Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-466/2023 21.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01/058/19 saylı, 07 may 2019-cu il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə borc qalığı 2240,98 manat, dəbbə pulu üzrə 224,02 manat, cəmi 2465 manat məbləğində borcun, mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 70 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07 may 2019-cu il tarixdə 01/058/19 saylı daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 4000 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 ədəd 2018-ci il buraxılışı olan divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə cavabdehin istifadəsinə və sahibliyinə vermişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən lizinq ödənişləri üzrə borc qalığı 2240,98 manat, dəbbə pulu üzrə 7566,87 manat olmaqla, cəmi 9807,85 manat məbləğində borcu yaranmışdır. Maliyyə cədvəlində əks olunan dəbbə pulu avtomatik olaraq kompüter proqramı tərəfindən hesablandığından hazırki iddia ilə ərizəsində yalnız ağlabatan məbləğdə, 224,02 manat tələb edilir. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hazırda Lizinq müqaviləsinin müddəti bitib. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07 may 2019-cu il tarixli 01/058/19 nömrəli İddiaçı ilə Cavabdeh arasında bağlanmış daxili maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" MMC Cavabdeh tərəfindən seçilmiş avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Cavabdeh müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Cavabdeh isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 13.1-ci maddəsinə əsasən lizinq alan müəyyən edilmiş müddətlərdə lizinq müqaviləsi ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş lizinq ödənişinin 0,5%-i məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Lizinq alan isə həmin dəbbə pulunu lizinq verən tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. 08 may 2019-cu il tarixli lizinq obyektinin təhvil-təslim aktından görnür ki, İddiaçı daxili maliyyə lizinqi müqaviləsi ilə nəzərdə tutulmuş lizinq obyektlərini Cavabdeh təhvil vermişdir. xx.xx.2022-ci il tarixli “Pareks Lizinq and Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 2240,98 manat məbləğində əsas borcu, 7566,87 manat məbləğində isə dəbbə pulu borcu vardır. 13 sentyabr 2022-ci il tarixli AZ0010243 nömrəli ödəniş tapşırığından görünür ki, “Pareks Lizinq and Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı 13 saylı mediasiya təşkilatının hesabına 70 manat məbləğində mediasiya xərcini köçürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467 və 747.1-ci maddələrinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında daxili maliyyə lizinqi müqaviləsi bağlanmış bağlanmış, müqaviləyə əsasən lizinq obyektləri 08 may 2019-cu il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin cavabdeh lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini tam həcmdə iddiaçıya ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia 2240,98 manat əsas borc və 70 manat mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı isə qeyd edir ki, tənasübsüz sürətdə yüksək hesablanmış cərimə azaldılaraq 109,02 manat hissədə təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2240,98 manat əsas borc və 109,02 manat cərimə cəmi 2350 manat və 70 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı “Pareks Lizinq and Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2240,98 manat əsas borc və 109,02 manat cərimə cəmi 2350 manat və 70 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı “Pareks Lizinq and Faktorinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-466/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-466/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver