Məhkəmə qərarları › İş №e-2-2(113)-4674/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4674/2022

05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4674/2022 05.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 32646,95 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 07 yanvar 2020-ci il tarixli CSP/20-015 saylı müqavilə bağlanmışdır. Müqavilənin 4-cü maddəsində ödəmə qaydası razılaşdırılmışdır. Müqaviləyə əsasən sifarişçi tərəfindən ödəniş sənədlər (hesab faktura və ya elektron qaimə) təqdim edildikdən sonra 15 iş günü ərzində köçürmə yolu ilə icraçının bank hesabına ödənilməlidir. Aramızda bağlanmış müqavilənin şərtlərinə tərəflər ilkin olaraq əməl etsə də sonradan sifarişçi müqavilə şərtlərini pozaraq ödənişləri tam olaraq həyata keçirməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Cavabdeh MMC 07 yanvar 2020-ci il tarixli CSP/20-015 saylı müqavilə üzrə bizdən 164453,09 manat (ƏDV 18% daxil olmaqla) dəyərində mal almış və bu dövr ərzində borcundan cəmi 131806,16 manat (ƏDV 18% daxil olmaqla) ödəniş etmiş və hal hazırda cəmi 32646,93 manat olmaqla 27681,43 manat əsas məbləğ üzrə və 4965,52 manat ƏDV üzrə borcu vardır. xx.xx.2021-ci il tarixdən bu günə kimi ödənişlərin icrasını tamamilə dayandırmış və heç bir əsas gətirmədən borcun ödənilməsindən imtina edir. Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşmaya əsasən, 07 yanvar 2020-ci il tarixli CSP/20-015 saylı müqavilə bağlanmışdır. Qarşılıqlı razılaşmaya əsasən tərəflər xarici və qismən də yerli bazardan malları alıb satmaqdan və dəyərini digər tərəfə ödənilməsində ibarət olmuşdur. İddiaçı iddia edirki, cavabdeh ondan müqavilə üzrə 164453,09 manat (ƏDV 18% daxil olmaqla) dəyərində mal almış və bu dövr ərzində borcundan cəmi 131806,16 manat (ƏDV 18% daxil olmaqla) ödəniş etmiş və hal hazıra cəmi 32646,93 manat olmaqla 27681,43 manat əsas məbləğ üzrə və 4965,52 manat ƏDV üzrə borcu vardır. Cavabdeh isə bildirir ki, müqavilə üzrə iddiaçıya heç bir borcu yoxdur. Bundan başqa, cavabdehin təqdim etdiyi elektron çıxarışdan görünür ki, iddiaçı cavabdehə ƏDV daxil cəmi 32266,91 manat dəyərində mal göndərmiş, cavabdeh isə göndərilmiş malların əvəzinə 17587,07 manat dəyərində mal göndərmiş və iş üzrə iddiaçı da göndərilmiş malları qəbul etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi şişirdilmiş formada məhkəməyə təqdim olunmuşdur. Cavabdehin təqdim etdiyi sübutların bir hissəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, iddiaçı cavabdehə ƏDV daxil cəmi 32266,91 manat dəyərində mal göndərmiş, cavabdeh isə göndərilmiş malların əvəzinə 17587,07 manat dəyərində mal göndərmiş və iş üzrə iddiaçı da göndərilmiş malları qəbul etmişdir. Yəni, əvəzləşmə aparıldıqdan sonra 14679,84 manat qalmalı idi. Lakin iddiaçı qeyd olunan məbləği yox, öz istəyinə uyğun məbləğ qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yaranmış borcu ödəyə bilməyən Cavabdeh MMC sözügedən borcun bir qismini, 17587,07 manat dəyərində mallarla əvəzləşdirsə də, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07 yanvar 2020-ci il tarixli CSP/20-015 saylı İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə mallar, xidmətlər dedikdə sifarişə əsasən “icraçı” tərəfindən kartriclər satışı, dolumu, servisi və təmiri işləri həmçinin printerlərin satışı və təmiri üzrə göstərilən xidmətlər nəzərdə tutulur. İcraçı malları və xidmətləri təchiz edir, sifarişçi isə həmin malları xidmətləri alır. Hər hansı bir təchiz ediləcək malın və xidmətin miqdarı və qiyməti müqaviləyə əlavə qiymət razılaşma protokolunda göstəriləcəkdir. Əlavələr vahid nömrəyə malik olmaqla bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. Əlavələr tərəflərin razılığına əsasən tərtib olunacaq. Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil tərəfindən iddia ərizəsinə etiraza əlavə edilmiş elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 32266,91 manat dəyərində mal satmış, Cavabdeh MMC tərəfindən isə İddiaçı MMC-yə 17587,07 manat dəyərində mal satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 540.1, 543, 567-ci maddələrinə əsasən Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Əgər əvəzləşdirilən tələblər birbirini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alğısatqı müqaviləsi bağlanmış, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 32266,91 manat dəyərində mal satılmış, lakin yaranmış borcu ödəyə bilməyən Cavabdeh MMC sözügedən borcun bir qismini, 17587,07 manat dəyərində mallarla əvəzləşdirdiyinə görə İddiaçı MMCyə 14679,84 (32266,91-17587,07) manat məbləğində borcu qalmışdır. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 14679,84 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 14679,84 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar