Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4655/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, mal göndərmə müqaviləsi, borcun ödənilməsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış 07 dekabr 2022-ci il tarixli, 128-RSAS-CEC/22 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsinə əsasən 6,583.99 manat əsas borcun, 104 manat dövlət rüsumunun, 200 manat göstərilmiş hüquqi yardıma görə xərcin, 1,487 manat cərimə məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh MMC ilə aralarında 07 dekabr 2022-ci il tarixli, 128-RSAS-CEC/22 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı” Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və.s) göstərilmiş malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilə əsasında hazırlanmış və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan “Malların təhvil verilməsi haqqında” əlavələr üzrə Cavabdeh MMC-yə Cəmiyyət tərəfindən müxtəlif tarixlərdə sözügedən ehtiyat hissələri satılmışdır. Həmin borcların ödənilməsi ilə bağlı cavabdehə qeyd edilən əlavələr əsasında tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2023cü il , xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cüil, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli elektron qaimələr təqdim edilmişdir. Lakin sözügedən müqavilə və bu müqavilə əsasında təqdim edilmiş qaimələr üzrə qarşı tərəf 6.583.99 manat qalıq borcunu isə bugünkü günə qədər ödəməmişdir. Beləliklə, Cavabdeh MMC-nin bu müqavilə üzrə əsas borcu toplamda 6,583.99 manat təşkil edir. Tərəflər arasında bağlanılan xx.xx.2024-cü il tarixli “Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı”na əsasən cavabdeh İddiaçı ASC-yə olan 6.583.99 manat borcunu etiraf etmişdir. Ehtiyat hissələrinin satışı müqaviləsinin 2.6-cı maddəsinə əsasən “Alıcı” əlavədə göstərilmiş malların dəyərinin 100% hissəsini hesabfaktura təqdim olunduqdan sonra köçürmə yolu ilə 5 bank günü ərzində ödəməlidir. 07 dekabr 2022-ci il tarixli, 128-RSAS-CEC/22 saylı Ehtiyat hissələrinin Satışı müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı ASC-yə toplam 6,583.99 manat borcu mövcuddur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 427.4, 441.1, 441.4, 448.2-ci maddələrinə istinad olunmuşdur. MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar: İş materiallarından görünür ki: İddiaçı ASC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında xx.xx.2022-ci il tarixli 128-RSAS-CEC/22 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən “Satıcı”, Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş, bundan sonra “Əlavə”, malları “Alıcı”ya satmağı və “Alıcı” isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların tphvil verilməsi hər iki tərəfin imzaladığı təhvil-təslim aktına uyğun olaraq həyata keçiriləcək. Müqavilənin 2.6-cı bəndinə əsasən Alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100 % hissəsini avans olaraq hesab-faktura təqdim olunduqdan sonra 5 bank günü ərzində Satıcıya köçürmə yolu ilə ödəməlidir. EBDJ seriyalı 168591nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 264.04 manat, EBDN seriyalı 754670 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 3315,86 manat, EBCK seriyalı 861552 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 2501.66 manat, EBCM seriyalı 672637 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 1700 manat, EBDF seriyalı 648798 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 1760.01 manat, EBDQ seriyalı 592442 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 2497.01 manat, EBDG seriyalı 198869 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 1100 manat, EBDG seriyalı 199136 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 1506.01 manat, EBDO seriyalı 893441 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 245,03 manat, EBDK seriyalı 643348 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 1128 manat, EBDK seriyalı 766865 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 247 manat, EBDE seriyalı 510314 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 2781.04 manat müxtəlif çeşidli mallar İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir xx.xx.2022-ci il tarixli 128-RSAS-CEC/22 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi üzrə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən İddiaçı ASC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nin İddiaçı ASC-yə kreditor borcunun məbləği 6584 manat qalıq borcun olması təsdiq edilmişdir. 11 dekabr 2023-cü il tarixli Hüquq xidmətlər haqqında Müqavilədən görünür ki, “Femida” Vəkil Bürosu tərəfindən İddiaçı ASC-yə müqavilə üzrə göstərilən xidmətlərin dəyəri 200 manat olaraq müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli **********24 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 104 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Bu fakt e-qaimələrlə də öz təsdiqini tapır, çünki mübahisə yaranan dövr və ondan əvvəlki müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində bu cür işgüzar adət, praktika formalaşmışdır ki, əvvəllərdə iddiaçı tərəfindən satılan mallarla bağlı verilmiş e-qaimələr əsasında cavabdeh tərəfindən müxtəlif ödənişlər edilmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (üzləşmə aktı, qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini tam, 6583.99 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 6583.99 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1487 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 329 manat müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə vəkil üçün tələb edilən 200 manat xidmət haqqının hazırkı işin hallarına uyğunluğunu və ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 200 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia qismən təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 104 manat dövlət rüsumunun 91,13 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 07 dekabr 2022-ci il tarixli, 128-RSAS-CEC/22 saylı Ehtiyat hissələrinin satışı müqaviləsinə əsasən 6,583 (altı min beş yüz səksən üç) manat 99 (doxsan doqquz) qəpik əsas borc, 329 (üç yüz iyirmi doqquz) manat cərimə məbləği, 200 (iki yüz) manat hüquqi yardıma görə xərcin, habelə ödənilmiş 104 manat dövlət rüsumunun 91 (doxsan bir) manat 13 (on üç) qəpiyinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4655/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4655/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver