Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4695/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliklər, icranın gecikdirilməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 04/21 saylı icarə müqaviləsinə əsasən ödənilməmiş 5319 (beş min üç yüz on doqquz) manat məbləğində pul, həmin pulların saxlanılmasına, gecikdirilməsinə görə hesablanmış 532 (beş yüz otuz iki) manat faiz borcu və mediasiya sessiyası üçün ödənilmiş 100 (bir yüz) manat rüsumun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 04/21 saylı icarə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən imert materialların X2 Zonasına daşınması razılaşdırılmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən sifarişçi icraçı tərəfindən müqavilənin müddəalarına əsasən göstərilən xidmətlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə tam şəkildə ödəmək öhdəliyini öz üzərinə götürür. Həmçinin xx.xx.2021-ci il tarixdə 04/21 saylı müqaviləyə xx.xx.2021-ci il tarixdə X1 № 1 spesifikasiya imzalanmışdır. Həmin Protokol № 1-ə əsasən tikinti materiallarının “Mercedes benz” 3340 yük özüboşaldan maşını ilə daşınması və hər ay üçün 4500 (dörd min beş yüz) manat xidmət haqqı verilməsi razılaşdırılmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən işlər görülsə də, görülən işlərə görə müqavilə üzrə ödəniləcək məbləğ ödənilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 04/21 saylı müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçi ödənişin həyata keçirilməsi üzrə öhdəliklərini müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda, icraçı ötürülmüş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 0,1 %-i həcmində dəbbə pulunun ödənilməsini sifarişçidən tələb edə bilər. Bununla bağlı cavabdehə pretenziya məktubu ilə müraciət olunsa da, heç bir nəticəsi olmamışdır.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 04/21 saylı icarə müqaviləsinə əsasən ödənilməmiş 4548,09 manat (dörd min beş yüz qırx səkkiz manat doqquz qəpik) məbləğində pul, həmin pulların saxlanılmasına, gecikdirilməsinə görə 227,40 manat (iki yüz iyirmi yeddi manat qırx qəpik) faiz borcu və mediasiya sessiyası üçün ödənilmiş 100 (bir yüz) manat rüsumun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2, 445.2, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
7. Cavabdeh MMC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində Cavabdeh MMC ilə icraçı qismində İddiaçı arasında 14 oktyabr 2021-ci il tarixli, 04/21 saylı icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti imert mallarının X3 Zonasına daşınmasıdır.
10. xx.xx.2021-ci il tarixli, 04/21 saylı müqaviləyə xx.xx.2021-ci il tarixli X1 № 1 spesifikasiyadan görünür ki, tərəflər tikinti materiallarının “Mercedes benz” 3340 yük özüboşaldan maşını ilə daşınması üçün hər ay üzrə 4500 (dörd min beş yüz) manat xidmət haqqı ödənilməsi barədə razılaşmışdır.
11. EBBZ seriyalı, 979091 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimədən məlum olur ki, İddiaçı tərəfindən yüklərin daşınması ilə bağlı 4548,09 manat nəqliyyat xidmətinin ödənilməsi üçün "xxxx" MMC-yə təqdim edilmişdir.
12. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
13. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında müqavilə bağlanmış, müavilənin predmeti isə imert mallarının X3 Zonasına daşınması olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
15. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
16. İddia tələbinin bir hissəsini tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməmiş 4548,09 manat (dörd min beş yüz qırx səkkiz manat doqquz qəpik) məbləğində pulun cavabdehdən tutulmasından ibarətdir.
17. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4548,09 manat (dörd min beş yüz qırx səkkiz manat doqquz qəpik) əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
18. İddia tələbinin digər hissəsini pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 227,40 manat məbləğin cavabdehdən tutulması təşkil edir.
19. Qeyd olunan normalara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən 1 il üçün 5%-lə hesablanmış 227,40 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
20. Eləcə də, iddiaçı 100 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
21. Məhkəmə hesab edir ki, mediasiyaya dair ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 4548,09 manat (dörd min beş yüz qırx səkkiz manat doqquz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 227,40 manat (iki yüz iyirmi yeddi manat qırx qəpik) və 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 4875,49 manat (dörd min səkkiz yüz yetmiş beş manat qırx doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova