Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4713/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Ərizəçi və maraqlı şəxsin iştirakı olmadan, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən ümumilikdə 2810.41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində (Şəxsiyytəstidiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023- cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 40,92 manat, İşsizlikdən sığorta fonduna 67,6 manat, Dövlət Sosial Müdafiə Fonduna 1313,14 manat, Maraqlı şəxs(VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 12,87 manat, İşsizlikdən sığorta fonduna 7,12 manat, dövlət büdcəsinə 1277,22 manat, Dövlət Sosial Müdafiə Fonduna 91,54 manat olmaqla, ümumilikdə 2810.41 manat məbləğində borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********733200 nömrəli, xx.xx.2021-ci il tarixli **********732500 nömrəli, xx.xx.2021- ci il tarixli **********731800 nömrəli, xx.xx.2023-cü il tarixli **********974900 nömrəli, xx.xx.2023-cü il tarixli **********781800 nömrəli, və xx.xx.2023-cü il tarixli **********727500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü ixtisaslaşdırılmamış topdansatış olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər şöbəsində qeydiyyatdadır və Maraqlı şəxs "xxxx" MMC-nin rəhbəridir. Fiziki şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü rabitə və elektrik xətlərinin çəkilməsi olan Maraqlı şəxs vergi ödəyicisi qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarsində qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********9 nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1125 manat, faizlər üzrə 180,80 manat məbləğində, xx.xx.2021-ci il tarixli **********1 nömrəli bildirişə əsasən işsizlikdən sığorta haqları üzrə 48,17 manat, faizlər üzrə 9,91 manat məbləğində, xx.xx.2021-ci il tarixli **********9 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 30 manat, faizlər üzrə 2,34 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Maraqlı şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli **********0 nömrəli bildirişə əsasən vergilər üzrə 1632,03 manat, faizlər üzrə 39,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli ********** nömrəli bildirişə əsasən muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 86,25 manat, faizlər üzrə 5,29 manat məbləğində, xx.xx.2023-cü il tarixli **********7 nömrəli bildirişə əsasən icbari tibbi sığorta haqları üzrə 12,42 manat, faizlər üzrə 0,45 manat məbləğində borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixli ödəniş qəbzlərindən görünür ki, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs tərəfindən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına xx.xx.2023-cü il tarixdə ümumilikdə 102,20 manat məbləğində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına xx.xx.2023-cü il tarixdə 13,60 manat məbləğində və DVX- Milli Gəlirlər Departamentinin hesabına xx.xx.2023-cü il tarixdə 1400 manat, xx.xx.2023-cü il tarixdə 302,50 manat, vergi ödəyicisi olan hüquqi şəxs “HORADİZ TİCARƏT MƏRKƏZİ-BAZAR" MMC tərəfindən DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına xx.xx.2023-cü il tarixdə ümumilikdə 1384,60 manat məbləğində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hesabına xx.xx.2023-cü il tarixdə 34,60 manat məbləğində və DVX-Milli Gəlirlər Departamentinin hesabına xx.xx.2023-cü il tarixdə 6,60 manat, cəmi 3244,10 manat (ərizədə göstərilən məbləğdən daha çox) məbləğində pul vəsaiti ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən ümumilikdə 2810.41 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan, X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “HORADİZ TİCARƏT MƏRKƏZİ-BAZAR" MMC və vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən sığorta fonduna borcunu ödəməklə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə müraciət etdikdən sonra vergi, məcburi sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə öhdəliklərini icra etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. İşin hallarından, həmçinin maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş qəbzlərin surətindən görünür ki, məhkəməyə ərizə verilməsi üçün əsas olmuş 2810,41 manat borc məbləği tamamilə ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizədə göstərilən dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna, İcbari Tibbi Sığorta Fonduna olan borclar vergi ödəyicisi olan hüquqi şəxs “HORADİZ TİCARƏT MƏRKƏZİ-BAZAR" MMC və vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs tərəfindən tam şəkildə ödənildiyindən hüquqi şəxsin icra orqanın rəhbəri, eyni zamanda vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 Saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4713/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4713/2023
12.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver