Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4690/2025 25.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İdddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, FT070324SA1214S saylımüqaviləyə əsasən əsas borc 3731,64 (üç min yeddi yüz otuz bir manat altmış dörd qəpik) AZN, pul vəsaitinin qanunsuz saxlanmaqla pul öhdəliyinin icra edilməməsinə görə (gecikdirdiyi hər gün üçün ümumi məbləğin 0.2%-i hesablanmaqla) 3108 (üç min yüz səkkiz) AZN cərimə, özgəsinin pul vəsaitini qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırmağa görə isə 313 (üç yüz on üç) AZN gecikmə faizi, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 500 (beş yüz) AZN xidmət haqqı və 93 (doxsan üç) AZN dövlət rüsumu ümumilikdə 7745,64 (yeddi min yeddi yüz qırx beş manat altmış dörd qəpik) AZN pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və fiziki şəxs Cavabdeh arasında sürtkü yağları və filterlərin satışı ilə bağlı xx.xx.2024-cü il tarixli, FT070324SA1214S saylımüqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan X1na əsasən mallar alıcıya təqdim edilmişdir. Təhvil verilmiş malların dəyəri olan pul vəsaitinin bir qismialıcı tərəfindən ödənilmiş, lakin hazırda 3162,41 manat və 569 manat ƏDV daxil (ümumilikdə 3731,64 manat) borcu qalmışdır. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən və tərəfimizdən göndərilən pretenziya məktubu üzrə tələblərimizi icra etmədiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. İddiaçı MMC ilə Cavabdeh arasında 07 mart 2024-cü il tarixli FT070324SA1214S saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən 'satıcı' hazırki müqavilənin şərtlərinə uyğun olaraq, sürtkü yağlarını və filterfər (bundan sonra müqavilədə "Mal" adlandırılacaq) 'Alıcı'nın mülkiyyətinə verməyi, 'Alıcı' isə həmin malı qəbul etməyi və malın deyərini 'Satıcı'-ya ödəməyi öhdəsinə götürür.. - 2.1-ci bəndinə əsasən mallann qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 'X1’- nda göstərilir. - 7.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə ödənişlər ‘X2'- na əsasən həyata keçirilir.. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
9. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X3 1185.50 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
10. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X3 1005.74 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
11. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X3 148.51 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli X3 1391.89 manat məbləğində malın verilməsi razılaşdırılmışdır.Protokol hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq edilmişdir.
13. 30.05.2025-ci il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən Aslan İsmayılov və Partnyorları vəkil bürosunun hesabına 500 manat köçürülmüşdür.
14. İddiaçı tərəfindən cavabdehə MT2406 11411954 nömrəli xx.xx.2024-cü il tarixli 1391 manat, MT2406 10767593 nömrəli xx.xx.2024-cü il tarixli 1185.4988 manat, MT2406 10483126 nömrəli xx.xx.2024-cü il tarixli 148.512 manat, MT2406 10261717 nömrəli xx.xx.2024-cü il tarixli 1005.7376 manat məbləğində elektron qaimələr göndərilmişdir. V. Tətbiq edilən hüquq:
15. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X4rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”
Vİ.Məhkəmənin mövqeyi:
19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. İddiaçının həmin malları cavabdehə təqdim etməsi elektron sistem vasitəsilə cavabdehə göndərilmiş qaimələrlə, qiymət razılaşdırma protokolları və təhvil-təslim aktları ilə təsdiq edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.
21. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 3731.64 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını, cavabdehə məhkəmə iclasları barədə rəsmi məlumat verilsə də, müqavilə üzrə hər hansı ödənişlər edilməsi barədə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia əsas borc hissəsində təmin edilməli, Cavabdeh 3731.64 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
22. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 313 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
23. Göründüyü kimi Cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur.
24. Belə olan halda məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə əsasən tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 220 manat dəbbə pulu tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
25. Digər tərəfdən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərə münasibətdə qeyd edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş faizlər pul öhdəliyinin icrasının gecikdirilməsinə, yəni borclu tərəfindən pul öhdəliyinin pozulmasına görə tətbiq edildiyindən sanksiya xarakterlidir. Lakin həmin faizlər də borclunu pozuntuya görə cəzalandırmaq deyil, kreditorun pozulmuş hüquqlarını bərpa etmək, yəni kreditorun borclu tərəfindən ödənilməsinin gecikdirildiyi pul vəsaitindən istifadə etdiyi halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəliri, yəni maddi zərərin formalarından biri olan əldən çıxmış faydanı kompensasiya etmək məqsədi ilə tətbiq edildiyindən bərpaedici xarakterli sanksiyadır.
26. . Beləliklə, hazırkı halda həm mübahisəli müqavilədə nəzərdə tutulmuş əvəzləşdirilən dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququnun universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.
27. Bundan əlavə hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə də uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda da şərh edildiyi kimi həmin maddənin tələbləri baxımından Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinın tutulmasına yol verilir.
28. Odur ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanın əvəzi olaraq tutulmasını xahiş etdiyi 313 manat məbləğində faiz tələb etsə də, məhkəmə tərəfindən əsas borc məbləği(3731,64 manat) və gecimə günləri (iddia ərizəsində 14 ay qeyd edilmişdir) nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin məbləğ illik 5 faizlə 217.07 manat təşkil edir və həmin məbləğ hazırkı qətnamə ilə tutulmuş dəbbə pulu məbləği (220 manat) əhatə edildiyindən, bu hissədə iddia təmin edilməməlidir.
29. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir.
30. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 93 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
31. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 59 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, FT0700324SA 1214S saylı müqavilə üzrə 3731.64 (üç min yeddi yüz otuz bir manat altmış dörd) manat əsas borc, 220 (iki yüz iyirmi) manat cərimə borcu, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və iddianın təmin olunmuş hissəsinə nisbətdə ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova