Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-465/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.272 (on iki min iki yüz yetmiş iki) manat əsas borcun, 613,60 (altı yüz on üç manat 60 qəpik) manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 12.915,60 (on iki min doqquz yüz on beş, 60 qəpik) manat pulun alınaraq İddiaçı2 MMCnin xeyrinə tutulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC iləCavabdeh MMCarasında xx xxxx 2018-ci il tarixli 18/76 saylı alqı - satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən elektrik mallarının “Satıcı” tərəfindən “Alıcıya” satılması, “Alıcı” tərəfindən isə həmin mallar qəbul edilərək haqqının ödənilməsini öhdəliyi nəzərdə tutulmuşdur. Nəzərinizə çatdirmaq istəyirik ki, cavabdehə tərəfimizdən 12272 (on iki min iki yüz yetmiş iki) manat dəyərindəndə elektrik sistemlərinə aid bəzi mallar satılmışdır. Cavabdeh aldığı malların dəyərinin bu günə kimi icra etməmişdir. Müqavilənin 3.1 – ci maddəsinə əsasən “Alıcı” Satıcı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında malların tam dəyərini 30 təqvim günü ərzində köçürmə əsasında Alıcının hesabına ödəməlidir. Bildirmək istəyirik ki, Cavabdeh MMC müqavilə şərtlərinə uyğun olaraq almış olduğu malın tam dəyərini 13 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də ödəməmişdir. Qeyd edək ki, bu günə kimi cavabdehə dəfələrlə şifahi xəbardarlıq edilməsinə baxmayaraq qeyd edilən borcdan hər hansı bir ödəniş həyata keçirməmiş və şirkət olaraq üzərilərinə düşən öhdəliyi icra etməkdən açıqcasına boyun qaçırmaqdadırlar. Bildiririk ki, hazırda cavabdehin İddiaçı2 MMC-yə ödənilməli olan borcu 12272 (on iki min iki yüz yetmiş iki) manat (ƏDV-siz) təşkil etməkdədir. İddiaçının vəkili və nümayəndəsi X1 məhkəmə iclasında iddiasını müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinidinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı2 Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18/76 saylı müqavilədən görünür ki, sifarişdə əks ediləcək elektrik mallarının iddiaçı tərəfindən cavabdehə satılması, cavabdeh tərəfindən isə həmin mallar qəbul edilərək, haqqının ödənilməsinə dair öz üzərilərinə öhdəlik götürmüşlər. Həmçinin iddiaçı tərəfindən təqdim ediləcək hesab faktura və qaimə fakturalar əsasında malların tam dəyəri 30 təqvim günü ərzində köçürmə əsasında cavabdeh tərəfindən iddiaçının hesabına ödəməyinə dair öhdəlik götürmüşdür. İşdə olan xx xxxx 2018-ci il tarixli, 834406 saylı elektron vergi hesab-fakturasından görünür ki, ümumi dəyəri 12.272manat olan 250 metr 1X185 və 200 metr 1x95 mis kabellər İddiaçı2 Məhdud Məsuliyətli Cəmiyyətindən Cavabdehnə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı2 Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdehnə ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdalıq məktubundan görünür ki, İddiaçı2 MMC-yə ödənilməli olan borcu 12272 manat 7 gün ərzində ödəməyi cavabdehdən tələb etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı2 Məhdud Məsuliyətli Cəmiyyəti ilə Cavabdeh arasındaxx.xx.2018-ci il tarixli, 18/76 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımi qaydada yerinə yetirməyərək, öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin 12.272 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 18/76 saylı müqavilənin 5.3-cü bəndinə uyğun olaraq, Alıcı (cavabdeh) həmin müqavilə üzrə edəcəyi ödənişi üzürsüz olaraq, gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 faizi miqdarında Satıcıya (iddiaçıya) cərimə ödəyir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, həmin müqavilənin 5.2 və 5.3-cü maddələrində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 (beş) faizindən artıq ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə uyğun olaraq, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, həmin Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 439.1-ci maddəsinə uyğun olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Qeyd olunan Məcəllənin 441.4-cü maddəsinə uyğun olaraq, əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tədqiqatı dövründə iddiaçı tərəfindən yuxarıda göstərilən müqavilə üzrə, öz üzərinə götürdüyü öhdəlikləri tam və ya lazıminca icra etməməsi barədə cavabdeh tərəfindən hər hansı bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Bununla da, qeyd olunmuş müqavilənin tərəfi olan iddiaçı tərəfindən üzərinə götürdüyü öhdəliklərin tam icra olunması təkzib olunmazdır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdehxx.xx.2018-ci il tarixli, 18/76 saylı müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin iddiaçıya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqaviləsi üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa cavabdeh müqavilə üzrə üzrə edəcəyi ödənişi üzürsüz olaraq, gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 faizi miqdarında, lakin ümumi məbləğinin 5 faizindən artıq olmamaq şərti ilə iddiaçıya cərimə ödəməyi üzərinə öhdəlik götürdüyünə görə də, iddiaçı müqaviləsi üzrə ödənilməmiş borca görə, ona cərimə hesablamaqla, cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdehndən 12.272 manat əsas borcun, 613,60 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 12.915,60 manat pulun alınaraq İddiaçı2 MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 12.272 (on iki min iki yüz yetmiş iki) manat əsas borcun, 613,60 (altı yüz on üç manat altmış qəpik) manat cərimə pulunun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 12.915,60 (on iki min doqquz yüz on beş manat altmış qəpik) manat pulun alınaraq İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-465/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-465/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver