Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4673/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə pulun tutulması) X7 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçının nümayəndəsi Ağa-zadə Aygün Aydın qızının iştirakı ilə, İdddiaçı İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3829.32 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 382.93 manat məbləğində dəbbə pulu, 62.13 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMCilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixində 11717 saylı Müqavilə bağlanmışdır. Əməkdaşlığımız müddətində cavabdehin sifarişi əsasında, aramızda imzalanmış məhsulların təhvilqəbul aktlarına əsasən cavabdeh İddiaçı MMC-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar təhvil almışdır. Lakin, cavabdeh təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldığı məhsullara görə bu günə kimi ödəniş etməmişdir. Dəfələrlə cavabdehdən borcun ödənilməsini tələb etsək də hər dəfə bir bəhanə gətirərək cavabdeh şirkətə olan 3829.32 manat borcu ödəməkdən yayınır. Qeyd edim ki, cavabdehlə aramızda bağlanan xx.xx.2023-cü il tarixində 11717 saylı müqavilənin şərtlərinə əsasən, Alıcı məhsulu təhvil aldığı tarixdən ən geci 35 gün ərzində ödəniş etməli idi. Buna baxmayaraq, ödəniş müddətlərinin keçməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, cavabdeh bu günə kimi İddiaçı MMC-nə olan 3829.32 manat borcunu ödəməmiş və aramızda bağlanmış Müqavilənin şərtlərini pozmuşdur. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunmalıdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyiəsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll olunacaqdır. Belə olduğu təqdirdə, həmin müqavilənin 8.1-ci bəndinə əsaslanaraq, məsələnin məhkəmə tərəfindən həll olunmasını qərara aldıq. Nəzərinizə çatdırırıq ki, xx.xx.2023-cü il tarixli 11717 saylı müqavilənin şərtlərinə əsasən, Alıcı təhvilaldığı məhsullara görə ən geci 35 (otuz beş) gün ərzində ödəniş etməli idi. Müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müəyyənləşdirilmiş müddətdə üzərinə düşən ödəniş öhdəliklərini icra etmədikdə gecikdirilmiş borc yaranır və həmin gündən etibarən hər gecikdirilmiş gün üçün SatıcıAlıcıdan məhsulların ödənilməmiş dəyərinin 0,2% miqdarında dəbbə pulu tələb etmək hüququna malikdir. Müqavilənin 5.5-ci bəndində dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş məhsulların ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş məbləğin faizi ümumi məhsul məbləğinin 10%-dən çox olduğu üçün gecikdirilmiş malın ümumi məbləğinin 10%-ni təşkiledən 382.93 manat məbləğində dəbbə pulu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
6. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
9. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 19 iyun 2023-cü il tarixli 11717 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən satıcı alıcının sifarişi əsasında malları (bundan sonra "Mallar” adlandırılacaq) alıcıya satır, alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 (bundan sonra “X3” adlandırılacaq") şərtlərinə əsasən Satıcıya ödəməyi öhdəsinə götürür. - 1.3-cü bəndinə əsasən malların adları, çeşidinə müvafiq olaraq standart qiymətləri müqavilə üzrə ödəniş və digər kommersiya şərtləri X2 göstərilir. Satıcı X3nda göstərilən qiymətləri birtərəfli qaydada dəyişə bilər və alıcı belə dəyişikliyi qəbul etməyi öhdəsinə götürür. - 3.4-cü bəndinə əsasən alıcı malların dəyərini nağd və ya bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən X1 şərtlərinə əsasən Satıcıya ödəməyi öhdəsinə götürür. - 5.4-cü bəndinə əsasən alıcı kreditlə aldığı Malların dəyərini bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən müvafiq X1 müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində dəbbə pulu tələb etmək hüququna malikdir. - 5.5ci bəndinə əsasən dəbbə pulunun maksimal həddi ödənişi gecikdirilmiş Malların ümumi məbləğinin 10 % müəyyən edilir. - 9.3-cü bəndinə əsasən bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 1 (bir) il müddətində qüvvədə qalır. Müqavilənin müddətinin bitməsinə 30 (otuz) gün qaldıqda Tərəflərdən biri digərinə Müqavilənin ləğv və dəyişikliklərin edilməsinə dair yazılı bildiriş vermədiyi halda, Müqavilə əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müqavilə tərəflərin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
10. 19 iyun 2023-cü il tarixli 11717 saylı alqı-satqı müqaviləsinə əlavə olan xx.xx.2023-ce il tarixli 1 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların (pepsi, mirinda, lipton və s.) növü, ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı tərəfindən cavabdehə EBDJ 989062 nömrəli xx.xx.2023-cü il tarixli 457,65 manat,EBDJ 989061 nömrəli xx.xx.2023-cü il tarixli 3371,65 manat məbləğində elektron qaimələr göndərilmişdir.
12. 11 iyul 2023-cü il tarixli 569951 saylı malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3829,46 manat məbləğində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
13. 11 iyul 2023-cü il tarixli 569949 saylı malların təhvil-qəbul aktına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 3371,81 manat məbləğində mallar təhvil verilmişdir. Akt tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.
14. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə 3829,32 manat borcu var. V. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC (alıcı) arasında 19 iyun 2023-cü il tarixli 11717 saylı alq-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 3829,32 manat təşkil edir.
19. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni və malların təhvil-qəbul aktlarını məhkəməyə təqdim etmişdir.
20. Belə olan halda məhkəmə mübahisəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 3829,32 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
21. Bundan əlavə iddiaçı müqavilə üzrə malların dəyərini vaxtında ödəmədəiyinə görə X6 hesablanmış 382,93 manat məbləğində cərimə (dəbbə) pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
22. Məhkəmə hesab edir ki, cavabdeh X5 ödənişlərini vaxtında ödəməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 62,13 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
24. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 62,13 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 3829,32 (üç min səkkiz yüz iyirmi doqquz manat otuz iki qəpik) manat əsas borc,382,93 manat (üç yüz səksən iki manat doxsan üç qəpik) dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 62,13 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. . Hakim Günay Həşimova