Məhkəmə qərarları › İş №e-2-2(113)-4715/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4715/2023

18.09.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4715/2023 18.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “X1” MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 48.994,16 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 973,62 manat, İşsizlikdən sığorta fonduna olan 39,5 manat, İcbari Tibbi Sığorta Fonduna olan 156,92 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (doğulduğu tarix xx.xx.1983-cü il, doğulduğu yer – Ermənistan, Amasiya, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “X1” MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 156,92 manat, dövlət büdcəsinə 48.994,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 44.174,11 manat, faizlər üzrə 4.700,05 manat, maliyyə sanksiyası üzrə 120 manat), İşsizlikdən sığorta fonduna 39,5 manat, Dövlət Sosial Müdafiə Fonduna 973,62 manat olmaqla, ümumilikdə 50.164,2 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********145500 nömrəli, xx.xx.2023-cü il tarixli **********616000 nömrəli, xx.xx.2022-ci il tarixli **********880600 nömrəli və xx.xx.2022-ci il tarixli **********829300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayır. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 1 il bundan əvvəl “X1” MMC "xxxx" MMC-yə birləşmişdir, birləşən zaman “X1” MMC-nin depozit hesabında 53.000 manata yaxın ƏDV vəsaiti olmuşdur. Bütün vergi öhdəlikləri "xxxx" MMC-yə keçmişdir. Depozit hesabında həmin 53.000 manata yaxın ƏDV vəsaitinin silinməsi Asan imza ilə edildiyini, Asan imaza isə şirkət birləşən zaman ləğv edildiyindən silinmə mümkün olmamışdır, vergi orqanı silməmişdir. Bütün öhdəliklər "xxxx" MMC-yə keçməsinə baxmayarq “X1” MMC-dən borcu istəyirlər. Birləşmə dövründə “X1” MMC-nin vergi bocu olmamışdır, birləşdikdən sonra yaranmışdır. Hesab vərəqələri də birləşməli idi, amma birləşdirməyiblər. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “X1” MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “X1” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna olan borcu 973,62 manat, İcbari Tibbi Sığorta Fonduna olan 156,92 manat, İşsizlikdən sığorta fonduna olan borcu 39,5 manat, dövlət büdcəsinə olan borcu 48.994,16 manat təşkil edir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “X1” MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********145500 nömrəli, xx.xx.2023-cü il tarixli **********616000 nömrəli, xx.xx.2022-ci il tarixli **********880600 nömrəli və xx.xx.2022-ci il tarixli **********829300 nömrəli bildirişlərin surətlərindən görünür ki, “X1” MMC-dən borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “X1” MMC-nin Nizamnamə kapitalının 100%-ni təşkil edən payları yeganə təsisçi Maraqlı şəxs alınması və həmin payların razılaşdırılmış dəyəri (cəmi 100 manat) ona – satıcıya ödənilməsi qərara alınmışdır. Nizamnamə kapitalında iştirak paylarının alqı-satqısı barədə müqvilədən görünür ki, satıcı - Maraqlı şəxs ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış “X1” MMC-nin Nizamnamə kapitalının 100%-ni təşkil edən iştirak paylarını alıcıya - "xxxx" MMC-yə satmağı, alıcı isə həmin payları müvafiq olaraq qəbul edib bu müqavilə ilə razılaşdırılmış dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, (VÖEN: ********** olan) “X1” MMC-nin 100% payla əvvəlki təsisçisi Maraqlı şəxs olmuş, hazırda isə 100% pay "xxxx" MMC-yə məxsusdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışı ilə müəyyən edilir ki, xx.xx.2017-ci il tarxidə ********** nömrə (VÖEN) ilə dövlət qedyiyyatına alınan "xxxx" MMC "xxxx" MMC-nin (VÖEN: **********), “X1” MMC-nin (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) ona qoşulmaları nəticəsində yenidən təşkil edilmişdir və onların hüquqi varisidir. Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin vergi ödəyicisinin vergi borcu barədə məlumat çıxarışından görünür ki, vergi ödəyicisi “X1” MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə olan borcu 56.371,24 manat təşkil edir. İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə, eləcə də EMİS-dən çıxarışlarından görünür ki, “X1” MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi Maraqlı şəxsdur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan hüquqi şəxs “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti vergiləri, dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarını ödəmək öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Vergi ödəyicisinə borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu hüquqi şəxsin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borcunun ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə görə vergi orqanları vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. MPM-in 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “X1” MMC "xxxx" MMC-yə qoşulduğundan bütün vergi öhdəliklərinin hüquqi varisi olan "xxxx" MMC-yə keçməsi, eləcə də “X1” MMC-nin vergi borcunun onun "xxxx" MMCyə qoşulduqdan sonra yaranması barədə maraqlı şəxsin dəlillərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Hazırkı halda isə EMİS-dən və İnternet Vergi İdarəsində çıxarışlardan göründüyü kimi “X1” MMC fəaliyyətinə xitam verilməsi barədə qeyd hal-hazıradək hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməmişdir. Əksinə, qətnamənin çıxarıldığı tarixə İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə, eləcə də EMİS-dən çıxarışlarla “X1” MMC-nin ********** VÖEN üzrə vergi ödəyicisi kimi xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 56.371,24 manat vergi borcunun olduğu, hətta hazırda qanuni təmsilçisinin Maraqlı şəxs olduğu müəyyən olunur. Odur ki, “X1” MMC-nin fəaliyyətinin xitam verilməsi barədə qeyd hal-hazıradək dövlət reyestrinə daxil edilmədiyindən mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələbləri baxımından qoşulma şəklində yenidən təşkil edilmə başa çatmış və belə olan halda qoşulan şəxsin hüquq və vəzifələri yenidən təşkil edilən şəxsə keçmiş hesab edilmir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda maraqlı şəxsin qeyd etdiyi dəlillər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsinin rədd edilməsi üçün əsas vermir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “X1” MMC-nin icra orqanının rəhbəri– xx.xx.1983-cü il tarixdə Ermənistan, Amasiyada anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.2-ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Hazırkı halda ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə xüsusi icraat qaydasında verilmiş ərizənin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Dövlət büdcəsinə 48.994,16 manat, Dövlət Sosial Müdafiə Fonduna 973,62 manat, İşsizlikdən Sığorta Fonduna 39,5 manat, İcbari Tibbi Sığorta Fonduna 156,92 manat məbləğində olan borcun ödənilməsini təmin etmək üçün “X1” MMC-nin icra orqanının rəhbəri– xx.xx.1983-cü il tarixdə Ermənistan, Amasiyada anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Ərizənin verilməsinə görə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar