Məhkəmə qərarları › İş №e-2-2(113)-4646/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4646/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4646/2024 04.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X7 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC-nin (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi; cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 20270 manat 61 qəpik məbləğində borcun; cavabdeh "xxxx" MMC-dən İddiaçı MMCnin xeyrinə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 151 manat məbləğində dövlət rüsumu xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən İT avadanlıqları satıcı İddiaçı MMC tərəfindən alıcı "xxxx" MMC-yə satılmışdır. Satıcı malları vaxtında təhvil versə də, alıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək yaranmış 20270.61 manat məbləğində borcu indiyə kimi ödəməmişdir. Tərtib olunmuş elektron qaimələrdən, qiymət razılaşma protokolları və təhvil-təslim aktlarından görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə borcu 20270.61 manat təşkil edir. Hazırda "xxxx" MMC İddiaçı MMC-yə olan 20270.61 manat borcunu ödəməkdən imtina edir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək,cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 20270 manat 61 qəpik məbləğində borcun; cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 320 manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərcin; cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 151 manat məbləğində dövlət rüsumu xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən Nümayəndə tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

9. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

10. İddiaçı MMC (“satıcı”) ilə cavabdeh "xxxx" MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli 310823-2 nömrəli nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcı müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş mallan (bundan sonra - "Mal" adlandınlacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği Satıcıya ödəməyi öhdəsinə götürür.. - 1.2-ci bəndinə əsasən bu Müqavilə üzrə hər bir sifariş Müqaviləyə əlavə şəklində hər iki Tərəfdən imza və möhürlə rəsmiləşdirilən Alış sifarişi ilə edilir və hər bir sifariş üzrə Malın adı, miqdan. çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq X2 (bundan sonra Protokol) müəyyənləşdirilir. - 2.4.1-ci bəndinə əsasən alıcı Malın bu Müqavilə ilə müəyyənləşdinlmiş qiymətini bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcıya tam və vaxtında ödəyir. - 3.1-ci bəndinə əsasən Malın qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş Alıcı tərəfindən Satıcının bank hesabına köçürülmə yolu Azərbaycan Manatı ilə həyata keçirilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

11. İddiaçı tərəfindən cavabdehə EBDN 665538 nömrəli xx.xx.2023-cü il tarixli 208,27 manat,EBDN 665542 nömrəli xx.xx.2023-cü il tarixli 2466,20 manat,EBDP 254363 nömrəli 107,38 manat,EBDP 276569 nömrəli xx.xx.2023-cü il tarixli 70,80 manat,EBDP 277691 nömrəli xx.xx.2023-cü il tarixli 2395 manat,EBDP 281212 nömrəli xx.xx.2023-cü il tarixli 1497,66 manat,EBDP 556169 nömrəli xx.xx.2023-cü il tarixli 17,70 manat,EBDP 556181 nömrəli xx.xx.2023-cü il tarixli 466,10 manat,EBDQ 071162 nömrəli xx.xx.2023-cü il tarixli 73,16 manat,EBDQ 071163 nömrəli xx.xx.2023cü il tarixli 44,84 manat,EBDQ 325000 nömrəli xx.xx.2023-cü il tarixli 277,30 manat,EBDQ 327902 nömrəli xx.xx.2023-cü il tarixli 84,96 manat,EBDQ 983169 nömrəli xx.xx.2023-cü il tarixli 5146 manat,EBDR 327652 manat xx.xx.2023-cü il tarixli 4425 manat,EBDR 347650 nömrəli xx.xx.2023-cü il tarixli 1746 manat,EBDR 885889 nömrəli xx.xx.2023-cü il tarixli 44 manat,EBDS 783533 nömrəli xx.xx.2023-cü il tarixli 919 manat,EBDT 142132 nömrəli xx.xx.2023-cü il tarixli 135,70 manat,EBDU 090567 nömrəli xx.xx.2023-cü il tarixli 165,20 manat məbləğində elektron qaimələr göndərilmişdir.

12. Malların təhvil-qəbul aktlarına əsasən X3 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 05 sentyabr 2023-cü il tarixində 208,27 manat və 2466,20 manat,28 sentyabr 2023-cü il tarixində 60 manat və 2029,66 manat,02 oktyabr 2023-cü il tarixində 17,70 manat və 395 manat,06 oktyabr 2023-cü il tarixində 73,16 manat,09 oktyabr 2023-cü il tarixində 44,84 manat,12 oktyabr 2023-cü il tarixində 277,30 manat və 84,96 manat,20 oktyabr 2023-cü il tarixində 12,71 manat,26 oktyabr 2023-cü il tarixində 3750 manat və 1480 manat,02 noyabr 2023-cü il tarixində 37,29 manat,15 noyabr 2023-cü il tarixində 919 manat,20 noyabr 2023-cü il tarixində 135,70 manat,01 dekabr 2023-cü il tarixində 165,20 manat dəyərində mallar təhvil verilmişdir.

13. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 1 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 208,27 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 2 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 2466,20 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 7 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 17,70 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 8 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 466,10 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 9 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 73,16 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 10 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 44,84 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

19. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 11 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 135 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

20. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 12 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 84,96 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

21. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 13 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 5146 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

22. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 14 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 1746,40 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

23. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 15 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 4425 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

24. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 16 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 44 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

25. 31 avqust 2023-cü il tarixli 310823-1 nömrəli alqı-satqı müqaviləsinin 17 saylı əlavəsi olan qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə 919 manat məbləğində malın verilməsi barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

26. "xxxx" ASC tərəfindən verilmiş (X1 aid) xx.xx.2024-cü il tarixli BD1 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki iddiaçı tərəfindən 14 saylı vəkil bürosunun hesabına 320 manat köçürülmüşdür.

27. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəyi barədə məlumat verilmişdir. V. Tətbiq edilən hüquq:

28. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

31. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)” Vİ.Məhkəmənin mövqeyi:

32. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

33. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilərək təsdiqlənmiş elektron qaimələrlə, eləcə də malların təhvil-qəbul aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

34. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini –20270,61 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh MMC-dən 20270,61 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

35. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 151 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

36. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 151 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

37. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 320 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC -dən 20270,61 (iyirmi min iki yüz yetmiş manat altmış bir qəpik) manat əsas borc, 320 (üç yüz iyirmi) manat göstərilən hüquqi yardıma görə xərc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 151 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar