Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4723/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iş materiallarını nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ( bundan sonra “Satıcı”) ilə Cavabdeh ( bundan sonra “Alıcı”) arasında 30 iyul 2024-cü ildə 2024/271 nömrəlimallar( işlər və ya xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci maddəsinə əsasən “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların “Satıcı”dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 5.2cimaddəsinə əsasən “Alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin, göstərilmiş işlərin təxirəsalınmadan qəbuledilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 11.1-ci maddəsində “Alıcı” müvafiq olaraq “Satıcı”-ya razılaşdırılmış məbləğiavans olaraq əvvəlcədən ə ya “Alıcı”-nın təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar “Alıcı”-ya təhvil verildikdən sonra dəyəri ödənilir. İddiaçı MMC müqavilə üzrə yaranmış öhdəlikləri tam və vaxtında yerinə yetirməsinə baxmayaraqCavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam və vaxtında icra olunmadığından İddiaçı MMC-nin xeyrinə 14.263,08 ( on dörd min iki yüz altmış üç manat səkkiz qəpik) AZN ziyan dəymişdir. Bildiririk ki,Cavabdeh tərəfindənmüqavilə üzrə verdiyi sifarişlər cəmiyyətimiz tərəfindən tam həcmdə təmin edilsə də, Cavabdeh müqavilədən gələn öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyindən cəmiyyətimiz maddiziyana məruz qalmışdır. Belə ki, iddaçı öhdəliyin icra edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı öz öhdəliyini icra etdiyi halda öhdəliyin qarşılıqlı icrası vaxtıçatmış və Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş öhdəliyini tam və vaxtında icra etməmişdir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən, öhdəliyin icrasını həyata keçirilməsini tələb edir. Həmçinin, İddaçı qeyd edir ki, cavbdeh "Cavabdeh öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdarında gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 228 ( iki yüz iyirmi səkkiz ) manat borc yaranmışdır. İllik gecikdirməyə görə maliyyə arayışı iddia ərizəsinə əlavə olunub. EMİS-dən əladə olunan məlumata görə,Cavabdeh Şəki şəhəri, Şəki Ə/D, Şəki Kəndi ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə müstəsna aidiyyətlə bağlı normalar tətbiq edilə bilməz, və hazırki tələbə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə yurisdiksiyasında baxılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı "xxxx" MTK –nin səlahiyyətlərini icra edən "xxxx" MMC ilə X3 arasında xx.xx.2024cü il tarixli müqavilə imzalanmışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əşya hüquq münasibətlərindən deyil, tərəflər arasında mövcud olan müqavilə münasibətlərindən irəli gəldiyindən, hazırki tələb vindikasiya iddiası olmadığından, hazırki mübahisəyə müstəsna aidiyyət qaydalarında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsiin tələbinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh X3 VÖEN-i olmayan fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən birbiri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Cavabdeh qeydiyyatda olduğu “Şəki şəhəri” Şəki Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, iddiaçıya ərizədə qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32, 263-264-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4723/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4723/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver