəkdiyi xərcdən aşağı dəyərdə pambıq təhvil vermiş, qalan ödənişə uyğun pambıq verməmişdir. Belə ki, iddiaçı müqavilənin icrası ilə əlaqədar cavabdehə 7296,04 manat məbləğində işlər görmüş və avans vermişdir. Lakin cavabdeh verilmiş avansın görülmüş işlərin əvəzi olaraq xam pambıq məhsulunu razılaşdırılmış müddət ərzində müvafiq həcmdə tam təhvil verməli olduğu halda, öhdəliyini qismən icra edərək 2275,14 manat məbləğində xam-pambıq təhvil vermiş, həmçinin 1000 manat məbləğində nəğd ödəniş etmiş və beləliklə, iddiaçıya 4020,90 manat məbləğində borcu yaranmışdır. Buna görə də iddiaçının Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən qabacadan dəyərini ödədiyi pambığın verilməyən hissəsinə görə ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının qabaqcadan ödədiyi avans məbləğin qaytarılmasını tələb hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdeh X2 4020,90 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 400 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 200 manat müəyyən olunmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 64,20 manat dövlət rüsumunun 62,20 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 4020,90 manat borc, 200 manat cərimə, ümumilikdə 4220 (dörd min iki yüz iyirmi) manat 90 (doxsan) qəpik pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 62 (altmış iki) manat 20 (iyirmi) qəpiyin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4644/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4644/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver