Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4679/2022 17.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankının cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankı Cavabdeh1 MMC, Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 arasında bağlanmış 47296 nömrəli, 27 may 2020-ci il tarixli Çərçivə Müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi nəticəsində iddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankına vurulmuş 11.000.000 ABŞ (on bir milyon ABŞ dolları) həcmində ziyanın və 10.140 AZN (on min yüz qırx Azərbaycan manatı) məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq, Avropa Yenidənqurma və İnkişaf Bankının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və cavabdehlərin nümayəndələri tərəflər arasında imzalanmış barışıq sazişinin təsdiq edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, Avropa Yenidənqurma və İnkişaf Bankı, Cavabdeh1 MMC, Cavabdeh2 olmaqla bağlanmış və tərəflərin nümayəndəsinin imzası ilə təsdiqlənmiş 13 oktyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. CUPRUM və cənab Cavabdeh2, bu Sazişin Əlavə 1-ində sadalanan bütün daşmar və daşınmaz əmlakıların, qurğuların, avadanlıqların və digər əşyaların (bundan sonra “aktivər” adlanacaq) üzərində olan mülkiyyət hüquqlarını və bütün digər səlahiyyətlərini, girovdan və bütün digər yüklülüklərdən tam azad şəkildə, bu sazişin imzalandığı tarixdən sonrakı 1 (bir) təqvim ayı ərzində, təmənnasız olaraq (yəni, hər hansı ödəniş tələb etmədən və almadan), AYİB tərəfindən müəyyən edilən üçüncü şəxsə ötürmək öhdəliyini qəbul edirlər. Birinci maddədə nəzərdə tutulan mülkiyyət hüququnun ötürülməsi, bu ötürməyə cəlb edilmiş hər hansı dövlət orqanını hərəkəti nəticəsində, gecikərsə, nə CUPRUM nə də Cavabdeh2 belə gec ötürmə ilə bağlı məsuliyyət daşımayacaqlar.
2. Bu Sazişin 1-ci maddəsi ilə nəzərdə tutulmuş aktivlərin üzərində hüquq və səlahiyyətlərin ötürülməsi məqsədi ilə, AYİB tərəfindən müəyyən edilən üçüncü şəxs ********** VÖEN sahibi "xxxx" MMC-dir və Borclu və cənab Cavabdeh2 Aktivlər üzərində CUPRUM-a məxsus olan mülkiyyət hüququnu və eləcə də bütün digər səlahiyyətlərini, bu Sazişin imzalandığı tarixindən 1 (bir) təqvim ayından gec olmamaq şərti ilə "xxxx" MMC-yə ötürməlidir.
3. Bu Sazişlə nəzərdə tutulmuş Aktivlərin "xxxx" MMC-yə mülkiyyət hüququ əsasında (CUPRUM-a mülkiyyət hüququ olmadan, digər hüquqlar əsasında məxsus olan aktivlər isə, müvafiq digər hüquqlar əsasında) məxsus olması barədə dövlət reyetrində müvafiq qeydlərin edilməsi tarixi Borclu və cənab Cavabdeh2 tərəfindən bu Saziş üzrə öz öhdəlikərini icra etdikləri tarix kimi qəbul ediləcək.
4. Bu Sazişin 1,2 və 3 maddələri ilə nəzərdə tutulmuş öhdəliklərin Borclu və Cavabdeh2 tərəfindən vaxtında, tam hcmdə və layiqincə yerinə yetirilməsi şərti ilə, AYİB Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4679/2022 saylı iş üzrə bütün iddialarından tam həcmdə imtina etmək öhdəliyini qəbul edir.
5. Tərəflər bu Sazişdə göstərilən öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə bu Sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
6. Bu Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.
7. Bu Saziş hər bir Tərəfə bir nüsxədə verilməklə, bir nüsxəsi "xxxx" MMC-yə təqdim edilməklə və daha bir nüsxəsi məhkəmədə qalmaqla, cəmi 5 (beş) əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin, qeyd edilən Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Avropa Yenidənqurma və İnkişaf Bankının cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. CUPRUM və cənab Cavabdeh2, bu Sazişin Əlavə 1-ində sadalanan bütün daşmar və daşınmaz əmlakıların, qurğuların, avadanlıqların və digər əşyaların (bundan sonra “Aktivər” adlanacaq) üzərində olan mülkiyyət hüquqlarını və bütün digər səlahiyyətlərini, girovdan və bütün digər yüklülüklərdən tam azad şəkildə, bu Sazişin imzalandığı tarixdən sonrakı 1 (bir) təqvim ayı ərzində, təmənnasız olaraq (yəni, hər hansı ödəniş tələb etmədən və almadan), AYİB tərəfindən müəyyən edilən üçüncü şəxsə ötürmək öhdəliyini qəbul edirlər. Birinci maddədə nəzərdə tutulan mülkiyyət hüququnun ötürülməsi, bu ötürməyə cəlb edilmiş hər hansı dövlət orqanını hərəkəti nəticəsində, gecikərsə, nə CUPRUM nə də Cavabdeh2 belə gec ötürmə ilə bağlı məsuliyyət daşımayacaqlar.
2. Bu Sazişin 1-ci maddəsi ilə nəzərdə tutulmuş Aktivlərin üzətində hüquq və səlahiyyətlərin ötürülməsi məqsədi ilə, AYİB tərəfindən müəyyən edilən üçüncü şəxs ********** VÖEN sahibi "xxxx" MMC-dir və Borclu və cənab Cavabdeh2 Aktivlər üzərində CUPRUM-a məxsus olan mülkiyyət hüququnu və eləcə də bütün digər səlahiyyətlərini, bu Sazişin imzalandığı tarixindən 1 (bir) təqvim ayından gec olmamaq şərti ilə "xxxx" MMC-yə ötürməlidir.
3. Bu Sazişlə nəzərdə tutulmuş Aktivlərin "xxxx" MMC-yə mülkiyyət hüququ əsasında (CUPRUM-a mülkiyyət hüququ olmadan, digər hüquqlar əsasında məxsus olan Aktivlər isə, müvafiq digər hüquqlar əsasında) məxsus olması barədə dövlət reyetrində müvafiq qeydlərin edilməsi tarixi Borclu və cənab Cavabdeh2 tərəfindən bu Saziş üzrə Öz öhdəlikərini icra etdikləri tarix kimi qəbul ediləcək.
4. Bu Sazişin 1,2 və 3 maddələri ilə nəzərdə tutulmuş öhdəliklərin Borclu və Cavabdeh2 tərəfindən vaxtında, tam hcmdə və layiqincə yerinə yetirilməsi şərti ilə, AYİB Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4679/2022 saylı iş üzrə bütün iddialarından tam həcmdə imtina etmək öhdəliyini qəbul edir.
5. Tərəflər bu Sazişdə göstərilən öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə bu Sazişin şərtlərinə və qaydalarına və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
6. Bu Saziş Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir, şərh edilir və icra olunur.
7. Bu Saziş hər bir Tərəfə bir nüsxədə verilməklə, bir nüsxəsi "xxxx" MMC-yə təqdim edilməklə və daha bir nüsxəsi məhkəmədə qalmaqla, cəmi 5 (beş) əsl nüsxədə tərtib olunmuşdur. Sazişin hər bir nüsxəsi eyni hüquqi qüvvəyə malikdir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aytən Əliyeva