Məhkəmə qərarları › İş №e-2-2(113)-4716/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-4716/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4716/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10073 manat borc məbləğinin, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 200 manatın və göstərilmiş hüquqi xidmətə görə 120 manatın, cəmi 10.393 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 8573,55 manat borc məbləğinin, həmçinin mediasiya rüsumu olaraq ödənilmiş 200 manatın və göstərilmiş hüquqi xidmətə görə 120 manatın, cəmi 8893,35 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20 fevral 2020-ci il tarixdə satış (alqı-satqı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh (Alıcı) iddiaçıdan (Satıcı) ərzaq və qeyri-ərzaq malları almış və əvəzində həmin malların satış dəyərini 7 gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra 30 sentyabr 2022-ci il tarixində tərtib olunan üzləşmə aktına əsasən cavabdeh müqavilə üzrə iddiaçıya (Satıcı) 19873.35 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh ilə aralarında 20 fevral 2020-ci il tarixli müqavilə üzrə üzləşmə aktının imzalanmasından 11 aydan artıq müddət keçməsinə baxmayaraq hələ də üzləşmə aktında göstərilən 19873.35 manat məbləğində borc sonuncu tərəfindən tam ödənilməmişdir. Hal-hazırda 10073 manat borc məbləği ödənilməmişdir. Belə ki, o, cari ilin iyun və iyul aylarında 2500 manat və yanvar ayında isə 7300 manat ödəniş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ödənişlər edildiyindən tərəflərindən iddia tələbinin həcmi azaldılmışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

7. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı (satıcı) ərzaq və qeyri-ərzaq mallarını alıcının (cavabdeh) mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən alqı-satqı obyekti olan malın adı, miqdarı və dəyəri elektron-qaiməvə elektron vergi hesab fakturaya əsasən müəyyən edilir.

11. Müqavilənin xx.xx.2021-ci il tarixli 1 saylı Əlavəsinə əsasən cavabdeh ona tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X1 alıcı adından malların təhvil alınması, malın qəbuluna dair sənəddə malın təhvilini sübut edən imzanın atılması və tərəflər arasında borcu əks etdirən üzləşmə aktını təsdiqləmə səlahiyyətini verir.

12. İddiaçı tərəfindən cavabdehə EBBT 719875 nömrəli xx.xx.2022-ci il tarixli, EBBT 128199 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 702608 nömrəli xx.xx.2022-ci il tarixli, EBBS 311876 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 501601 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 005011 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 813325 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 425582 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 425579 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 044836 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 382829 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 943572 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 808266 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 808267 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 211739 nömrəli xx.xx.2022-ci il tarixli, EBBW 644033 nömrəli xx.xx.2022-ci il tarixli, EBBO 631990 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 631985 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 631988 nömrəli xx.xx.2021-ci il tarixli, EBBG 272631 nömrəli xx.xx.2021-ci il tarixli, EBBJ 445671 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 631997 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 631993 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 820570 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 820569 nömrəli xx.xx.2021-ci il tarixli, EBBM 509750 nömrəli xx.xx.2021-ci il tarixli, EBBE 820568 nömrəli xx.xx.2021-ci il tarixli, EBBL 394328 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 242567 nömrəli xx.xx.2021-ci il tarixli, EBBO 310365 nömrəli xx.xx.2021-ci il tarixli, EBBS 461633 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 001846 nömrəli xx.xx.2022-ci il tarixli, EBBU 543578 nömrəli xx.xx.2022-ci il tarixli, EBBR 664226 nömrəli xx.xx.2022-ci il tarixli, EBBH 005062 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimələr göndərilmişdir.

13. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə 1271,19 manat, xx.xx.2023-cü il tarixdə 847,46 manat, xx.xx.2023-cü il tarixdə 423,73 manat, xx.xx.2023-cü il tarixdə 847,46 manat pul köçürülmüşdür.

14. İddiaçının ƏDV sub-uçot hesabından xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçının ƏDV sub uçot hesabına xx.xx.2023-cü il tarixdə 152,54 manat, xx.xx.2023-cü il tarixdə 76,27 manat, xx.xx.2023-cü il tarixdə 152,54 manat xx.xx.2023-cü il tarixdə isə 228,81 manat ödəniş edilmişdir.

15. 29804 nömrəli qəbzdən görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2023-cü il tarixdə 1500 manat, 29799 nömrəli qəbzdən görünür ki, 5800 manat pul köçürülmüşdür.

16. Tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçıya 19873.35 manat borcun olmasını təsdiq etmişdir.

17. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

29. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8573,35 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

30. Bundan başqa iddia ərizəsində 120 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.

31. Belə ki, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən “Kəngərli və Partnyorları” Vəkil Bürosunun hesabına hüquqi xidmət haqqına görə 120 manat pul ödənilmişdir.

32. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu və 120 manat hüquqi yardıma görə çəkilmiş xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 8573,35 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 120 manat məbləğində vəsait, ödənilmiş 200 manat dövlət rüsumu, ümumilikdə 8893,35 (səkkiz min səkkiz yüz doxsan üç manat otuz beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar