Məhkəmə qərarları › İş №e-2-2(113)-4722/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4722/2021

01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4722/2021 01.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMM-in Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMM Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilməmiş borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1524.61 AZN (min beş yüz iyirmi dörd manat, altmış bir qəpik) məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 152.46 (yüz əlli iki manat, qırx altı qəpik) AZN məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) AZN məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM olaraq fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh ilə 07 yanvar 2020-ci il tarixdə 148 MT/J20 saylı Alqı-Satqı müqaviləsi bağlayaraq əməkdaşlıq etməyə başlamışlar. Əməkdaşlıq müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi İddiaçı MMM-ə olan 1524.61 AZN (min beş yüz iyirmi dörd manat, altmış bir qəpik) borcu ödəməmiş və bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı malı təhvil aldığı məhsullara görə ən geci 28 (iyirmi səkkiz) gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi Alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Belə ki, cavabdeh tərəfindən gecikdirilmiş 152.46 (yüz əlli iki manat, qırx altı qəpik) AZN məbləğində dəbbə pulu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Satıcı İddiaçı MMM ilə alıcı Cavabdeh arasında imzalanmış 148MT nömrəli 07 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı Alıcının sifarişi əsasında malları Alıcıya satmağı, Alıcı isə malların dəyərini nağd və ya hazırkı müqavilənin 10-cu bəndinin şərtlərinə əsasən Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən təchiz olunmuş mallarla aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə üzrə satılan Malların qiyməti, adları, miqdarı və çeşidi bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan İ saylı Əlavədə (X2) göstərilir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Mallar Alıcının sorğularına (sifarişlərinə) əsasən Satıcı tərəfindən ayrı-ayrı partiyalarla təchiz edilir. Alıcı Malları tələb olunan çeşid və miqdarda ən azı 5 (beş) iş günü müddətində qabaqcadan Satıcıya yazılı və ya elektron formada sifariş edir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Hazırkı Müqavilə ilə ayrı-ayrı partiyalarla təchiz olunan Malların adı. miqdarı, çeşid və dəyəri Tərəflərin təsdiq etdiyi qaiməfakturaya əsasən tənzimlənir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Sifariş verilən Mallar 5 (beş) iş günü müddətində Alıcının anbarına çatdırılması şərti ilə Satıcı tərəfindən (Satıcıya məxsus nəqliyyat vasitələri ilə) həyata keçirilməlidir. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən Mal təhvil verilərkən Tərəflər təhvil-qəbul Aktını və ya təhvil-qəbulu təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Qaiməfaktura hər biri Tərəflərdə olmaq şənilə 2 (iki) nüsxədə tərtib edilir. Həmin Müqavilənin 2.8-ci bəndinə əsasən Alıcı mal ilə birlikdə təhvil aldığı taraları (paletləri) Malların növbəü təchizatı zamanı Satıcıya qaytarmalıdır. Taralar (palellər) qaytarılmadıqda, qaytarılmayan taraların qiyməti (bir) əd- 7 (yeddi) Azn Alıcı tərəfindən qeyri-şərtsiz olaraq ödəniləcək və ya Satıcı tərəfindən təhciz edilmiş Malların qiymətinə əlavə ediləcəkdir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Alıcı kreditlə aldığı malın dəyərinibu müqavilənin 10-cu bəndində müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10 (on) % müəyyən edilir. İş materiallarına əlavə edilmiş 30.01.2020-ci il tarixli HDP/4 seriyalı 394927, 394928 nömrəli, 24.02.2020-ci il tarixli HDP/4 seriyalı 762169, 762170, 762171, 762172, 762173 nömrəli, 25.02.2020-ci il tarixli HDP/4 seriyalı 767507, 767508, 767509, 767510, 767511 nömrəli, 03.03.2020-ci il tarixli HDP/4 seriyalı 768530, 768531, 768532, 768533, 768534 nömrəli, 31.03.2020-ci il tarixli HDP/5 seriyalı 275145 nömrəli, 03.04.2020-ci il tarixli HDP/4 seriyalı 785120, 785121 nömrəli, 17.04.2020-ci il tarixli 621746, 621748, 621749 nömrəli, 01.05.2020-ci il tarixli HDP/5 seriyalı 618528, 618529 nömrəli, 06.05.2020-ci il tarixli HDP/5 seriyalı 645416, 645417, 645418 nömrəli, 12.05.2020-ci il tarixli HDP/5 seriyalı 644350 nömrəli, 21.05.2020-ci il tarixli HDP/5 seriyalı 630841, 630842 nömrəli, 04.06.2020-ci il tarixli HDP/6 seriyalı 088127, 088128, 088129, 088130 nömrəli, 16.06.2020-ci il tarixli HDP/6 seriyalı 136509, 136510, 136511 nömrəli, 30.06.2019-cu il tarixli HDP/5 seriyalı 308454, 308455 nömrəli, 06.07.2020-ci il tarixli HDP/6 seriyalı 512769, 512770 nömrəli, 19.08.2020-ci il tarixli HDP/6 seriyalı 887536, 887537, 887538, 887539, 887540, 887541 nömrəli, 22.08.2020-ci il tarixli HDP/6 seriyalı 894644 nömrəli, 29.08.2020-ci il tarixli HDP/6 seriyalı 873658 nömrəli, 03.09.2020-ci il tarixli 862289, 862290, 862291, 862292, 862294 nömrəli, 08.09.2020-ci il tarixli HDP/7 seriyalı 268425, 268426 nömrəli, 15.09.2020-ci il tarixli HDP/7 seriyalı 306880, 306881 nömrəli, 22.09.2020-ci il tarixli HDP/7 seriyalı 269623, 269624 nömrəli, 20.10.2020-ci il tarixli HDP/7 seriyalı 752711, 752712, 752713, 752714 nömrəli, 29.10.2020-ci il tarixli HDP/7 seriyalı 290427, 290428 nömrəli, 05.11.2020-ci il tarixli HDP/7 seriyalı 764891, 764892 nömrəli, 11.11.2020-cİ il tarixli HDP/7 seriyalı 725280 nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, qeyd olunan tarixlərdə tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən müxtəlif çeşiddə mallar cavabdehə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş, 06.04.2021-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziyadan görünür ki, iddiaçı 10 təqvim günü ərzində 1545,54 manat borcun ödənilməsini cavabdehə bildirirlmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Satıcı İddiaçı MMM ilə alıcı Cavabdeh arasında 148MT nömrəli 07 yanvar 2020-ci il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən alınacaq məhsullarının miqdarı və qiyməti hər dəfə Tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən Alıcının sifarişinə əsasən müvafiq qaydada təsdiq edilmiş Qiymət cədvəlinə əsasən müəyyən edilmişdir. Ərzaq məhsullarının qiymətinə qablaşdırmaya (taraya), markalanmaya, gömrük və digər ödənişlərə aid olan xərclər də daxildir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən alınmış malların dəyəri tam ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn hüquq və vəzifələr yaranmışdır. Satıcı müqavilələr üzrə öhdəliyini tam yerinə yetirmiş və malı alıcıya təhvil vermişdir. Alıcı isə malın dəyərinin ödənilməsinə dair öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və nəticədə satıcıya borcu yaranmışdır. Hazırda iddiaçı cavabehin müqavilə üzrə yaranmış 1524.61 manat əsas borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi öhdəliklərin əvvəlcədən müəyyən edilmiş qaydada icra olunmalıdır. Lakin iş materiallarına əlavə edilmiş malların təhvil qəbul aktlarına əsasən iddiaçı tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik yerinə yetirilmişdir. Cavabdeh isə alınmış malların dəyərini tam olaraq iddiaçıya ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 1524.61 manat borc tutulmalıdır. Məhkəmə iddia tələbinin 152.46 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 152.46 manat cərimənin 15 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən mediyasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1524.61 manat əsas və 15 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1539,61 manat borc və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat tutularaq İddiaçı MMM-in xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1524.61 (min beş yüz iyirmi dörd manat, altmış bir qəpik) manat əsas və 15 (on beş) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1539,61 (min beş yüz otuz doqquz manat, altmış bir qəpik) manat borc tutularaq İddiaçı MMM-in xeyrinə ödənilsin. Cavabdehdan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar