Məhkəmə qərarları › İş №e-2-2(113)-4731/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4731/2022

24.08.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4731/2022 24.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan “X4 Tikinti Qrup" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 9,5 manat, dövlət büdcəsinə 3805,44 manat, "xxxx" MMCnin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 0 manat, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan “X4 Tikinti Qrup" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0,33 manat, Dövlət Sosial Müdafiə Fonduna 9,5 manat, dövlət büdcəsinə 3805,44 manat məbləğində (o cümlədən, vergilər üzrə 2714,59 manat, faizlər üzrə 990,85 manat, maliyyə sanksiyası üzrə 100 manat), "xxxx" MMC-nin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 0 manat, dövlət büdcəsinə 0 manat məbləğində, Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0 manat olmaqla borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli ******************.07.2019-cu il tarixli **********892400, xx.xx.2021-ci il tarixli **********139100, xx.xx.2022-ci il tarixli ******************.09.2020-ci il tarixli **********363500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən vergi ödəyicisi olan “X4 Tikinti Qrup” MMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil ərizəyə etiraz edib ərizənin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən artıq “X4 Tikinti Qrup" MMC-nin direktoru deyildir, bu səbəbdən ərizə təmin edilməməlidir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının ərizəçinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 355-5.2-ci maddəsinə əsasən ərizəçinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş: Fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü təcrübə-tikinti işləri olan Bakı şəhəri Xətai rayonunda yerləşən “X4 Tikinti Qrup" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, əsas fəaliyyət növü sair aralıq məhsullarının topdan satışı olan Bakı şəhəri Sabunçu rayonunda yerləşən “İbrahim-2018" MMC-nin icra orqanın rəhbəri Maraqlı şəxsdur. “X4 Tikinti Qrup" MMC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2022-ci il tarixə 3805,44 manat vergi borcu mövcuddur. “İbrahim-2018" MMC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2022-ci il tarixə 0 manat vergi borcu mövcuddur. Maraqlı şəxs (VÖEN:**********) şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2022-ci il tarixə 0 manat vergi borcu mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi xx.xx.2021-ci il tarixli, **********9 nömrəli vergi üzrə borcun ödənilməsinə dair bildirişlə “X4 Tikinti Qrup" MMC-yə müraciət edərək ümumilikdə 4097,91 manat (o cümlədən, vergilər üzrə 2928,86 manat, faizlər üzrə 1069,05 manat, maliyyə sanksiyası üzrə 100 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi xx.xx.2022-ci il tarixli, **********8 nömrəli vergi üzrə borcun ödənilməsinə dair bildirişlə “İbrahim-2018" MMC-yə müraciət edərək ümumilikdə 45,74 manat (o cümlədən, vergilər üzrə 45,20 manat, faizlər üzrə 0,54 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********4 nömrəli vergi üzrə borcun ödənilməsinə dair bildirişlə Maraqlı şəxs müraciət edərək ümumilikdə 75,84 manat (o cümlədən, vergilər üzrə 75,84 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi xx.xx.2019-cu il tarixli, **********1 nömrəli işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə "xxxx" MMC-yə müraciət edərək ümumilikdə 36,99 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 35,80 manat, faizlər üzrə 1,19 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi Xidmətindən kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında görünür ki, “X4 Tikinti Qrup" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxsdur. Bununla yanaşı, maraqlı şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-657/2022 saylı qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs cavabdeh “X4 Tikinti Qrup" MMC-yə qarşı "xxxx" tələbinə dair iddiası təmin edilmiş, həmin MMC-nin təsisçisi X1 xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə Maraqlı şəxs direktor vəzifəsindən azad edilməsinə dair məlumatın dövlət reyestrində qeydə alınması üçün Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilməsi öhdəliyi qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-657/2022 saylı icra vərəqəsinə əsasən həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. Göründüyü kimi, Maraqlı şəxs “X4 Tikinti Qrup" MMC-nin icra orqanının rəhbəri olmadığından və onunla bağlanmış əmək müqaviləsinə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xitam verildiyindən həmin MMC-nin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilməsin. Qətnamə qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar