Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-466/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, etibarsızlıq, əldən çıxmış fayda) X8 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 62590,80 manat əsas borcun, 24723,05 manat məbləğində dəbbə pulunun, 26601,07 manat məbləğində əldən çıxmış fayda məbləğinin, 405 manat məbləğində mediasiya xərclərinin, 1600 manat vəkil qonorarı xərcinin, ümumilikdə 115010,92 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli 116RTL0921ERC saylı “Alqı-satqı Müqaviləsi” bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı (İddiaçı MMC) Alıcıya (Cavabdeh2) onun sifarişi əsasında Müqavilə ilə müəyyən edilmiş məhsulları (Mal) satmağı, Alıcı (Cavabdeh2) isə həmin malı qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya (İddiaçı MMC) ödəməyi öz öhdələrinə götürmüşlər. Müqavilə qüvvəyə mindikdən sonra tərəflər öz öhdəliklərini yerinə yetirməyə başlamışlar və İddiaçı MMC tərəfindən Cavabdeh2 mal satılmış, satılan mallar üzrə cavabdehə aşağıdakı cədvəldə göstərilən eqaimələr göndərilmişdir. Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2022-ci il tarixində 5932,20 manat məbləğində ödəniş edilmiş və nəticədə Cavabdeh2 İddiaçı MMC-yə 62590,80 manat məbləğində borcu qalmışdır. Borc məbləğinə dair Cavabdeh2 ilə xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində “Qarşılıqlı üzləşmə” aktları imzalanmışdır. Borcun qaytarılması üçün Cavabdeh2 dəfələrlə müraciətlər edilsə də, bunun nəticəsi olmamışdır. Sonuncu dəfə Cavabdeh2 03-xx.xx.2023 saylı xx.xx.2023-cü il tarixli pretenziya məktubu göndərilmiş və xx.xx.2023-cü il tarixinədək İddiaçı MMC-yə olan 62590,80 manat məbləğində borcun qaytarılması tələb edilmişdir. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində Cavabdeh2 tərəfindən imza edilməklə qəbul edilsə də, bu günə kimi heç bir ödəniş edilməmişdir. Borcun qaytarılması üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Mediasiya Şurasına müraciət edilmişdir. Lakin, Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasına (İMS) iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayışa əsasən, Cavabdeh2 mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin icraatında olane-2-2(113)-276/2024 saylı kommersiya işi üzrə Məhkəmənin iclaslarında Cavabdeh2 və əri Cavabdeh1 iştirak etmişlər. Məhkəmə iclasında Cavabdeh2 ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” imzalanmışdır.İddiaçı və Cavabdeh2 Barışıq Sazişin təsdiq edilməsi üçün Məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim etmişlər. Növbəti məhkəmə iclasında Cavabdeh2, əri – Cavabdeh1 ilə aralarında olan münaqişə nəticəsində əhkəmədən Barışıq Sazişinin təsdiq edilməməsini xahiş etmiş və bildirmişdir ki, “əri – Cavabdeh1 o, “sərəncamverici” direktor kimi işlə qəbul etmiş, onunla müddətsiz əmək müqaviləsi bağlamış və bütün işləri əri – Cavabdeh1 aparmışdır. Cavabdeh məhkəməyə “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ni təqdim edərək bildirmişdir ki, onun səlahiyyətli nümayəndəsi kimi, əri – Cavabdeh1 onun adından bütün sənədləri, o cümlədən müqaviləni və üzləşmə aktlarını imzalamış və Malları iddiaçıdan təhvil almış və satmışdır. Cavabdeh1 məhkəmədə arvadı – Cavabdeh2 dediklərini etiraf etmiş və məhkəməyə ərizə verərək qeyd etmişdir ki, bütün sənədləri arvadı – Cavabdeh2 adından, arvadının imzasına oxşadaraq o, imza etmişdir. Bakı Kommersiya Məhkəməsi Barışıq Sazişini təsdiq etməmiş və xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekpertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/389 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, - Ekspertizaya təqdim olunmuş, xx.xx.2021-ci li tarixli müqavilə üzrə Qarşılıqlı üzləşmə aktında “Tərəflərin imzaları” hissəsində “Cavabdeh1” yazılarının qarşısındakı imza – Cavabdeh2Şahismayılovna tərəfindən yox, başq a şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2021-ci li tarixli müqavilə üzrə Qarşılıqlı üzləşmə aktında “Tərəflərin imzaları” hissəsində “Cavabdeh1” yazılarının qarşısındakı imzanın – Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş, xx.xx.2021-ci li tarixli Alqı-satqı müqaviləsinin sonunda “Alıcı” hissəsində “İmza” qrafasındakı imzanın Cavabdeh2 tərəfindən, Cavabdeh1 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmamasını tədiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-276/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı MMCnin iddia ərizəsini və əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilmiş, iddiaçı İddiaçı MMC-nin Cavabdeh2 Şahismayılovnaya qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Beləliklə, məhkəmə iclasları zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı MMC Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı “Alqı-satqı Müqaviləsi” bağlamış, həmin Müqavilə üzrə cavabeh Cavabdeh2 69590,08 manat məbləğində mallar göndərilmişdir. Malların göndərilməsinə dair Cavabdeh2 xx.xx.2021, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərmişdir. Qaimələr cavabeh Cavabdeh2 tərəfindən geri qaytarılmamış və qəbul edilmişdir. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, malların qəbul edilməsi hesab olunur. Malları, cavabeh Cavabdeh2 əmək müqaviləsi üzrə işçisi, əri – Cavabdeh1 satmış və sənədləri imzalamışdır, Cavabdeh2 isə əri əqdi imzalayan zamanı susmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.4-cü maddəsinə əsasən, susmaq Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Alınmış malların dəyərinin 5932,2 manat məbləğində xx.xx.2022ci il tarixində Cavabdeh2 ödəniş etsə də, digər malların dəyərini ödəməmişdir. Hal-hazırda İddiaçı MMC-nin Cavabdeh2 göndərdiyi 69590,08 manat mallar satılmış, lakin malların dəyəri İddiaçı MMC-yə qaytarılmamışdır. Hesab edirik ki, satılmış mallardan əldə edilmiş pul vəsaitinin qaytarılması üçün cavabdehlər müştərək qaydada məsuliyyət daşıyırlar. Tərəflər arasında imzalanmış Müqavilənin 4.6-cı bəndinə əsasən, Malların təhvil verildiyi gün Elektron qaimə və Hesab faktura təqdim olunur. Malların dəyəri Satıcı tərəfindən Alıcıya (Cavabdeh2) hesab faktura təqdim edilməsindən sonra 30 gün ərzində ödənilir. Həmin Müqavilənin 4.8-ci bəndinə əsasən, lazımı qaydada ödənişə dair öhdəliklər pozulduqda, Alıcı (Cavabdeh2) Satıcıya (İddiaçı MMC) hər gecikən gün üçün ödənilməmiş məbləğin 0,1 faizi nisbətində cərimə ödəməlidir. Həmin Müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həmcdə ödəməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsində olan məlumata əsasən, xx.xx.2021-ci il tarixindən ölkəmizdə bank uçot dərəcəsi 6,5%, xx.xx.2021-ci il tarixindən – 7%, xx.xx.2021-ci il tarixindən – 7,25%, xx.xx.2022-ci il tarixindən – 7,5%, xx.xx.2022-ci il tarixindən – 7,75%, xx.xx.2022-ci il tarixindən – 8,00%, xx.xx.2022-ci il tarixindən – 8,25%, xx.xx.2023-cü il tarixindən – 8,5%, xx.xx.2023-cü il tarixindən – 8,75%, xx.xx.2023-cü il tarixindən-9,0% miqdarında müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası mülki qanunvericiliyi borclu şəxsin başqasının pul vəsaitinin qaytarmaması, gələcəkdə kreditora hüquq verir ki, o məhkəmədə borcludan, borcdan əlavə faizləri və zərəri tələb etsin. Belə olan halda, cavabdehlər Cavabdeh2 və əri – Cavabdeh1 İddiaçı MMC-yə zərər vurmuş və aşağıdakı məbləğdə borcu yaranmışdır: - Müqavilənin 4.8-ci bəndinə əsasən, son elektron qaimənin tarixindən (xx.xx.2022) 30 gündən sonra 13 ay (395 gün) ərzində ödənilməyən məbləğin (62590,80 manat) 0,1% məbləğində dəbbə pulu – 24723,05 manat (62,59 manat x 395 gün). Ölkə üzrə rəsmi bank uçot dərəcəsinə görə, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək – 5007,26 manat (8,00%); xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü tarixinədək – 5163,74 manat (8,25%); xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixinədək – 5320,21 manat (8,5%); xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixinədək – 5476,69 manat (8,75%); xx.xx.2023-cü il tarixindən isə - 5633,17 manat (9%) əldən çıxmış faydanın məbləği. Bundan başqa, cavabdehlər öz öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı MMC məcburiyyət qarşısında qalaraq mediasiya üçün 405 (dörd yüz beş) manat, 1600 (bir min altı yüz) manat məbləğində vəkil qonorarı ödəmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 442.1, 449-cu maddələrinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.63, 71-1.5.1, 71-1.1.1, 71-1.5.4, 71-1.5.5, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrinə istinad olunmuşdur. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin, suallara cavab olaraq müqavilənin İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlandığı, Cavabdeh1 Cavabdeh2 ilə əmək münasibətlərində olduğunu və müqaviləni ona verilmiş səlahiyyət daxilində imzaladığını, Cavabdeh2 müqavilə şərtlərini qəbul etdiyini, elektron qaimələri qəbul edib təsdiq etdiyini, Cavabdeh2 borc ilə bağlı danışıqlar üçün əvvəl şirkətə gəldiyini, hətta borc məbləğ ilə bağlı Cavabdeh2 tərəfindən ödəniş edildiyini, iddia tələbinin sadəcə Cavabdeh1 münasibətdə təmin edilməsinin də iddiaçı üçün məqbul olduğunu bildirmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirdi və tələbin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Suallara cavab olaraq Cavabdeh2 bildirmişdir ki, digər məhkəmə icraatında barışıq sazişini Cavabdeh1 borcu öz üzərinə götürməsi və ona sazişi imzalamaq üçün təkid etməsi ilə imzalayıb. Həyat yoldaşı Cavabdeh1 onun adından əqdlər bağlamaq və digər hərəkətlərin edilməsi barədə etibarnamə verməyib və həyat yoldaşının malları əldə etməsi ilə bağlı məlumatsız olub. Həyat yoldaşı Sədərək Ticarət Mərkəzində məişət avadanlıqlarının topdan satışı ilə məşğul olub. Onun adına fərdi sahibkar kimi VÖEN verilməsindən məlumatlıdır, belə ki, əvvəl balaca bir ərzaq mağazası işlətmək üçün, ərzaq məhsullarının satışı ilə məşğul olmaq üçün VOEN əldə etmək zərurəti yaranıb. Cavabdeh1 öz adı ilə bağlı nəsə problem olduğunu bildirərək S,Qarayevaya onun adından VOEN verilməsi üçün müraciət edilməli olduğunu bildirib və Cavabdeh2 özü gedib VÖEN alıb, lakin asan imzası anlayışı olmadığı üçün həyat yoldaşının istifadəsində olub. Həyat yoldaşı onun adından Marvel Azerbaijan MMC ilə də müqavilə bağlayıb. Onun adına saxta sənədlər və başqa şəxslərə olan borclarına görə də şikayətlər edilib və həmin cinayət işləri üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinin qərarı ilə Cavabdeh2 zərərçəkmiş şəxs kimi tanınıb. Cavabdeh1 Bakı İstintaq Təcridxanasında saxlanılması səbəbilə məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, mübahisə predmeti olan borcun ona aid olduğunu, həyat yoldaşı Cavabdeh2 proseslərdən məlumatsız olduğunu bildirmiş, Cavabdeh2 münasibətdə iddia tələbinin ləğv edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: 742073 nömrəli X2 əsasən müəyyən edilir ki, xx.xx.1984-cü ildə doğulmuş Cavabdeh1 ilə xx.xx.1990-cı ildə doğulmuş Hüseynova (nikah bağlandıqdan sonra Qarayeva) Sevda Şahismayılovnanın xx.xx.2012-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində nikahları bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işçi Cavabdeh1 fiziki şəxs olan işəgötürən Cavabdeh2 ilə xx.xx.2022-ci ildə müddətsiz əmək müqaviləsi bağlamış və Cavabdeh1 əmək funksiyası (vəzifəsi) sərəncamverici direktor qeyd edilmişdir. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh2 arasında olan xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya onun sifarişi əsasında bu müqavilə ilə müəyyən edilmiş məhsulları (Mal) satmağı, Alıcı isə həmin malı qəbul edərək müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öz öhdələrinə götürmüşlər.Həmin müqavilənin 4.2-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı tərəfindən malın dəyərinin ödənilməsi bank vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər. 4.6-cı bəndinə əsasən malların təhvil verildiyi gün elektron qaimə və hesab faktura təqdim olunur. Malların dəyəri satıcı tərəfindən alıcıya hesab-faktura təqdim edilməsindən sonra 30 gün ərzində ödənilir. 4.8-ci bəndinə əsasən ödənişlər ilə bağlı öhdəliklər pozulduqda alıcı satıcıya hər gecikən gün üçün ödənilməmiş məbləğin 0,1% faizi nisbətində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı alqı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşdirmə aktına əsasən İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-xx.xx.2022-ci il dövründə olan hesablaşmalara əsasən borc məbləği 7294,43 manat hesablanmışdır. Üzləşmə aktı tərəflərin imzası İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı alqı-satqı müqaviləsi üzrə qarşılıqlı üzləşdirmə aktına əsasən İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-xx.xx.2022-ci il dövründə olan hesablaşmalara əsasən borc məbləği 62590,80 manat hesablanmışdır. Üzləşmə aktı tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. EBBM seriyalı 934451 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 7284,52 manat dəyərində, EBBT seriyalı 152183 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 7009,91 manat dəyərində, EBBU seriyalı 771080 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 25863,50 manat dəyərində, EBBZ seriyalı 135562 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 29432,87 manat dəyərində müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh2 ödənilməsi üçün təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 4/389 saylı ekspert rəyinə əsasən xx.xx.2021-ci li tarixli müqavilə üzrə Qarşılıqlı üzləşmə aktında “Tərəflərin imzaları” hissəsində “Cavabdeh1” yazılarının qarşısındakı imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə Bakı şəhəri Yasamal rayon prokurorunun qərarına əsasən X4, X3 və X1 müraciətləri əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə, AR Cinayət məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə, ********* nömrəli cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2022-ci il **********/345817151 saylı ödəniş tapşırığına əsasən Cavabdeh2 tərəfindən İddiaçı MMC-yə 5932,20 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2023-cü il BD1 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Bakı 18 saylı Mediasiya Təşkilatına 815 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2023-cü il 113İPEX232631281 saylı kredit haqqında bildirişə əsasən İddiaçı MMC tərəfindən “Nümayəndə və Partnyorları” Vəkil Bürosuna 1600 manat məbləğində ödəniş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.6-sı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinin 1-ci cümləsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 405.1-ci maddəsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 449.1-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 116RTL- 0921ERC saylı alqı-satqı müqaviləsi bağlanmış, lakin həmin müqaviləni Cavabdeh2 əvəzinə onun həyat yoldaşı, digər Cavabdeh1 imzası ilə təsdiq etmişdir. Eyni zamanda tərəflər arasında borcun üzləşdirilməsi ilə bağlı aktlar tərtib edilmiş, həmin aktları da Cavabdeh2 əvəzinə digər Cavabdeh1 imzası ilə təsdiq etmişdir. Həmin müqavilə əsasında Cavabdeh1 verilmiş mallara görə 62590,80 manat məbləğində borc yaranmışdır. Əvvəla məhkəmə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı alqı-satqı müqaviləsinə münasibətdə qeyd edir ki, həmin alğı-satqı müqaviləsi ikitərəfli əqd olmaqla, onun bağlanması üçün iki tərəfin iradə ifadəsinin olmağı tələb edilir. Belə ki, tərəflər arasında müqavilənin bağlanması üçün ilk növbədə iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Belə bir iradə ifadəsi mövcud olmadığı halda müvafiq müqavilə bağlanmış hesab edilə bilməz. Hazırki halda mübahisə predmeti olan müqavilənin Cavabdeh2 tərəfindən imza edilməməsi, həmin müqaviləni imzalamış Cavabdeh1 səlahiyyətinin olmaması əqdin etibarlılığının ümumi şərtlərindən biri olan iradə ifadəsinin olmamasına dəlalət edir. İddiaçının nümayəndəsi Cavabdeh1 Cavabdeh2 ilə əmək münasibətlərində olduğunu, sonuncunun sərəncamverici direktoru olduğunu əsas gətirərək iddiaçı tərəfindən səlahiyyətli şəxs hesab edildiyini və buna görə də Cavabdeh1 imzalamasını qəbul etdiklərini, həmçinin Cavabdeh2 əri Cavabdeh1 müqaviləni imzalamasına susmasının iradə ifadəsi olduğunu bildirmişdir. Lakin əvvəlki iş üzrə məhkəmə iclaslarında iddiaçı müqavilənin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmasını qeyd etməmiş, Cavabdeh2 özünün şəxsən imzaladığını bildirmişdir. Sadəcə ekspert rəyi ilə bu məsələ ortaya çıxdıqdan sonra iddiaçı belə bir arqument irəli sürmüşdür. Eyni zamanda mübahisə predmeti olan müqavilə xx.xx.2021-ci il tarixində imzalanmış, lakin Cavabdeh1 əmək müqaviləsi bildirişində əmək müqaviləsinin başladığı və işə başladığı tarix xx.xx.2022-ci il tarixi olmuşdur. Həmçinin əmək müqaviləsi bildirişində Cavabdeh1 sərəncamverici direktor qeyd edilməsi, onun Cavabdeh2 direktoru olmasını deyil, sadəcə işçisi olmasını təsdiq edir. Çünki məlum olduğu kimi vergi ödəyicisi olan fiziki şəxsin işçisinin olması mümükün olsa da, sərəncamverici direktorunun olması mümkün deyildir. Belə ki, direktor yalnız hüquqi şəxsdə mövcud ola bilər və hüquqi şəxsin qanuni təmsilçisi hesab olunur. Fiziki şəxs öz iradəsini ya birbaşa şəxsən özü, ya da qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq səlahiyyətlər verilmiş təmsilçisi vasitəsi ilə ifadə edə bilər. Həmçinin səlahiyyət təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də bəlli ola bilər. Cavabdeh1 məhkəməyə və digər orqanlara ünvanladığı ərizələrində Cavabdeh2 hazırkı müqavilədən məlumatı olmadığını, iddiaçının mallarını özü aldığını, imzaları özünün çəkdiyini etiraf etmişdir. Həmçinin cinayət işi üzrə olan qərarlardan da məlum olur ki, Cavabdeh1 başqa şəxslə də Cavabdeh2 adından müqavilə imzalamış, etibardan suiistifadə edərək dəluduzluq cinayət əməlini törətməsinə görə barəsində cinayət işi başlanılmış, təqsirləndirilən şəxs kimi cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda həmin cinayət işi üzrə Cavabdeh2 da zərərçəkmiş şəxs qismində tanınmışdır. Bütün bunlar Cavabdeh1 səlahiyyətinin fəaliyyət göstərdiyi şəraitdən də bəlli olmadığını təsdiq edir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı alqı-satqı müqaviləsi Cavabdeh2 tərəfindən imzalanmadığından, həmçinin müqaviləni imzalamış Cavabdeh1 səlahiyyəti olmadığı üçün etibarsız müqavilədir. Odur ki, iddiaçı Cavabdeh2 həmin müqavilə üzrə öhdəliyin icrasını tələb etməkdə haqlı deyildir. Buna görə də iddia tələbi Cavabdeh2 aid hissədə təmin olunmamalıdır. Lakin bununla belə Mülki Məcəllənin 360.1-ci maddəsinə əsasən iddiaçının Cavabdeh1 səlahiyyəti olmadan imzaladığı xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı alqı-satqı müqaviləsinin icrasını tələb etmək hüququ vardır və iddiaçının Cavabdeh1 qarşı tələbi haqlıdır. Beləliklə məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, Cavabdeh1 Cavabdeh2 təmsilçisi olaraq səlahiyyəti olmadan müqaviləni imzalamasını, müqavilə üzrə malları aldığını və borcunu etiraf etdiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixli 116RTL-0921ERC saylı alqı-satqı müqaviləsi üzrə satılmış mallara görə ödənilməmiş 62590,80 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı 24723,05 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 3100 manat müəyyən olunmalıdır. Bundan başqa iddiaçı dəymiş zərər kimi 26601,07 manat məbləğin də tutulmasını tələb etmiş, həmin məbləğin tələb etmə əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi ilə əsaslandıraraq əldən çıxmış fayda kimi hesablayaraq ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 09 iyul 2009-cu il tarixli qərarının məzmunundan aydın olur ki, MM-in 449-cu maddəsinə əsasən faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır. İddiaçı isə borcun ödənilməsinin gecikdirilməsi nəticəsində cavabdehin maddi gəlir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1600 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 800 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın qismən təmin olunmasını və mediasiya xərcinin iddiaçı tərəfindən ödənilməsini, cavabdehin mediasiya prosesində üzrsüz səbəbdən iştirak etmədiyini nəzərə alaraq hesab edir ki, 405 manat mediasiya xərci Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 62590 (altmış iki min beş yüz doxsan) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti, 3100 (üç min yüz) manat dəbbə pulu, habelə hüquqi yardım üçün ödənilmiş 800 (səkkiz yüz) manat və ödənilmiş 405 (dörd yüz beş) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-466/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-466/2025
14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver