Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4673/2022 28.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyinə 5210 manat məbləğində əsas borcun, 150 manat məbləğində cərimənin və 110 manat Mediasiya təşkilatına ödənilmiş rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Cavabdeh fərdi sahibkardır və malı bizdən sahibkarlıq fəaliyyəti ilə əlaqədar almışdır. İddia ərizəsi, maliyyə arayışı, mediasiya arayışı və mediasiyaya ödənilmiş rüsumun qəbzi cavabdehin elektron vergi kabinetinə göndərilmişdir, Müqaviləyə və X2 əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 14500 manat olmaqla mal almışdır. Həmin məbləğin 2550 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği, yəni 11950 manatı xx.xx.2020-ci il tarixli X2 əsasən qrafikə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləg üzrə qalıq borc 5410 manat, cərimə borcu isə 150 manat təşkil edir. Bununla bağlı olaraq cavabdehə bildiriş və pretenziya məktubu da göndərilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən borcluya alqı-satqı müqaviləsi əsasında pul tələbi barədə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən 2 X3 ərizə ilə müraciət edilmişdir, ərizə icraata qəbul olunmuşdur, mediasiya sessiyasi təyin olunmuşdur. Lakin borclu mediasiya sessiyasında iştrak etməmiş və bu barədə 05 avqust 2022-ci il tarixli müvafiq arayış verilmişdir. Ümumi mediasiya xərci 110 manat təşkil etmiş və iddiaçı tərəfindən ödənilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.Quluzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat ödəniş edilmiş, bununla əlaqədar olaraq iddia tələbinin həci azaldılmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı iə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı sifariş əsasında ümumi dəyəri və təyinatı bu müqavilənin tərkib hissəsi olan X1 əks olunan texniki avadanlıqların dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib və qaimə-fakturalarda əks olunan qiymətini satıcıya ödəməyi öhdəsinə götürür. Alıcıya satılan malların xüsusiyyətləri (ölçü, miqdarı, qiyməti və s.) tərəflər arasında əvvəlcədən razılaşdırımış protokolda Əlavə 1-də öz əksini tapır. Müqavilənin 1.3-cü bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı Əlavə 2-i əsasında təhvil verilir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin 1.1-ci maddəsinə əsasən X1 qeyd olunan malın ümumi dəyəri 14500 manat təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı alınan malın dəyərinin ümumi razılaşdırılmış məbləğinin 2550 manat ilkin ödənişini dərhal edir, qalıq məbləği 18 aydan gec olmayaraq satıcıya ödəniş qəbzləri əsasında ödəyir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcı malın dəyərini və qalıq məbləğini müqavilənin 3.2-ci maddəsində göstərilən müddətdə icra etmədikdə hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində satıcıya cərimə ödəyir. xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə X2 əsasən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində qeyd olunmuş qaydalara və şərtlərə əməl etməklə, ödəniş qrafikinə əsasən qalıq ödənişi malı təhvil aldıqda vaxtlı-vaxtında satıcıya ödəməyi öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli təhvil-təslim aktına əsasən təhvil alan bu təhvil-təslim aktı üzrə qeyd olunan mallar təhvil verən tərəfindən qüsursuz olaraq təhvil alana tam təhvil verir, təhvil alan isə təhvil verilmiş malları yoxlayaraq qəbul etdiyini etiraf edir. 02 iyul 2022-ci il tarixli 120 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 11950 manatdan 6540 manatını ödəsə də, bugünə olan əsas məbləğ üzrə qalıq borcu 5410 manat, cərimə üzrə borcu 150 manat təşkil edir. 13 sentyabr 2022-ci il tarixli 121-1 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qalıq 11950 manatdan 6740 manatını ödəsə də, bugünə olan əsas məbləğ üzrə qalıq borcu 5210 manat, cərimə üzrə borcu 150 manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixə olan iddiaçıya məxsus dövr üzrə məlumatlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2022ci il tarixə 200 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixdə 14500 manat satış, xx.xx.2022-ci il tarixdə 2550 manat ilkin ödəniş (kassaya mədaxil), xx.xx.2022-ci il tarixdə 615 manat (kassaya mədaxil), xx.xx.2020-ci il tarixdə 670 manat (kassaya mədaxil), xx.xx.2020-ci il tarixdə 670 manat (kassaya mədaxil), xx.xx.2020-ci il tarixdə 500 manat (kassaya mədaxil), xx.xx.2020-ci il tarixdə 170 manat (kassaya mədaxil), xx.xx.2020-ci il tarixdə 600 manat (kassaya mədaxil), xx.xx.2020-ci il tarixdə 400 manat (kassaya mədaxil), xx.xx.2020-ci il tarixdə 400 manat (kassaya mədaxil), xx.xx.2021-ci il tarixdə 1000 manat (bank hesabına mədaxil), xx.xx.2021-ci il tarixdə 400 manat (bank hesabına mədaxil), xx.xx.2021-ci il tarixdə 200 manat (bank hesabına mədaxil), xx.xx.2021-ci il tarixdə 255 manat (bank hesabına mədaxil), xx.xx.2022-ci il tarixdə 400 manat (kassaya mədaxil), xx.xx.2022-ci il tarixdə 200 manat (bank hesabına mədaxil), xx.xx.2022-ci il tarixdə 200 manat (bank hesabına mədaxil) ödəniş edilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 24 mart 2022-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən yaranmış borcun 3 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞB/2- 01258 saylı arayışdan və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 5210 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5210 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 150 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 5210 manat məbləğində əsas borc, 150 manat cərimə, ümumilikdə 5360 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan göründüyü kimi, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 110 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 110 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5210 (beş min iki yüz on) manat məbləğində əsas borc, 150 (bir yüz əlli) manat cərimə, ümumilikdə 5360 (beş min üç yüz altmış) manat pul və ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4673/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4673/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver